HƏYAT

Ərəbcədir, “yaşama, yaşayış” deməkdir. Həmin mənanı türk aləmində durmuş, tın kimi sözlər əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HƏVVA
HƏZƏRAT
OBASTAN VİKİ
Həyat
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir. O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır.
Həyat (dəqiqləşdirmə)
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Həyat (qəzet) — 1905–1906-cı illərdə Azərbaycanda nəşr edilmiş qəzet. Həyat (qəzet, 1991) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin mətbuat orqanı, rəsmi dövlət qəzeti. Həyat (film) — film.
Həyat (qəzet)
"Həyat" qəzeti (az-əbcəd. حیات‎) — Azərbaycan mətbuat tarixində mühüm rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1905-ci il yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayan və bütün Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi etirazlarlaç siyasi gərginliklərlə müşayiət olunurdu. Şəhərdə tətil və nümayişlər başladı. "Həyat" qəzeti nəşrə 1905-ci il iyunun 7-də başladı. “Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddəüç hissəsini tətil bürüdü. Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmış Daşnaksütun Partiyasının üzvləri və Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissəsində törətdikləri qətliamlar sistemli şəkil almışdı. 1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Beləbir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi.
Həyat Abdullayeva
Abdullayeva Həyat Həmdulla qızı (14 oktyabr 1912, Dərbənd — 21 aprel 2006, Bakı) — Azərbaycan heykəltaraşı, əməkdar incəsənət xadimi (1964). Həyat Həmdulla qızı Abdullayeva 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olmuşdur. O, məşhur balıq sənayeçisi Həmdulla Abdullayevin qızıdır. Atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuşdur. Həmin illərdə Həyat xanım "Tutu xanım", "Həsən bəy Zərdabi" kimi əsərlərini yaratmışdır. Həyat Abdullayeva dəzgah heykəltaraşlığı sahəsində ilk ali təhsilli heykəltaraş qadın olmuşdur. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyir. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alır. Həyat xanımın yaratdığı ilk işi "Gənc oğlan"ın portretidir.
Həyat Ensiklopediyası
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Həyat 3.0
"Həyat 3.0: Süni intellekt əsrində insan olmaq" (ing. Life 3.0: Being Human in the Age of Artificial Intelligence) — İsveç-ABŞ kosmoloqu Maks Teqmarkın 2017-ci ildə nəşr olunmuş kitabı. "Həyat 3.0" süni intellektin (Sİ) Yerdəki və Yerdən kənar həyatın gələcəyinə təsirindən bəhs edir. Ktabda müxtəlif ictimai məsələlər, bəşəriyyətin gələcəyi və texnologiyanın həyatımıza təsiri və digər mövzular müzakirə olunur.
Həyat Naminə (1980)
Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat bilgisi
Həyat dilimi
Həyat dilimi (fr. tranche de vie) — naturalist teatrda qəhrəmanların gerçək həyatının təbii təsvirini edən termin.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.
Həyat fəlsəfəsi
Həyat fəlsəfəsi (alm. Lebensphilosophie‎) — XIX illərin sonu — XX əsrin əvvəllərində Almaniyada üstünlük təşkil edən Avropa fəlsəfəsindəki irrasionalist cərəyan. Həyat fəlsəfəsi romantizmin hökmranlığı fonunda yaranmış və Maarifçiliyin rasionalizminə bir reaksiya idi . Bu hərəkatın “xaç atası”, fəlsəfəsi ilə qəribə şəkildə Kantian və Buddist motivləri birləşdirən Artur Şopenhauerdir . Əgər fenomenlər dünyası təmsilçilikdirsə, onda özümüzdə bildiyimiz tək şey dünya iradəsidir.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-ci ildə - bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.
