GÜNEY
GÜREŞ
OBASTAN VİKİ
Azərbaycan-Gürcüstan futbol matçlarının siyahısı
17.09.1992 Gürcaani YO Gürcü – Azərbaycan 6:3 25.05.1993 Gəncə YO Azərbaycan – Gürcü 1:0 12.08.1998 Gəncə YO Azərbaycan – Gürcüstan 1:0 04.06.2000 Bakı YO Azərbaycan – Gürcüstan 0:0 09.05.2001 Kutaisi YO Gürcüstan – Azərbaycan 1:0 12.09.2007 Bakı YO Azərbaycan – Gürcüstan 1:1 23.03.2013 Avstriya YO Azərbaycan – Gürcüstan 1:1 23.01.2018 Türkiyə YO Azərbaycan – Gürcüstan 1:1 16.05.2018 Bakı YO Azərbaycan (U-20) – Gürcüstan (U-20) 1:2 10.09.2019 Bakı AÇSO Azərbaycan – Gürcüstan 0:3 13.10.2020 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan – Azərbaycan 1:0 16.10.2010 Parşal, Portuqaliya AÇSO Azərbaycan – Gürcüstan 3:0 28.10.2012 Zapreşiç, Xorvatiya AÇSO Azərbaycan – Gürcüstan 1:1 19.12.2016 Tbilisi, Gürcüstan YO Gürcüstan – Azərbaycan 0:1 17.11.2018 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan - Azərbaycan 1:2 03.08.2021 Bakı, Azərbaycan YO Azərbaycan – Gürcüstan 2:3 06.08.2021 Bakı, Azərbaycan YO Gürcüstan– Azərbaycan 1:2 18.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 1:2 21.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 2:1 17.06.2023 Qəbələ YO Azərbaycan – Gürcüstan 2:1 28.04.2012 Almatı, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 0:1 09.05.2013 Astana, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 1:2 04.06.2012 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:1# 03.06.2013 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:0 pen. 5:4 25.06.2015 Astana BT Gürcüstan – Azərbaycan 0:0 08.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:2 11.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:0 26.10.1998 Zalfelden, Avstriya AÇSO Gürcüstan - Azərbaycan 1:0 12.04.2015 Bakı, Azərbaycan. UEFA-nın İnkişaf turniri. Azərbaycan – Gürcüstan 2:1 27.04.2018 Antalya, Türkiyə, BT Gürcüstan - Azərbaycan 2:1 İyul 2008 Qax YO Simurq – Dinamo Tbilisi 3:1 17.09.2008 Qax YO Simurq – Dinamo Tbilisi 2:0 22.07.2009 Tbilisi YO Sioni – Simurq 0:1 17.07.2012 Bakı UEFA ÇL seçm mər. Neftçi – Zestafoni 3:0 24.07.2012 Zestafoni UEFA ÇL seçm mər. Zestafoni – Neftçi 2:2 09.09.2012 Tbilisi YO Dinamo Tbilisi – İnter Bakı 2:1 14.10.2012 Tbilisi YO Dinamo Tbilisi – Simurq 3:2 01.02.2013 Antalya YO Qarabağ – Zestafoni 2:0 23.03.2013 Tbilisi YO Dila Qori – Simurq 0:1 03.07.2013 Kartepe YO Dila Qori – Simurq 3:3 07.07.2013 Kartepe YO Dila Qori – Simurq 1:1 17.07.2013 Batumi YO Mertsxali – Sumqayıt 0:3 20.07.2013 Batumi YO Merani Martvili – Sumqayıt 1:2 22.07.2013 Batumi YO Quriya – Sumqayıt 0:0 09.09.2013 Tbilisi YO Metallurq – Simurq 1:1 11.10.2013 Gürcü YO Spartak Tsxinvali – İnter Bakı 0:2 12.10.2013 Gürcü YO Metallurq Rustavi – İnter Bakı 0:2 17.07.2014 Bolu YO Neftçi – Çixura 2:3 20.07.2014 Bolu YO Neftçi – Çixura 1:1 27.07.2014 Bolu YO AZAL – Kolxeti 1913 0:0 31.07.2014 Bakı UEFA AL Neftçi – Çixura 0:0 01.08.2014 Gürcü YO Gürcü (U-21) – Xəzər Lənkəran-2 2:3 07.08.2014 Tbilisi UEFA AL Çixura - Neftçi 2:3 11.10.2014 Tbilisi YO Dinamo Tbilisi – Simurq 0:1 02.07.2015 Tbilisi UEFA AL Dinamo Tbilisi - Qəbələ 2:1 09.07.2015 Qəbələ UEFA AL Qəbələ - Dinamo Tbilisi 2:0 12.07.2015 Gürcüstan YO Kede - Neftçi-2 1:1 25.07.2015 Gürcüstan YO Xobi - Neftçi-2 3:0 06.09.2015 Zaqatala YO Rəvan - Saburtalo 3:0 12.02.2016 Rustavi YO Rustavi - Turan 0:1 18.06.2016 Tbilisi YO Dila Qori - Qəbələ 0:2 22.06.2016 Tbilisi YO Sioni - Qəbələ 0:4 26.06.2016 Tbilisi YO Sioni - Qəbələ 1:1 30.06.2016 Bakı UEFA AL Qəbələ - Samtredia 5:1 07.07.2016 Zestafoni UEFA AL Samtredia - Qəbələ 2:1 16.07.2016 Zaqatala YO Sumqayıt-2 - Hereti Laqodexi 6:0 20.07.2016 Bolu YO Sumqayıt - Torpedo Kutaisi 1:1 25.07.2016 Ankara, Türkiyə YO Kolheti Poti – İnter Bakı 1:0 28.08.2016 Tbilisi YO Samtredia - İnter Bakı 0:2 11.07.2017 Bakı UEFA ÇL Qarabağ - Samtredia 5:0 18-19.07.2017 Samtredia UEFA ÇL Samtredia - Qarabağ 0:1 28.01.2018 Tbilisi YO VİT-Corciya - Qəbələ-2 2:0 31.01.2018 Tbilisi YO Saburtalo-2 - Qəbələ-2 0:1 25.07.2019 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Dinamo Tbilisi 0:2 01.08.2019 Tbilisi, Gürcüstan UEFA AL Dinamo Tbilisi - Qəbələ 3:0 13.08.2019 Tovuz, Azərbaycan YO Turan-Tovuz - İveriya 4:0 07.07.2021 Tbilisi, Gürcüstan UEFA ÇL Dinamo Tbilisi - Neftçi 1:2 14.07.2021 Bakı, Azərbaycan UEFA ÇL Neftçi - Dinamo Tbilisi 2:1 20.07.2021 Tbilisi YO Şukura - Sabah 0:1 23.07.2021 Tbilisi YO Samqurali - Sabah 1:0 25.07.2021 Tbilisi YO Şevardeni - Səbail 1:1 26.07.2021 Tbilisi YO Telavi - Sabah-2 3:1 28.07.2021 Tbilisi YO Saburtalo - Sabah 1:1 (pen.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır. Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası— 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. Hərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan Demokratik Respublikası əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan əlaqələri

Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi. 1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi. Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi.
Azərbaycan faunası: Qafqaz gürzəsi (film, 2002)
Azərbaycan və Gürcüstan arasındakı ərazi iddiaları (1918-1920)
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Azərbaycan–Gürcüstan futbol matçları
17.09.1992 Gürcaani YO Gürcü – Azərbaycan 6:3 25.05.1993 Gəncə YO Azərbaycan – Gürcü 1:0 12.08.1998 Gəncə YO Azərbaycan – Gürcüstan 1:0 04.06.2000 Bakı YO Azərbaycan – Gürcüstan 0:0 09.05.2001 Kutaisi YO Gürcüstan – Azərbaycan 1:0 12.09.2007 Bakı YO Azərbaycan – Gürcüstan 1:1 23.03.2013 Avstriya YO Azərbaycan – Gürcüstan 1:1 23.01.2018 Türkiyə YO Azərbaycan – Gürcüstan 1:1 16.05.2018 Bakı YO Azərbaycan (U-20) – Gürcüstan (U-20) 1:2 10.09.2019 Bakı AÇSO Azərbaycan – Gürcüstan 0:3 13.10.2020 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan – Azərbaycan 1:0 16.10.2010 Parşal, Portuqaliya AÇSO Azərbaycan – Gürcüstan 3:0 28.10.2012 Zapreşiç, Xorvatiya AÇSO Azərbaycan – Gürcüstan 1:1 19.12.2016 Tbilisi, Gürcüstan YO Gürcüstan – Azərbaycan 0:1 17.11.2018 Tbilisi, Gürcüstan AÇSO Gürcüstan - Azərbaycan 1:2 03.08.2021 Bakı, Azərbaycan YO Azərbaycan – Gürcüstan 2:3 06.08.2021 Bakı, Azərbaycan YO Gürcüstan– Azərbaycan 1:2 18.