Andlı iclasçı
Andlı iclasçı və ya jüri — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir.
== Azərbaycanda ==
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxs idi.
Andlı İclasçılar Kolleqiyası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum idi.
2014-cü ildə Milli Məclisin qərarı ilə ləğv edilib. 2015-ci ildə Azərbaycan Prezidenti bu barədə müvafiq fərman imzalayıb.
== Həmçinin bax ==
Müdafiəçi (hüquq)
Arbitraj (hüquq)
== İstinadlar ==
== Xarici keçidlər ==
Kamil Həmzəoğlu. ""Məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti məni qane etmir"". 525.az.
"Andlılar məhkəməsi haqqında nəyi bilməlisən? – QvemoQartli.ge" (az.).