İDRİS

Qurana görə Allahın peyğəmbərlərindən biri olmuşdur. Onun Adəmin oğlu Şitin soyundan gəldiyi rəvayət edilir. Allah ona peyğəmbərlik və yaşadığı cəmiyyəti hikmət ilə idarə etmə qabiliyyəti vermişdir. Buna görə də onu, “üç fəzilətin sahibi” adlandırırlar. Onun çoxlu övladları olmuşdur. Rəvayətlərə görə İdris Babildə və ya Misirdə doğulmuşdur. Onun atasının adı Yərd, anasının adı isə Bəra və ya Əşvat olmuşdur. Adəmdən sonra insanlar yollarını azmışdır. Ona görə də, Allah İdrisi peyğəmbər olaraq seçmiş, o da onları doğru yola dəvət etmişdir. Ancaq onların çoxu inancsızlıq, bütpərəstlik və əxlaqsızlıqdan çəkinməmişdirlər. Sonra İdris Allaha iman gətirmiş ardıcılları ilə birlikdə Babilə köçmüşdür. Rəvayətlərə görə Allah İdrisə elmləri də öyrətmişdir. O, 72 dil bilmiş, riyaziyyatçı və münəccim olmuşdur. Bəlkə də, ilk yazı yazan, eləcə də iynə-sapla tikiş tikən də o olmuşdur. Allah İdrisə möcüzələr göstərmək bacarığını da vermişdir. O, ağaclarda neçə yarpağın olduğunu, özündən sonra gələcək peyğəmbərlərin adlarını bilirdi. Nuh peyğəmbərin dövründə tufanın olacağı barəsində xəbər vermişdir. Allah ona sühuf endirmişdir. Rəvayətlərə görə İdris peyğəmbər ölməmiş, sağ ikən göylərə qaldırılmışdır (Quran, 19: 56-57). Məhəmməd peyğəmbər İsra və merac zamanı onunla görüşmüşdür.
İDƏYN
İFRİT
OBASTAN VİKİ
İdris
İdris (ərəb. إدريس‎) — Quranda bəhs edilən peyğəmbərlərdən biri və Şetin oğlunun oğlu. Deyilənə görə, onun dövründə ilk dəfə insanlar heyvan dəriləri geyməkdən qurtuldular. Parçanı tapıb yazı yazmağı yaxşılaşdırdığı deyilir. İslam mifologiyasına görə 4-cü mərtəbə göydə yaşamağa davam edir. Ayrıca Antik Yunan mifologiyası ndəki Hermes 'və Qədim Misir mifologiyasındakı Thotun Qurandakı İdris ilə eyni adam olduğu və MÖ 14.000 ətrafında yaşadığı iddia edilir. Orhan Hançerlioğlu İdrisi belə izah etdi: Beş min il əvvəl Misirdə bir dərzi yaşayırdı. Misir papiruslarında dərzinin Hermes Tut adı var. Qurana görə, Adəm və oğlu Şetdən sonra gələn üçüncü peyğəmbər İdrisdir. Qələmlə yazan və paltar tikən ilk adamdır.
I İdris
I İdris (tam adı Seyid Məhəmməd İdris əl-Mehdi əs-Sənussi; 12 mart 1889 və ya 12 mart 1890 – 25 may 1983, Qahirə) — Liviyanın 1951-ci ildə müstəqilliyini qazanmasından sonra ilk Kral olaraq vəzifəyə başladı.
İdris Axundzadə
İdris Məmmədhüseyn oğlu Axundzadə (1914, Traubenfeld, Qazax qəzası – 1999, Bakı) — biologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Genetika–seleksiya Elmi-tədqiqat İsntitutunun direktoru (1960–1980), AMEA-nın müxbir üzvü. Axundzadə İdris Məmməd Hüseyn oğlu 1914-cü ildə Tovuzda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu və daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. İ. M. Axundzadə 1934-cü ildə akademik N. İ. Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin (sonradan Çay və Subtropik Bitkilər Ümumittifaq Elmi-Tədqiqat İnstitutu) aspiranturasına qəbul edilmişdir. Alim 1939–1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956–1961-ci illərdə İ. M. Axundzadə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956–1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən ömrünün sonuna kimi aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə İ. Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, 13 iyun 1966-cı ildə professor adı almışdır. Ümumiyyətlə, İ. Axundzadə elmi fəaliyyət müddətində 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaratmışdır. İ. Axundzadə tərəfindən 30-a qədər elmlər namizədi hazırlanmışdır.
