FƏTVA
/ fitva [ فرىي ] – hökm, fitva, qanun. Daha çox dini-fəlsəfi mətnlərdə qarşılaşılan termindir. Ərəbcədən hərfi mənada görüşünü, məsləhətini almaq yaxud kiməsə məsləhət vermək anlamındadır. İslam dinində xüsusilə İslam hüququnda dini məsələlərlə əlaqəli, bu məsələlərdən başı çıxan, yaxud məsul tutulan şəxsin verdiyi hökm və qanunlara deyilir. İslam dövlət modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ-lərə, şəriətə nəzarət edən qazılar, mollalar tərəfindən verilirdi. Müasir dünyamızda fitvaların sayı demək olar ki yox dərəcə-sindədir. Müftü sözü də buradan əmələ gəlmişdir. Kəlmə olaraq mənası fətva verən deməkdir.