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 1:2 21.10.2022 Rustavi, Gürcüstan YO Gürcüstan (U-18) - Azərbaycan (U-18) 2:1 17.06.2023 Qəbələ YO Azərbaycan – Gürcüstan 2:1 28.04.2012 Almatı, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 0:1 09.05.2013 Astana, Qazaxıstan BT Gürcüstan – Azərbaycan 1:2 04.06.2012 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:1# 03.06.2013 Bakı, Azərbaycan BT Azərbaycan – Gürcüstan 0:0 pen. 5:4 25.06.2015 Astana BT Gürcüstan – Azərbaycan 0:0 08.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:2 11.06.2023 Qəbələ, Azərbaycan YO Azərbaycan – Gürcüstan 0:0 26.10.1998 Zalfelden, Avstriya AÇSO Gürcüstan - Azərbaycan 1:0 12.04.2015 Bakı, Azərbaycan. UEFA-nın İnkişaf turniri. Azərbaycan – Gürcüstan 2:1 27.04.2018 Antalya, Türkiyə, BT Gürcüstan - Azərbaycan 2:1 İyul 2008 Qax YO Simurq – Dinamo Tbilisi 3:1 17.09.2008 Qax YO Simurq – Dinamo Tbilisi 2:0 22.07.2009 Tbilisi YO Sioni – Simurq 0:1 17.07.2012 Bakı UEFA ÇL seçm mər. Neftçi – Zestafoni 3:0 24.07.2012 Zestafoni UEFA ÇL seçm mər. Zestafoni – Neftçi 2:2 09.09.2012 Tbilisi YO Dinamo Tbilisi – İnter Bakı 2:1 14.10.2012 Tbilisi YO Dinamo Tbilisi – Simurq 3:2 01.02.2013 Antalya YO Qarabağ – Zestafoni 2:0 23.03.2013 Tbilisi YO Dila Qori – Simurq 0:1 03.07.2013 Kartepe YO Dila Qori – Simurq 3:3 07.07.2013 Kartepe YO Dila Qori – Simurq 1:1 17.07.2013 Batumi YO Mertsxali – Sumqayıt 0:3 20.07.2013 Batumi YO Merani Martvili – Sumqayıt 1:2 22.07.2013 Batumi YO Quriya – Sumqayıt 0:0 09.09.2013 Tbilisi YO Metallurq – Simurq 1:1 11.10.2013 Gürcü YO Spartak Tsxinvali – İnter Bakı 0:2 12.10.2013 Gürcü YO Metallurq Rustavi – İnter Bakı 0:2 17.07.2014 Bolu YO Neftçi – Çixura 2:3 20.07.2014 Bolu YO Neftçi – Çixura 1:1 27.07.2014 Bolu YO AZAL – Kolxeti 1913 0:0 31.07.2014 Bakı UEFA AL Neftçi – Çixura 0:0 01.08.2014 Gürcü YO Gürcü (U-21) – Xəzər Lənkəran-2 2:3 07.08.2014 Tbilisi UEFA AL Çixura - Neftçi 2:3 11.10.2014 Tbilisi YO Dinamo Tbilisi – Simurq 0:1 02.07.2015 Tbilisi UEFA AL Dinamo Tbilisi - Qəbələ 2:1 09.07.2015 Qəbələ UEFA AL Qəbələ - Dinamo Tbilisi 2:0 12.07.2015 Gürcüstan YO Kede - Neftçi-2 1:1 25.07.2015 Gürcüstan YO Xobi - Neftçi-2 3:0 06.09.2015 Zaqatala YO Rəvan - Saburtalo 3:0 12.02.2016 Rustavi YO Rustavi - Turan 0:1 18.06.2016 Tbilisi YO Dila Qori - Qəbələ 0:2 22.06.2016 Tbilisi YO Sioni - Qəbələ 0:4 26.06.2016 Tbilisi YO Sioni - Qəbələ 1:1 30.06.2016 Bakı UEFA AL Qəbələ - Samtredia 5:1 07.07.2016 Zestafoni UEFA AL Samtredia - Qəbələ 2:1 16.07.2016 Zaqatala YO Sumqayıt-2 - Hereti Laqodexi 6:0 20.07.2016 Bolu YO Sumqayıt - Torpedo Kutaisi 1:1 25.07.2016 Ankara, Türkiyə YO Kolheti Poti – İnter Bakı 1:0 28.08.2016 Tbilisi YO Samtredia - İnter Bakı 0:2 11.07.2017 Bakı UEFA ÇL Qarabağ - Samtredia 