İdris Ağalarov
İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958). Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
İdris Bazorkin
İdris Bazorkin (d. 15 iyun, 1910 Nazran, Rusiya İmperiyası — ö. 31 may, 1993 Nazran, İnquşetiya) — İnquş sovet yazıçısı, şair. O, babasının qardaşı Mochko Bazorkin tərəfindən qurulan Moçko-Yurd olan Bazorkins kəndində anadan olmuşdur. Bazorkin soyadları dağlıq İnquşetiyada Eji— qala kəndindən Qazdiyev ailəsinə aiddir. Bazorkin kəndinin banisi onun babasının qardaşı idi. O, çar ordusunun ilk generalı idi. O dövrdə yaxşı təhsil almış altı oğlan yetişdirdi. Daha sonra İnquşun ziyalı nümayəndəsi oldu. Yazıçının atası General Bazorkinin üçüncü oğlu Murtuz Əli çar ordusunun zabiti idi.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır. Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.
İdris Cəfərov
İdris Debi
İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 1952 – 20 aprel 2021, Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur. Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi. Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi.
İdris Elba
İdrissa Akuna "İdris" Elba (ing. Idrissa Akuna «Idris» Elba; 6 sentyabr 1972, Hakni[d], Böyük London) — britaniyalı kino və televiziya aktyoru. Əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), Kabus yarışçı 2: İntiqam atəşi, Prometey (2012) və Tor triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanmışdır. İdrisa Akuna Elba 6 sentyabr 1972-ci ildə Londunun Xakni borosunda A doğulmuşdur. Ailənin yeganə övladı olan aktyorun atası Siyerra-Leoneli və anası isə Qanalıdır. Hələ məktəb illərdə səhnəyə çıxmağa başlamışdır. 1986-cı ildə dicey olan əmisinə işində köməklik etməyə başlayıb, daha sonra özü dicey kimi müxtəlif gecə klublarında "DJ Big Driss" ləqəbi ilə çıxış edib. Gənc yaşlarında həm də Ford şirkətində də çalışmışdır. İdris Elba kino aktyor karyerasına televizyadan başlayır və müxtəlif seriallarda çəkilir. Böyük kinoda ilk addımlarını isə 2000-ci illərdə atmağa başlayır.
İdris Heydərli
İdris Heydərli (tam adı Heydərov İdris Zabut oğlu) — azərbaycanlı araşdırmaçı, yazar . İdris Heydərli 1967-ci il Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə həmin universitetin "Mədəniyyət fəlsəfəsi" üzrə aspiranturasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında inzibatçı, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,"Yuğ" studiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə Teatr Xadimləri ittifaqında baş mütəxəssis vəzifələrində çalışmışdır. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində (Azərbaycan Televiziyası) böyük redaktor vəzifəsində çalışmış və dönəmin ən məşhur proqramı olan Ev sizin sirr bizim verilişin rəhbəri və aparıcısı olmuşdur. Pepsi və Hyatt Regency Baku otelində marketinq üzrə rəhbər vəzifələrdə çalışdıqdan sonra 2002-ci ildə yenidən televiziyaya dönmüş və Space TV - də redaktor,aparıcı vəzifələrini görmüşdür. Dönəmin ən məşhur proqramı Ay, ev yiyəsinin müəllif və aparıcısı, Gizli və aşkar Azərbaycan proqramının müəllifi olmuşdur. 2006-cı ildə bu kanaldan ayrılıb Azərbaycan Televiziyasına (AzTv) redaktor olaraq geri dönmüşdür. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyada Moskva şəhərində fəaliyyət göstərən İnter Azərbaycan (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer almışdır.
İdris Həsənov
İdris Həsənov (1897–1950) — dissertasiya müdafiə etmədən filologiya elmləri namizədi elmi dərəcəsini və professor adını alan tanınmış dialektoloq alim, Azərbaycan Pedaqoji İnstitutunun professoru, 1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsinin müəllifi, SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əvvəl şöbə müdiri, sonra isə direktor müavini və direktoru, repressiya qurbanı. İdris Məşədi-Zaman oğlu Həsənov 1897-ci ildə Gəncədə sənətkar ailəsində anadan olub. 1908-ci ildə ibtidai təhsilini başa vurduqdan sonra Gəncədə ali başlanğıc uçilişinə daxil olub və 1913-cü ildə oranı başa vurub. Qarşılıqlı Kredit Cəmiyyətində hesabdar işləmişdir. 2–3 il ərzində özünütəhsillə məşğul olmuş bu məqsədlə Peterburqdan olan "ev məktəbinə" və "xarici dilləri özüöyrənmə"yə yazılıb. 1918-ci ildə Gəncədən hərbi xidmətə çağırılıb və qərargah korpusunda tərcüməçi kimi fəaliyyət göstərib. 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə dinləyici kimi qəbul edilir. 1920-ci ildə həmin fakültənin tələbəsi olur. Xalq hərbi Komissarlığında da fəaliyyətini davam etdirərək kassir kimi işləyir. 1920-ci ildə Gəncədə Quberniya Hərbi Komissarlığının katib-tərcüməçisi vəzifəsinə keçirilir.
