informasiya
informativ
OBASTAN VİKİ
Kitabxana (informatika)
Kitabxana (informatika) (en. library) – proqramlaşdırmada: bir faylda saxlanılan prosedurlar toplusu (yığını). Kitabxanada olan hər bir prosedurlar dəstinin adı olur və çeşidli, çox zaman çox spesifik məsələləri yerinə yetirir. Məsələn, C dilinin standart kitabxanasında olan printf() funksiyası simvolları ekranda əks etdirir. Belə prosedurlar dəstləri işi asanlaşdırır və tezləşdirir. Proqramçı kitabxananı öz proqramında elan edə və proqramın yerinə yetirilməsi gedişində onun prosedurlarına müraciət edə bilər, yəni lazım olduqda həmin prosedurları yenidən yazmağa gərək yoxdur. Kitabxanalar müəyyən proqramlaşdırma dilinin standart altproqramlarından və ya xüsusi altproqramlardan ibarət ola bilər. Ənənəvi anlamda kitabxana bəzən proqram təminatına və ya verilənlər fayllarına müraciət etmək üçün hər hansı informasiya yığınıdır. Kitabxana proqramı – proqramlaşdırmada: proqramlar kitabxanasında saxlanılan və kitabxanaya müraciət edə bilən istənilən proqram tərəfindən istifadə olunan proqram. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Klient (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
MOV (informatika)
MOV — 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində "move" komandasının abreviaturu. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Mosaic (İnformatika)
Məlumat (İnformatika)
Məlumat (ing. message (= MSG), ru.сообщение) — 1. Rabitə sahəsində: elektron rabitə vasitəsilə bir qurğudan başqasına ötürülən verilən elementi. Baxış nöqtəsindən asılı olaraq "məlumat" termininin dəqiq anlamı bir qədər dəyişir. Məsələn, elektron poçtdan istifadə edən şəxs üçün məlumat, başqa bir şəxsdən gəlmiş və öz elektron poçt qutusuna qəbul olunmuş müəyyən blank (KİMƏ, KİMDƏN, MÖVZU, TARİX) şəklində olan məktubdur. Kompüter və ya kommunikasiya şəbəkəsi üçün məlumat, çox zaman strukturlaşdırılmış və müəyyən qaydalara (protokollara) uyğun olaraq ötürülən, verici və qəbuledici qurğular tərəfindən dəstəklənən informasiya blokudur. Belə məlumat bir və ya bir neçə mətn blokundan, başlıqları (alanın ünvanı, məlumatın tipi və s.) ötürən proqram tərəfindən generasiya olunan başlanğıc (START), son (END) və idarəetmə simvollarından, eləcə də rabitə prosesini və xətaların aşkarlanmasını sinxronlaşdıran informasiyadan ibarət olur. Məlumat bilavasitə göndərəndən alana fiziki rabitə vasitəsilə göndərilə və onu bir aralıq stansiyadan başqasına yönəldən stansiyalar sistemi vasitəsilə tam və ya hissə-hissə ötürülə bilər. Xoşbəxtlikdən, mürəkkəb ötürmə əməliyyatlarının çoxunu aparat və proqram vasitələri öz üzərlərinə götürür. 2.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xəritə (İnformatika)
Xəritə (ing.map, ru.карта)- 1. Obyektin strukturunun təsviri. Məsələn, yaddaş xəritəsi obyektlərin yaddaşda yerləşməsini (düzülüşünü) göstərir, simvol xəritəsi isə proqramda simvolun adları ilə proqramda yaddaş ünvanları arasında assosiasiyaları sadalayır. 2. Bir obyektin və ya qiymətin başqasına çevrilməsi. Məsələn, kompüter qrafikasında xəritə üçölçülü obyektin müstəvidə və ya ikiölçülü görüntünün sfera üzərində təsvirini göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çoxtapşırıqlılıq (informatika)
Çoxtapşırıqlılıq (ing. multitasking, rus. многозадачность) — kompüterin eyni zamanda bir neçə tapşırığı yerinə yetirməsini təmin edən əməliyyat sistemininin iş rejimi. Buna uyğun olaraq əməliyyat sistemləri çoxtapşırıqlı (məsələn, Linux) və təktapşırıqlı (məsələn, MS-DOS) deyə iki sinfə ayrılır. Çoxtapşırıqlılığın bir neçə növü var. Kontekst çevirmə (CONTEXT SWITCHING) çoxtapşırıqlılığın çox sadə növüdür ki, bu halda iki və daha artıq tətbiqi proqram eyni anda yüklənir, ancaq təkcə öncəliyi olan proqrama kompüterdə gerçək emal olunmaq üçün zaman ayrılır, o biri (fonda olan) tapşırığın aktivləşdirilməsi üçün isə istifadəçi həmin proqramın pəncərəsini ön plana çəkməlidir.
