HİDDƏTLƏNDİRMƏK

HİDDƏTLƏNDİRMƏK Göyərçinin bütün ölçüləri ötüb-keçən, daha deyiləsi olmayan bicliyi.. Pasını., hiddətləndirdi (S.Rəhimov); ACIĞINI TUTDURMAQ Görürdün, yol gedəndə [Səmədin] gözləri çanaqdan çıxıb oynayır, ..acığını tutduranı döyməmiş olmurdu (Çəmənzəminli); CİN ATINA MİNDİRMƏK (fr.v.) Həmidin bugünkü məqaləsi Poladovu cin atına mindirmişdi (Ə.Qasımov); CİNLƏTMƏK (bərk hirsləndirmək) Xala: Ay bala, çəni cinlətmək üçün elə deyirdi (Ə.Məmmədxanlı); HİRSLƏNDİRMƏK Minnətov: Məni hirsləndirməyin, mənim qəlbim xəstədir (R.Rza); QƏZƏBLƏNDİRMƏK Usta: Bu ədalətsizlik gərək Heybətin özünü qəzəbləndirəydi (M.Hüseyn); QIZIŞDIRMAQ (məc.) Elman Rafiqi qızışdırır, Rafiq Ədhəmi sancır.. (Ə.Kərim); ACIQLANDIRMAQ, ASİLƏNDİRMƏK, QEYZLƏNDİRMƏK.

HİDDƏT
HİDDƏTLƏNMƏK

Digər lüğətlərdə

-он- деблокиро́вка лебёдчица перека́тываться ро́зыгрыш согди́йский впервы́е по мо́лодости продыша́ться растле́нный свиноподо́бный шуте́йный глуда Михаил autoloader Calvary capture caught forest shelterbelt impuissance referencing tabret калория натуральный собранный