İdris Mehdiyev
İdris Mehdiyev — məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti (1978), Azərbaycan Dövlət Radio və Televiziyası Xorunun solisti və direktoru. Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi. İdris Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub boya-başa çatmışdı.Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilən mühəndis olmuşdu.Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikişibəyova həyat yoldaşı İkinci dünya müharibəsində, 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyütdü. Lakin özü də erkən, 1953-cü ildə vəfat etdi. İdris Mehdiyev hələ uşaq yaşlarından gözəl səsi, musiqi duyumu, qulaq asdığı mahnıları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə diqqəti cəlb etdi. Anası İdrisi tez-tez doğulduğu doğma şəhərinə, Qarabağın füsunkar və ecazkar guşəsi olan qədim Şuşaya aparardı. Orada balaca İdris məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğam və xalq mahnılarını dinləmiş, bu lirik və gözəl nəğmələr onun yaddaşına, qəlbinə hopmuşdu. Şirin, məlahətli səsi ilə tez-tez bu mahnıları zümzümə edər, oxuyardı. Gəncədə təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başladı. Tezliklə uşaq xorunun solisti olaraq səhnələrə çıxıb özünün qabiliyyətini göstərdi.
İdris Məmmədov
İdris Nərimanov
İdris Nazim oğlu Nərimanov (10 iyul 2000; Xanağalı, Bərdə, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonunda anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi, həmin ildən isə müddətdən artıq əsgər kimi xidmət edib. Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İdris Nərimanov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib.. 10 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Bərdədə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İdris Rzabəyov
Rzabəyov İdris İbrahim oğlu – Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü İdris İbrahim oğlu Rzabəyov 13 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub, 31 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsinə qəbul edilib, 1961-ci ildə institutu bitirərək təyinatla "Neft Daşları" Neft Qaz Çıxarma İdarəsinə göndərilib, 1989-cu ilədək burada operator, mühəndis, sex rəisi, geologiya və işlənmə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1971-73-cü illərdə Kuba Respublikasında ezamiyyədə olub, neft-mədən geoloqu kimi bu ölkənin neft-qaz yataqlarının istismarında iştirak edib. Dəyərli fəaliyyətinə görə keçmiş sovetlər birliyinin Amerika qitəsindəki yeganə dost ölkəsindəki qurumların və SSRİ-nin Kubadakı Səfirliyinin Fəxri Fərmanlarına layiq görülüb. 1989-1994-cü illərdə "28 May" NQÇİ-nin Baş geoloqu-rəis müavini, 1994-2002-ci illərdə NQÇİ-nin rəisi vəzifəsində çalışıb. Onun rəisliyi dövründə Dövlət Neft Şirkəti üzrə ümumi neft hasilatının 80 faizi, qaz hasilatının 60 faizi "28 May" NQÇİ-nin payına düşürdü. İ.Rzabəyov dövlət idarəçiliyinə cəlb edilərək 2002-2011-ci illərdə yeni yaranan AR Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi-SEN) Aparat Rəhbəri vəzifəsinin icraçısı-Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, SEN-in neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib. Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra da indiyədək SEN və AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərir. O, 20-dən çox ölkədə keçirilən beynəlxalq treyninqlər, seminarlar, konfranslarda Azərbaycanı təmsil edib, dəfələrlə "Azneft" İB, ARDNŞ-in Fəxri Fərmanlarını alıb. Müstəqil Dövlətlər Birliyinin-MDB-nin "Əməkdar energetiki", "Əmək veteranı", "Tərəqqi" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.
İdris Rüstəmov
İdris Rüstəmov — Azərbaycan-SSRİ aktyoru. Əsasən epizodik rollar ifaçısı İdris Rüstəmov ən uğurlu rolunu "Sonuncu" adlı qısametrajlı filmdə oynayıb. Aktyor bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Aktyor 30 -dan çox filmdə müxtəlif xarakterli obrazlar yaratmışdır. O,təkcə oz filmlərmızdə deyil Belarus,Ukrayna və s. xarici olkərərin filmlərində də yer almişdir. Həmçinin, İdris Rüstəmov qəzəl qiraət ustasıdır. Adam (film, 2010) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: agent Araqarışdıran (film, 1987) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Fəryad (film, 1993) Hacı Qara (film, 2002) Həmyerli (film, 1989) Hər şey yaxşılığa doğru İşarəni dənizdən gözləyin (film, 1986) Koramal (film, 2009) Köhnə bərə (film, 1984) Qarabağ şikəstəsi (film, 1996) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Qorxma, mən səninləyəm!