İnformatika
İnformatika (fr. informatique; ing. computer science) – verilənlərin saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. Burada riyazi məntiqin xüsusi rolu olmuşdur. Kibernetika isə kompüterlərin yaradılması üçün nəzəri zəmin yaratmışdır. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçiricilər, plastmaslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt.
Boşluq (informatika)
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Çoxaxınlılıq (informatika)
Çoxaxınlılıq — bir proqram çərçivəsində bir neçə prosesin sürətli ardıcıllıqla (çoxtapşırıqlı rejim) yerinə yetirilməsi. Verilənlərin emalında: bir bəndindən başqasına keçidin səmərəliyini artırmaq üçün hər bir bəndin yuxarı səviyyəli bəndlərə göstəriciləri özündə saxladığı ağacşəkilli struktur. == Ədəbiyyat == İsmayıl Calallı. "çoxaxınlılıq" // Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. səh. 516. ISBN 978-9952-434-82-8.
İnteqrasiya (informatika)
İnteqrasiya 1.(ing. integration ~ ru. интеграция ~ tr. tümleştirme) – hesablamalarda: müxtəlif əməliyyatların, proqramların və ya kompüterlərin aparat vasitələrinin komponentlərinin bir funksional vahiddə uzlaşdırılmış birləşməsi. Bax: INTEGRAL MODEM, INTEGRATED SOFTWARE, ISDN. 2. elektronikada: sxem elementlərinin bir mikrosxemdə yığılması prosesi. Bax: INTEGRATED CIRCUIT. 3. riyaziyyatda: (kobud şəkildə) fiqurun sahəsinin və ya cismin həcminin tapılması kimi təsvir oluna bilən prosedur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Ontologiya (informatika)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir. Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Quru (informatika)
Quru (ing. Guru rus. Гуру) — kompüterdən çox yaxşı başı çıxan kimsə, slenq, termin. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Termin sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" mənalarına gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Semantika (informatika)
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
MOV (İnformatika)
MOV — 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində "move" komandasının abreviaturu. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nişan (İnformatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nəzəri informatika
Nəzəri informatika — informatikanın riyazi və nəzəri əsaslarını öyrənən bir sahədir. Bu sahə, hesablama, alqoritm, məlumat strukturları, mürəkkəblik nəzəriyyəsi, formal dillər və avtomatlar kimi mövzuları əhatə edir. Nəzəri informatika, hesablama nəzəriyyəsi və onun tətbiqi üçün fundamental prinsipləri formalaşdırır və bir çox digər informatika sahələrinin inkişafına əsas yaradır. == Əsas mövzuları == === Hesablama nəzəriyyəsi === Bu, alqoritmlərin və hesablama proseslərinin nəzəri əsaslarını araşdırır. Hesablama nəzəriyyəsi, "nəyi hesablamaq olar?" sualına cavab axtarır və bunun üçün müxtəlif formal modelləri istifadə edir. Türinq maşınları — hər hansı bir hesablamanın necə yerinə yetirilə biləcəyini göstərən nəzəri modeldir. Turing maşınları, hesablama prosesinin sərhədlərini anlamaq üçün əsas vasitədir. Hesablama funksiyaları — hesablama proseslərinin tərifini verən funksiyalardır. Bu, reallaşdırma mümkünlüyünü araşdırmaq üçün istifadə olunur. === Alqoritm nəzəriyyəsi === Alqoritm nəzəriyyəsi alqoritmlərin effektivliyini, performansını və səmərəliliyini öyrənir.
