GAVALI

Gav farsca “inək” deməkdir (gavmış isə “camış”dır). İlk baxışda güman et­mək olar ki, bu meyvə “inək yemi” (meyvəsi) deməkdir. Amma mənbələrdə onun qa­ra alı forması da var. Görünür, qara sözü təhrif olunub və gav şəklinə düşüb (qərb dialektlərində buna göyəli də deyilir). Görünür, rənginin göy olması, gö­yəmə bənzəməsi ilə bağlıdır. Gavalı sözünün qədim forması qara ərik kimi olub (ərik çə­yirdəkli meyvələrin ümumi adını əks etdirib). Alı fars dilində çəyirdəkli meyvə­lə­rin ümumi adıdır. Слива sözü də latınca “синоватый” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GAVAHIN
GECƏ
OBASTAN VİKİ
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,A,C vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Badamı gavalı
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Gavalı meyvəyeyəni
Gavalı meyvəyeyəni (lat. Laspeyresiya funebrana Tr.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 12-17 mm uzunluqdadır. Bədəni üst tərəfdən boz rəngdə, alt tərəfdən tutqundur. Ön qanadları üzərində köndələninə, dalğavari xətt uzunır. Qanadının zirvələri başqa hissələrinə nisbətən açıq rəngdədir. Həmin yerdə bir neçə qara xətt var. Yumurtası girdə və ağ rəngdə olub, böyüklüyü 1 mm-ə yaxındır. Tırtıl axırıncı yaşda 12-15 mm uzunluqdadır. İlk yaşlarda ağımtıl, sonrakı yaşlarda isə çəhrayı rəngdə olur.
Gavalı mənənəsi
Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5-3 mm-dir. Qanadlı fərdlərində baş və döş qaradır, mumabənzər boz təbəqə ilə örtülüdür. Qarıncığı yaşıldır. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Gavalı povidlosu
Gavalı povidlosu - gavalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Gavalı povidlosu insan orqanizmi üçün çox xeyirlidir, çünki gavalının tərkibində çoxlu pektin maddəsi tapılmışdır ki, insanda baş verən ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir, orqanizmi zəhərli maddələrdən, ağır metallardan, radionuklidlərdən təmizləyir. Bundan başqa gavalının tərkibində insan sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edən kalium, kalsium, fosfor, maqnezium, manqan və s. makro və mikroelementlər, B qrupu vitaminləri, askorbin turşusu, karotinoid və s. vardır. == Həmçinin bax == Povidlo == Xarici keçid == Gavalı povidlosu Рецепт: Повидло из сливы - все рецепты России - allrecipes.ru Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı turşusu
== Hazırlanma qaydası 1 == 1 balon gavalı turşusunun hazırlanma qaydası: == Tərkibi == 2 kq gavalı 2x.q.duz 2x.q. üzüm sirkəsi 1ç.q. tünd sirkə (esensiya) 3 diş sarımsaq 1/2 ç.q. nanə qurusu 3 yarpaq dəfnə yarpağı 1 orta böyüklükdə acı bibər 5-6 ədəd qara istiot == Hazırlanma qaydası == Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır. == Hazırlanma qaydası 2 == == Tərkibi == Gavalı Dəfnə yarpağı Sarımsaq Ətirli istiot Duz Esensiya (70% sirkə) == Hazırlanma qaydası == Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun.
Gavalı yastıcası
Afrika gavalısı
Afrika gavalısı (lat. Prunus africana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Amerika gavalısı
Amerika gavalısı (lat. Prunus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir.
Gavalıkimilər
Gavalıkimilər (lat. Amygdaloideae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki yarımfəsiləsi. == Sinonimləri == Maloideae C.Weber, 1964 Pomoideae Juss., 1789, nom. inval.
Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.
Kakadu gavalısı
Ferdinand terminaliyası (lat. Terminalia ferdinandiana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Naxçıvan gavalısı
Naxçıvan gavalısı (lat. Prunus nachichevanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 5 m hündürlüyündə, qışda yarpağını tökən, böyük kol və ya kiçik ağacdır. Kiçik gövdələri əvvəlcə bir az tükcüklü, sonradan çılpaq olur. Yarpaqları böyük, yaşıl, yumurtavari formada, uzunluğu 2-6 sm, eni 1-3 sm olub, kənarları dişlidir. Alt yarpaqları bəzən iynəlidir. Apreldə çiçəkləyir və iyunda meyvə verir. Çiçəkləri ağ və ya çəhrayı, qısa yan budaqlarda nazik saplaqlarda yerləşib, uzunluğu 1-3 sm-ə çatır. Hər çiçəyin beş yumru kasayarpaqları və beş ləçəyi olub, çoxsaylı erkəkciklərdən ibarətdir.
Xəzər gavalısı

Значение слова в других словарях