5:0 18-19.07.2017 Samtredia UEFA ÇL Samtredia - Qarabağ 0:1 28.01.2018 Tbilisi YO VİT-Corciya - Qəbələ-2 2:0 31.01.2018 Tbilisi YO Saburtalo-2 - Qəbələ-2 0:1 25.07.2019 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Dinamo Tbilisi 0:2 01.08.2019 Tbilisi, Gürcüstan UEFA AL Dinamo Tbilisi - Qəbələ 3:0 13.08.2019 Tovuz, Azərbaycan YO Turan-Tovuz - İveriya 4:0 07.07.2021 Tbilisi, Gürcüstan UEFA ÇL Dinamo Tbilisi - Neftçi 1:2 14.07.2021 Bakı, Azərbaycan UEFA ÇL Neftçi - Dinamo Tbilisi 2:1 20.07.2021 Tbilisi YO Şukura - Sabah 0:1 23.07.2021 Tbilisi YO Samqurali - Sabah 1:0 25.07.2021 Tbilisi YO Şevardeni - Səbail 1:1 26.07.2021 Tbilisi YO Telavi - Sabah-2 3:1 28.07.2021 Tbilisi YO Saburtalo - Sabah 1:1 (pen.
Azərbaycan–Gürcüstan münasibətləri
Azərbaycan–Gürcüstan münasibətləri — Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Politseyskaya küçəsi 20 ünvanında Gürcüstanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə N.S.Alışbey rəhbərlik etmişdir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ — 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi.
Azərbaycan–Gürcüstan müqavilələri (1918–20)
Azərbaycan-Gürcüstan müqavilələri – Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələri üzrə 1918–20 illərdə bağlanmış müqavilələr. Cənubi Qafqaz 100 ildən artıq Rusiya imperiyası tərkibində vahid iqtisadi məkanda olduğundan, Azərbaycan və Gürcüstan müstəqillik qazandıqdan dərhal sonra iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. 1918-ci il iyunun 4-də Batumidə Azərbaycan, Gürcüstan və Osmanlı hökumət nümayəndələri Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzaladılar. Həmin gün Batumidə həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. 1918-ci il iyunun 21-də Gürcüstan hökumətinin sədri N. Ramişvili keçmiş Zaqafqaziya hökumətinin əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arbitraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün. 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı.
Azərbaycan–Gürcüstan sərhədi
Azərbaycan–Gürcüstan sərhədi — Azərbaycan və Gürcüstan arasında dövlət sərhəddinin uzunluğu 428 km-dir. Qərbdə Ermənistanla sərhəd qovşağından şərqdə Rusiya ilə sərhəd qovşağına qədər uzanır. Azərbaycan-Gürcüstan sərhədi qərbdən Ermənistanla sərhəddən başlayır və Candargöl gölünü keçərək cənub-şərq istiqamətində uzanır. Bir qədər sonra Azərbaycanın Mingəçevir su anbarının ətrafından şimal-şərqə doğru qalxır. Sonra sərhəddin bir hissəsi Qanıxçayın yatağını təşkil edir. Əvvəlcə şimal-şərqə, daha sonra şimal-qərb istiqamətində gedir. Bundan əlavə sərhəd Şromis-Xevi su axını ilə şimala doğru keçir. Burada Azərbaycanın Yeni-Şərif kəndi ərazisində Matsinis-Tskali çayına şərqə bir dönüş və sonuncunun mənbəyində Rusiya ilə sərhəd qovşağına çatır. XIX əsrdə tənəzzülə uğrayan Qafqaz bölgəsi Osmanlı, Qacar dövləti və Rusiya İmperiyası arasında hərbi poliqona çevrilmişdi. Rusiyanın cənub istiqamətində genişlənən genişlənən hərbi müdaxiləsi vardı.