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir. == Tarixi və fəaliyyəti == Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır. Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub. == İnformasiya texnologiyaları == Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb. Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb. Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir. Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir. İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Moskva Rabitə və İnformatika Texniki Universiteti
Moskva Rabitə və İnformatika Texniki Universiteti (rus. Московский технический университет связи и информатики (МТУСИ)) — Rusiyada universitet; telekommunikasiya, informatika, radiotexnika, iqtisadiyyat və idarə etmə sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan böyük elmi tədris mərkəzidir. == Tarixi və fəaliyyəti == 1921-ci ilin fevralında Moskva Rabitə Elektrotexnikumunun bazasında V. N. Podbelski adına Moskva Xalq Rabitə Elektrotexnika İnstitutu yaradılır. Ali təhsil ocağı sonrakı dövrlərdə müxtəlif adlarla fəaliyyətini davam etdirir. 1992-ci ildən isə universitet statusu əldə edən ali təhsil müəsisisəsi Moskva Rabitə və İnformatika Texniki Universiteti adlandırılır. Universitetin tərkibinə Rostov-na -Donu və Nijni-Novqorod şəhərlərində yerləşən iki regional filial, elmi mərkəz, İxtisasartırma İnstitutu, Telekommunikasiya Kolleci, ali məktəbə qədər hazırlıq mərkəzi, yeni texnika elmi tədris poliqonu daxildir. Ali məktəbin professor-müəllim heyəti təqribən 700 nəfərdən ibarətdir. Onların arasında 100 professor və 400-dən artıq elmlər namizədi və dosent var. Universitetin müəllimləri bir neçəsi Rusiya və beynəlxalq akademiyaların həqiqi və müxbir üzvləri, o cümlədən dövlət mükafatları laureatlarıdır. Universitetdə təhsilin əyani və qiyabi formaları üzrə təxminən on dörd min tələbə, aspirant, müxtəlif kursların dinləyiciləri təhsil alır.
Mutasiya maşını (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Siçanın həssaslığı (informatika)
Siçanın həssaslığı (ing. mouse sensitivity, ru. чувствительность мыши) — siçanın hərəkəti ilə kursorun ekranda hərəkəti arasındakı əlaqənin xarakteristikası; həssaslıq böyük olduqda siçanın səthdə yerdəyişmə vahidinə göstəricinin ekranda daha böyük yerdəyişməsi uyğun olur. Siçanın həssaslığını korreksiya etməyin və ya artırıb-azaltmağın iki üsulu var: sadəcə, lazım olan həssaslığa malik siçan seçmək; tətbiq olunan siçan proqramı və ya drayveri vasitəsilə tənzimləmə. Yüksək həssaslıq dəqiq işlər üçün yaxşıdır, məsələn, CAD/CAM (avtomatlaşdırılmış layihələşdirmə və istehsalat) proqramları və qrafik proqramlarda; aşağı həssaslıq isə ekranda sürətlə hərəkətin vacib olduğu hallar üçün və kursorun, adətən, menyu komandasını seçmək və ya mətni seçdirmək üçün istifadə olunduğu mətn prosessorları və elektron cədvəllər kimi proqramlar üçün yaxşı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətir nömrəsi (informatika)
Sətir nömrəsi (ing. line number) – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantezi rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çox sənədli interfeys (İnformatika)
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Çoxkeçidli çap (İnformatika)
Çoxprosessorlu emal (informatika)
Çoxqatlı, çox təbəqəli ( İnformatika)

Digər lüğətlərdə