Həyat standartı
Həyat standartı — müəyyən bir coğrafi ərazidə, adətən bir ölkədə müəyyən sosial-iqtisadi sinif üçün əlçatan olan sərvətin, rahatlığın, əmlakın və ehtiyacların səviyyəsi. Həyat standartı özündə gəlir, işin keyfiyyəti və əlçatanlığı, sinfi fərqlər, yoxsulluq səviyyəsi, mənzilin keyfiyyəti və əldə edilə bilməsinin mümkünlüyü, zəruri ehtiyac mallarının alınması üçün tələb olunan iş vaxtı, ümumi daxili məhsul, inflyasiya dərəcəsi, hər il boş vaxtın miqdarı, keyfiyyətli səhiyyəyə əlverişli (və ya pulsuz) çatımlılıq, təhsilin keyfiyyəti və əlçatanlığı, həyat gözləntiləri, xəstəliyin baş vermə dərəcəsi, mal və xidmətlərin dəyəri, infrastruktur, milli iqtisadi artım, iqtisadi və siyasi sabitlik, azadlıq, ətraf mühitin keyfiyyəti, iqlim və təhlükəsizlik kimi faktorları ehtiva edir. Həyat standartı həyat keyfiyyəti anlayışı ilə yaxından əlaqədardır. Həyat standartı, ümumən, adambaşına düşən real (inflyasiya da nəzərə alınmaqla) gəlir və yoxsulluq səviyyəsi kimi standartlarla qiymətləndirilir. Səhiyyənin keyfiyyəti və əlçatanlığı, gəlir artımı bərabərsizliyi, təhsil standartları kimi digər meyarlar da istifadə edilir. Müəyyən mallara çatımlılıq (məsələn, hər 1000 nəfərə düşən soyuducu sayı), eləcə də həyat gözləntiləri kimi sağlamlıq meyarları da buna nümunədir. Bu, bir növ müəyyən bir dövrdə və ya yerdə yaşayan insanların öz ehtiyaclarını və (və ya) istəklərini təmin edə biləcəyi asanlıqdır. "Standart" sözünün əsas məğzi həyat keyfiyyəti ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sonuncu maddi həyat standartları ilə yanaşı, insan həyatını təşkil edən qeyri-maddi aspektləri də, məsələn, asudə vaxt, təhlükəsizlik, mədəni resurslar, sosial həyat, fiziki sağlamlıq, ətraf mühitin keyfiyyəti məsələlərini də nəzərə alır. Belə qərarlar vermək üçün rifah halının ölçülməsinin daha mürəkkəb vasitələrindən istifadə etmək lazımdır, lakin bu da olduqca siyasi xarakterlidir; odur ki, həm də mübahisəlidir.
Həyat təbəqəsi
Həyat təbəqəsi — biosferin əsas hissəsi. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s. Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф.
Həyat Əliyeva
Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent. Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998–2009) kiçik elmi işçi, (2009–2010) elmi işçi, (2010–2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə "Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H. Ş. Əliyevaya "Neft kimyası" ixtisası üzrə dosent adı verilmişdir. H. Ş. Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr — aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir.
Merhaba Həyat
Mərhaba həyat — Türkiyənin Fox (Türkiye) telekanalında nəşr olunmuş teleserial. 13 fevral 2013 tarixində sona çatmışdır. Həkim Dənizin Ankaradakı müvəffəqiyyətli karierinə son verərək İstanbuldakı bir doğum klinikasında işə başlayır. Yaşadığı bir hadisə Dənizin çalışdığı xəstəxana ilə ipləri kopartmasına və universitetdən yaxın yoldaşının İstanbuldakı klinikasında işi qəbul etməsinə səbəb olar. Dənizin indi doğulub böyüdüyü İstanbula, evim dediyi şəhərə geri dönməsi, klinikteki yeni iş yoldaşlarıyla birlikdə işi öyrənməsi, hər gün yeni xəstələrə həyat verməyə çalışması lazım olacaq. Həyatla mübarizəsi gənc yaşda başlayan bu cəsur qadının, özünə uzadılan kömək əlini itələmə tutmağı öyrənməsi asan olmayacaq. Ölümlə həyatın, dostluqla aşan bir-birinin içinə keçəcəyi bu yeni səfərdə Dənizin kompası həmişə həyatı gösterecekken, gün gələcək dostluqla eşq arasında bir seçki etməsi lazım olacaq. Bu seçkilərdən sonra heç bir şey nə Deniz nə Kliniği işçiləri nə də ən yaxınları üçün köhnəsi kimi olmayacaq.
PAŞA Həyat
PAŞA Həyat — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir. Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir. Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir. "PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür. “PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək Orconikidze) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
Yeni Həyat
Yeni Həyat (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yeni Həyat (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Yeni Həyat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Yeni Həyat — Azərbaycan SSR–in Bərdə rayonunda (Yeni Daşkənd) mövcud olmuş kolxoz.
Həyat Məlikova
Çəhrayı həyat
Çəhrayı həyat (fr. La Vie en rose) – Fransada "La Môme" adıyla satışa çıxarılmış (La Môme ifadəsi fransızca "Balaca quşcığaz" anlamına gəlir ki, bu da Edit Piafın ilk dövrlərdə tanındığı ad olmuşdur.) Kanada – Fransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən, ssenari müəllifi və rejissoru Olivier Dahan olan bioqrafik film. Filmin adı Edit Piafın vaxtilə daşıdığı ləqəbdən götürülmüşdür. Filmdə Edit Piaf rolunu, bu roldan sonra məşhurlaşmış Marion Kotillard canlandırmışdır. Film Ən Yaxşı Aktrisa nominasiyası da daxil olmaqla beş nominasiyada Sezar mükafatı əldə etmişdir. Eyni zamanda Kotillard oynadığı rola görə Oskar mükafatı əldə edərək ilk dəfə Oskar mükafatının fransız dilli rola görə verilməsinə səbəb olmuşdur. O, eyni zamanda, ilk fransız aktrisası olmuşdur ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə etmişdir. Film eyni zamanda birdən çox Oskar mükafatı qazanan ilk fransız filmi olmuşdur. Film məşhur müğənni Edit Piafın həyatından bəhs edir. Filmin ilk səhnələrində Piaf səhnədə oxuyan vəziyyətdə təsvir edilir.
