HƏYAT

\[alm. Leben; fr. Vie; ing. Life; yun. Bios; lat. Vita; osm. tr. hayat; tr. Yaşam; ər. د بٍد \] – cansız maddədən və ruhi varlıqdan da ayrı olaraq canlıların \[orqanizmlərin\] varlıq forması və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz-özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal üçün viruslar ən aşağı dərəcədəki canlı varlıqlar, yoxsa kimyəvi maddədən ibarət olduğunu sübut etmək mümkün olmamışdır. Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın hərəkət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən keyfiyyətcə yüksək və onları ―bərtərəf‖ olunmuş formada özündə ehtiva edən forması.
HƏVASAT
HƏYAT ENERJİSİ

Значение слова в других словарях