İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur.
== Mənşə ==
Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]]
Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki
qabartmalarda yenədə ikibaşlı qartal görülür.
Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər.
Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur.
Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.