Baci (Gürcüstan)
Baci (gürc. ბაჯი) — Gürcüstanda, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində, Ambrolauri bələdiyyəsində yerləşən kənd. Rioni çayının üzərində, Ambrolauri şəhərindən 22 kilometr uzaqlıqda yerləşir.
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası (BMTGMM) 1993 -cü ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 858 saylı Qətnaməsi ilə qurulmuşdur. Əsas məqsəd Gürcüstanın Suxumi şəhərində vəziyyət, həm də atəşkəsin pozulması ilə bağlı məlumatları araşdırmaq, tərəflərin bu kimi hadisələrini həll etməyə çalışmaq və mandatının yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə hesabat vermək idi. Bölgəyə 88 hərbi məsləhətçinin göndərilməsinə icazə verildi. 15 iyun 2009 -cu ildə Rusiya missiyanın uzadılmasına veto qoyanda sona çatdı. Son müşahidəçilər 15 iyul 2009 -cu ildə bölgəni tərk etdilər. 1993 -cü ilin sentyabrında bölgədə yenidən döyüşlər başladıqdan sonra missiyanın original mandatı ləğv edildi. BMTGMM sonradan Təhlükəsizlik Şurası tərəfindən 1993 -cü ilin Noyabr ayında əlaqədar tərəflərlə əlaqələri davam etdirmək və vəziyyəti izləmək və bildirmək üçün müvəqqəti bir səlahiyyət aldı. Məqsəd hərtərəfli bir siyasi həll yolu əldə etmək idi. 1994-cü ilin may ayında hər iki tərəf atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzaladı. 1994 -cü ilin iyulunda Təhlükəsizlik Şurası müşahidəçilərin sayının artırılmasına (cəmi 136 -ya) və genişləndirilmiş missiyaya icazə verdi.
Bizans-gürcü müharibəsi
Bizans-gürcü müharibəsi (gürcü dilində:ბიზანტიურ-ქართული ომები) — XI əsrdə Bizans-gürcü sərhəd zolaqlarında baş vermiş silahlı münaqişələr. 976-cı ildə Bizans imperiyasının ordusunda Varda Sklipin başçılığı ilə üsyan baş verdi. Tezliklə üsyançılar imperiyanın, demək olar ki, Kiçik Asiyadakı bütün vilayətlərini ələ keçirdilər. Bizans imperatoru II Vasilinin qiyamı yatırmaq üçün kifayət qədər qüvvəsi yox idi. Varda Sklipə qarşı göndərilmiş Kiçik Foka da üsyanı yatıra bilmədi. Bizans imperatoru kömək üçün gürcü hökmdarı III Davidə müraciət etməyə məcbur oldu. III David Tornikin və Cocikin başçılığı ilə Bizansa 12 min nəfərlik ordu göndərdi. Varda Sklipin ordusu darmadağın edildi və qiyam rəhbəri ərəblərin yanına qaçdı. Qiyamın yatırılmasında köməklik göstərilməsinə minnətdarlıq əlaməti olaraq III David Tao və həmçinin Ərzurum,Pasiani və Anahunik bölgələrini Bizansdan aldı. III Davidin ölümündən sonra bu əraziləri Bizans imperiyasına qaytarılmalı idi.