İdris Süleymanov
İdris Süleymanov (tam adı: Süleymanov İdris Həsən oğlu) — Sovet İttifaqı Qəhrəmanı. İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci taqımının komandiri olmuşdur. Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur. 1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.
İdris Səfər
İdris Səfər (alb. Idriz Seferi) — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya Müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya Müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi. İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdur. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur. 1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldı.
İdris Verdiyev
İdris Yusifov
İdris Zamanlı
İdris Abbasəli oğlu Zamanlı (22.03.1930 -02.06.1994) - azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zamanlı İdris Abbasəli oğlu 1930-cu il martın 22-də Ermənistanın Grasnoselo rayonunun Cil kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948). Əmək fəaliyyətinə Çil kəndində kolxozda başlamışdır (1948-1954) ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1954-1958). Ailə vəziyyətinə görə təhsilini yarımçıq qoyub "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur (1958-1963). Bakı şəhər 64 nömrəli orta məktəbində müəllim işləmiş, eyni zamanda universitetdə təhsilini davam etdirmişdir (1964-1967). Azərbaycan SSR Mədəniyyət Nazirliyində redaktor işləmişdir (1966). "Elm və Həyat" jurnalında şöbə müdiri olmuşdur (1975 - 1982) Moskvada "Nedelya" həftəlik qəzetinin müxbiri vəzifəsində çalışmışdır (1982-1986). Sonra təqaüdə çıxmış, ömrünün sonunadək fərdi yaradıcılıqla məşğul olmuşdur. Poetik yaradıcılığa 50-ci illərdən başlamışdır.
İdris Zeynalov
İdris Zeynalov — Bəstəkar. Kino bəstəkarı. Aktyor 1952-ci il yanvarın 29-da anadan olub Estrada-simfonik orkestri üçün Fantaziya (1992); Orqan üçün "Arabeskalar" (1997). Müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1990 – 2001). "Qisas" kinofilminə musiqi (1992). B.Vəziroğlu, N.Xəzri, S.Rüstəmxanlı, D.Gədəbəyli, G.Şıxəliqızı, İ.Dadaşov və b. şairlərin söz.
İdris peyğəmbər
İdris (ərəb. إدريس‎) — Quranda bəhs edilən peyğəmbərlərdən biri və Şetin oğlunun oğlu. Deyilənə görə, onun dövründə ilk dəfə insanlar heyvan dəriləri geyməkdən qurtuldular. Parçanı tapıb yazı yazmağı yaxşılaşdırdığı deyilir. İslam mifologiyasına görə 4-cü mərtəbə göydə yaşamağa davam edir. Ayrıca Antik Yunan mifologiyası ndəki Hermes 'və Qədim Misir mifologiyasındakı Thotun Qurandakı İdris ilə eyni adam olduğu və MÖ 14.000 ətrafında yaşadığı iddia edilir. Orhan Hançerlioğlu İdrisi belə izah etdi: Beş min il əvvəl Misirdə bir dərzi yaşayırdı. Misir papiruslarında dərzinin Hermes Tut adı var. Qurana görə, Adəm və oğlu Şetdən sonra gələn üçüncü peyğəmbər İdrisdir. Qələmlə yazan və paltar tikən ilk adamdır.
İdris İsayev
İdris Balakişi oğlu İsayev (22 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2018-ci ildən), Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (2014-2018). İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəolunması" ixtisası üzrə magistr dərəcəsi alıb. 1992–1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib. .
İdris Şamxalov
İdris Şamxalov (ləzg. Шамхалрин Идрис Разакьан хва; ) — ilk Dağıstan dramaturqu, aktyor və rejissor. Dağıstanda ilk teatrın qurucusudur. Milliyyətcə ləzgidir. İdris Şamxalov 27 sentyabr 1877 -ci ildə Bakı şəhəri, Suraxanı kəndində Dağıstan vilayətinin Samur qəzasının Axtı (indiki Dağıstan Respublikasının Axtın rayonu) kəndindən gələn bir Bakı fəhləsinin ailəsində anadan olmuşdur. Bakıdakı neft yataqlarında işləyir, burada teatr sənəti ilə tanış olur. 1906-cı ildə bir dramaturqun həyatında ən əlamətdar hadisə baş verir. Onun tərəfindən bir teatr qurulur. İdris Şamxalovun üç oğlu Böyük Vətən müharibəsi cəbhələrində vuruşur. 1944-cü ildə iki oğlunun müharibədə ölməsini eşidərək ürək çatışmazlığından dünyasını dəyişir.
Məhəmməd İdrisi
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir.
İdris Məmmədov (şəhid)

Digər lüğətlərdə