duplet
dura-dura
OBASTAN VİKİ
Dur-Şarrukin
Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-707-ci illərdə II Sarqon tərəfindən salınmış, ancaq II Sarqonun qəfil ölümündən sonra şəhərin tikintisi dayandırılmışdır. Paytaxt Nineviya şəhərinə köçürülmüşdür. E.ə. VII əsrdə şəhər Midiya orduları tərəfindən dağıdılmışdır. Ərazinin daima sakinləri isə aysorlardır. Assuriya çarı II Sarqon e.ə.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Cucumis melo var. duripulposus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Diana Duraeş
Diana Marqarida Duraeş (8 iyun 1996, Fafi[d]) — Portuqaliyalı üzgüçü. Diana Duraeş Portuqaliyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. Diana Duraeş birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:01.48 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 26-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi. Bu nəticə ilə o, 200 m sərbəst stildə Portuqaliya rekordunu yeniləmişdir.
Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) — Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid "yığıncaq evi"dir. Selevki çarı I Nikator (təqribən e.ə. 358 — təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının "Parfiya istehkamları" siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
Durabaculum taurinum
Dendrobium taurinum (lat. Dendrobium taurinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista taurina (Lindl.) Kuntze Durabaculum taurinum (Lindl.) M.A.Clem. Dendrobium taurinum f.
Duran Alfonso
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Duran Çetin
Duran Çətin
Duranlar
Duranlar və ya Taliqan Təvəqof əhli Təbrizli Mirzə Sadiq Müctəhidin ümməti olan bir münzəvi və zahid qrupdur. Duranlar adətən digərlərinə qaynayıb qarışmırlar. Onlar hər hansı bir müasirlik və ya texnologiya aspektlərinə qarşıdırlar. Duranlar Təbrizin Nobar məhəlləsindən Taliqan bölgəsinə köçmüşlər. Duranlar Taliqanın Montəzeran kəndində yaşayırlar. Duranlar çox varlıdırlar və Təbriz bazarında nüfuza malikdirlər. Duranlar və Amerika Birləşmiş Ştatlarındakı Amiş təriqəti arasında qəribə bir oxşarlıq var. [1] حسین عسگری، روستای ایستا: پژوهشی دربارهٔ اهل توقف در طالقان، تهران: نشر شهید سعید محبی، ۱۳۸۹. حسین عسگری، "طایفهٔ عجیب در طالقان"، ماهنامهٔ تصویر ساوجبلاغ، ش ۴۸، دی ۱۳۷۷، ص ۹. "درنگی در روستای ایستای طالقان"، ماهنامهٔ اخبار شیعیان، سال ششم، شمارهٔ ۵۷، مرداد ۱۳۸۹، ص.
Duraqlı (Xudabəndə)
Duraqlı (fars. دوراخلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Durarara!!
Durarara!! (デュラララ!!, Dürarara!!), bəzən qısaca DRRR!! — Ryoqo Narita yazdığı və Sudzuhito Yasuda illüstratoru olan, ranobe seriyası və onun əsasında yaradılmış manqa və anime serialları. Baxmıyaraq ki, Durarara!! adı motor səsinin onomatopoeyası olduğunu tez-tez iddia edilir, Narita birinci ranobesində qeyd edir ki, bu ad tamamilə mənasızdır. O qutarılmış kitabının qaralama versiyasını redaktə edərkən, redaktoru ona zəng edib. Söhbət kitabın adı haqqında gedəndə Narita "<...> sadəcə bəxtə-bəxt "'Du...Durarara?" deyib". Redaktoru buna müsbət yanaşıb. Mikado Rüqamine uşaqlıqdan görmədiyi dostu, Masaomi Kida ilə Raira Akademiyasında oxumaq üçün İkebukuroya köçür. Onlar qatar stansiyada görüşəndə İkebukuro küçələri gəzib baxmağa qərar verirlər.
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Bu kəndin adı Azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. 2006-cı il məlumatına görə kənddə 1.067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10.000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] Durbaş kəndində yaşayanların şiə etiqadlı Azərbaycan türklərindən ibarətdirlər.
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Durcaçay
Durcaçay — Azərbaycanın Qəbələ rayonu ərazisindən axan çay. Dəmiraparançayın qəbul etdiyi birini iri qol. Çayın uzunluğu 6 km-dir. Çay öz başlanğıcını 2800 m yüksəklikdən, Peyğəmbər dağından götürür. Şimaldan cənuba doğru axan çay Künsət kəndi yaxınlığında Dəmiraparançayla birləşir. Durcaçay sahilində eyni adlı kənddə vardır. Çayın yuxarı axarlrında hündürlüyü 35 m olan şəlalə vardır. Ayrıca Durdjaçay çayının vadisində, həcmi 53 m³ olan böyük bir sel qənbəri vardır.
Durham, Şimali Karolina
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham (Şimali Karolina)
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Durham qraflığı (Şimali Karolina)
Durham qraflığı və ya Durham County, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina regionuna məxsus bir qraflıqdır. Qraflığın əhalisi 2010-cu il statistik məlumatlarına görə 267,587 nəfərdir. Qraflığın paytaxtı Durham şəhəridir.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Durmitor Milli Parkı
Durmitor Milli Parkı — Avropada, Çernoqoriyada yerləşən milli park. Adını yerli dağdan alır. YUNESKO-nun Dünya irsi siyahısındadır. Möhtəşəm mənzərəyə sahib olan milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çaylar və yeraltı çayları ilə meydana gəlmişdir. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Sıx şam meşələri və saf gölləri ilə çox zəngin endemik bitki örtüyünə malikdir. Milli park 3 hissədən ibarətdir: Mlinski çayı və Qaragöl bölgəsi Tara Keçidi Biosfer bölgəsi Skriçka gölləri və Susika Vadisi Milli parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Bu mağaradakı donmuş sırsıraların uzunluğu 3 metrə çatır.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir. London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır.
Durmuş xan Şamlı
Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat – 1525, Herat) — qızılbaş sərkərdəsi, Herat hakimi. Əmir xan Mosullu tərəfindən Əmir Qiyasəddinin 11 iyun 1521-ci ildə i İxtiyarə qalasına həbs edilib, 16 iyunda isə edam edilməsi xəbəri Şah ismayıla çatdıqda şahın əmri ilə Təhmasib Mirzə və Əmir xan Təbrizə çağırıldı. Şahzadə Sam Mirzə və onun lələsi kimi Durmuş xan Şamlı yeni Xorasan hakimi təyin edildilər. Bu xəbər Durmuş xana çatdıqda o hələ də Xirqanda idi. Xəbəri eşidən kimi Herata doğru yola düşdü. Nəhayət 1521-ci ildə Durmuş xan Herat hakimi kimi vəzifəsinin icrasına başladı. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirdi. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşadı. Şamlı boyundan olan Durmuş xan məşhur təvaçıbaşı Əbdi bəy Şamlı ilə Şah İsmayılın bacısının oğlu idi. Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.

Digər lüğətlərdə