Boliviya–Gürcüstan münasibətləri
Gürcüstan–Boliviya münasibətləri — Gürcüstan Respublikası və Boliviya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki dövlət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Gürcüstanın Argentinadakı səfirliyi həm də Çili, Paraqvay, Uruqvay, Ekvador və Boliviyada akreditə olunmuşdur. Boliviya ilə Gürcüstan arasındakı diplomatik münasibətlər 20 noyabr 1998-ci ildən başlayır. Halbuki ilk Boliviya səfiri etimadnaməsini yalnız 2002-ci ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə təqdim etmmişdir. Boliviya Gürcüstan Prezidenti Saakaşvilinin viza liberallaşdırma siyasətinin bir hissəsi olaraq Gürcüstan ilə vizasız rejimdən erkən istifadə edirdi. Lakin 2014-cü ildə Gürcüstan hökuməti təhlükəsizlik səbəblərini əsas gətirərək Boliviyaya vizasız rejimi ləğv edir. Tiflis ilə Sukre arasındakı gərginliyə baxmayaraq, zamanla bir neçə yüksək səviyyəli görüşlər keçirilmişdir. Prezident Saakaşvili 2011-ci ildə Nyu-Yorkda Evo Morales ilə görüşmüşdür. Gürcüstan və Boliviya parlamentlərinin nümayəndələei isə 2018-ci ilin mart ayında Cenevrədə Parlamentlərarası Birliyin 138-ci Assambleyası zamanı iş iclasında görüş keçirmişlər.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.200 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.550 xal toplayan Ukrayna idmançısı Anna Rizatdinova qazandı. Bürünc medalı isə 18.150 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl

Cənubi Qafqaz gürzəsi
Cənubi Qafqaz gürzəsi (Vipera transcaucasiana) — Əsl gürzələr cinsinə aid ilan növü. Bəzən isə buynuzlu gürzə adlandırılır. Bədən uzunluğu 84 sm təşkil edir. Yuxarı hissəsi coşqun qara rəngdə olur. Dağ kserofit ərazilərdə, meşəliklərdə, daşlı qayalıqların yaxınlığında, gilli ərazilərdə yayıla bilirlər. Onlar hətta 1700 m yüksəkliyi olan ərazilərdə belə müşahidə edilir. Əsasən gəmiricilər və kərtənkələlərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–10 yumurta qoyurlar. Cənubi Qafqaz gürzəsinə əsasən qərbi Azərbaycan, Gürcüstan, şərqi Türkiyə və İran ərazisində rast gəlmək olar.
Cənubiafrika dağ gürzəsi
Cənubiafrika dağ gürzəsi (lat. Bitis atropos) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Yetkin ilanlar 30–40 sm, bzəi dişilər isə isə 50–60 sm-ə çatır. Təcrid olunmuş populyasiyalar Cənubi Afrikanın dağlıq ərazilərində rastlanılırlar. Növə daxil olan fərdlər müxtəlif laşaftlarda yayılsalarda əsasən yağışı olan əraziləri üstün tuturlar. Qışı sərin və quru, yayı isti və rütubətli olan zonalarda dəniz səviyyəsindən 3000 metrə qədər olan bölgələırdə belə müşahidə edilirlər. Zimbabvedə isə arealın maksimal hündürlüyü 1500 metrdir. Kiçik kərtənkələlər və suda-quruda yaşayanlarla qidalanırlar. Zəhərinin neyrotosik xüsusiyyətləri vardır.
Danimarka–Gürcüstan münasibətləri
Gürcüstan–Danimarka münasibətləri — Gürcüstan Respublikası və Danimarka arasındakı mövcud ikitərəfli münasibətlər. Danimarka Kiyevdəki (Ukrayna) səfirliyi vasitəsilə Gürcüstanda təmsil olunur. Gürcüstanın isə Kopenhagendə səfirliyi vardır. Danimarka Gürcüstanı Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini dəstəkləyir. Gürcüstanın Danimarkadakı hazırkı səfiri Qiqi Qicadzedir. 1 iyul 1992-ci ildə Gürcüstan və Danimarka arasında diplomatik münasibətlər qurulur. 2007-ci ildə Danimarka və Gürcüstan miqrasiya ilə bağlı bir memorandum imzalayır. 22 aprel 2009-cu il tarixində isə Danimarka ilə Gürcüstan arasında hərbi müqavilə imzalanmışdır. 2008-ci il hadisələri zamanı Danimarka Baş Naziri Anders Foq Rasmussen Rusiyanın Gürcüstana hücumunu qınamışdır. O, 2010-cu ilin fevralında Danimarkanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti "beynəlxalq ictimaiyyətin Rusiyanın Gürcüstan qarşısında öhdəliklərini yerinə yetirməsində maraqlı olduğunu və bu səbəbdən Rusiyaya təzyiqlərin artırılması lazım olduğunu" söyləyir.
Daştəpə (Gürcüstan)
Daştəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.

Digər lüğətlərdə