Həyat sığortası
Həyat möcüzədir
Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir. Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Fəhlə Həyatının Başlanğıcı (1979)
Fəhlə həyatının başlanğıcı (film, 1979)
Görkəmli adamların həyatı
Görkəmli adamların həyatı — məşhur şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında kitab seriyası. Əsası 1890-cı ildə Florenti Fyodoroviç Pavlenkov tərəfindən qoyulmuş və Maksim Qorkinin təşəbbüsü ilə 1933-cü ildən Moskvada buraxılmağa başlanmışdır. 1938-ci ildən "Molodaya qvardiya" nəşriyyatında buraxılır. Bu seriyaya daxil olan kitablar içərisində yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarına, alimlərə (İbn Sina, Şekspir, Dante, Mixail Lomonosov, Onore de Balzak, Gi de Mopassan, Şopen, Lev Nikolayeviç Tolstoy, Dostoyevski, Çexov və başqaları) həsr olunmuş nəşrlər mühüm yer tutur. Həmin seriyadan Babək, Nizami, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə və başqaları haqqında kitablar çap olunmuşdur. Nəşr olunan bu kitablarda dahi şəxsiyyətlərin həyatı, yaradıcılıqları diqqət mərkəzinə gətirilir, zəruri faktlar, yaxud arxiv sənədləri əsasında tədqiqata cəlb olunur, maraqlı faktlar, araşdırmalar üzə çıxarılır. Müəllifin həyat və fəaliyyətinin bütün incəliklərini olduğu kimi oxucuya təqdim etdiyi qəhrəmanı isə öz növbəsində, geniş oxucu marağı üçün zəmin yaradır. Məsələn, "Görkəmli adamların həyatı" seriyasından Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamla bağlı nəşr olunan kitabda şairin həyat və yaradıcılığından, xüsusən də bir çox dillərə tərcümə olunaraq dünya şöhrəti qazanmış rübailərindın bəhs edilir. Ömər Xəyyamın həm də bir riyaziyyatçı və filosof kimi məşhur olması diqqət mərkəzinə gətirilir. Ümumiyyətlə, müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar .
Hərbi Dənizçilərin Həyatı (1923)
Hərbi dənizçilərin həyatı (film, 1923)
Həyat, sən kiminsən? (film, 1972)
Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi. Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
Həyat, sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013–2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur. Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir.
Həyat Bizi Sınayır (1972)
Həyat Elmləri və Biotibb (Jurnal)
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.
Həyat Elmləri və Biotibb Jurnalı
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.
Həyat Romansı (1971)
Film istedadlı Azərbaycan bəstəkarı, dünyasını vaxtsız dəyişmiş Asəf Zeynallıya həsr edilmişdir.
Həyat Uğrunda Mübarizə (1926)
Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Həyat Yolu (1985)
Film BAM-da çalışan Azərbaycan inşaatçılarına həsr olunmuşdur.
Həyat ağacı (Quran)
Ölümsüzlük ağacı və ya Həyat ağacı (ərəb. شجرة الخلود‎) — Quranda təsvir edilən həyat motivi ağacı. Hədislərdə və təfsirlərdə də ondan bəhs edilir. Bibliyadan fərqli olaraq, Quranda Ədən bağında yalnız bir ağacdan bəhs edilir, hansı ki, Allah onu Adəm və Həvva üçün qadağan etmişdir; başqa sözlə, Quranda bilik ağacı yoxdur. Bir ilan kimi görünən Şeytan, Adəmə dəfələrlə ağacdan almanı yeməyi əmr etdi və nəticədə Adəmlə Həvva bunu etdilər və bununla da Allaha itaətsizlik etdilər. Hədislərdə ancaq cənnətdəki digər ağaclar haqqında danışılır.
Həyat ağacı (film, 2011)
Həyat ağacı (ing. The Tree of Life) — Terrens Malikin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş ABŞ filmi. Filmin ideyası Terens Malikin ağlına hələ 70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə filmin çəkilişlərinə başlandı. Baş rolları Mel Gibson və Kolin Farel canlandıracaqdı. Amma filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin oktyabrında isə filmin yenidən çəkilməsinə qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin ölümü onun rolunu Bred Pitə nəsib etdi.
Həyat bayram olsa
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.

Digər lüğətlərdə