İdris Nazim oğlu Nərimanov (10 iyul 2000; Xanağalı, Bərdə, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
İdris Nərimanov | |
---|---|
İdris Nazim oğlu Nərimanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xanağalı, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonunda anadan olub.[2] 2018-2020-ci illərdə müddətli əsgər kimi, həmin ildən isə müddətdən artıq əsgər kimi xidmət edib. Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi idi.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İdris Nərimanov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib.. 10 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Bərdədə dəfn edilmişdir.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]