İTİDİŞLİ

s. bax itidiş

İTİDİŞ
İTİGEDƏN
OBASTAN VİKİ
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
İtidişli itburnu
İtidişli itburnu (lat. Rosa oxyodon) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Gürcüstanda (Tuşeniya) və Dağıstanda təbii arealı vardır. Böyük Qafqazda Quba rayonu ərazisində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2. Yuxarı dağ və subalp qurşaqlarda meşələrin kənarlarında, kolluqlarda çayların kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Hündürlüyü 1 m-ə qədər olan qırmızımtıl və ya tünd qırmızı qabıqlı alçaqboy koldur. Qopartikanları möhkəm, düz yönəlmiş tək-tək və ya cüt-cüt yеrləşmişdir.
İtidişli topulqa
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Aralıq dənizyanı ərazilərdə yayılmlşdır. Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir. Şəhər şəraitinə dözümlüdür. Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.

Digər lüğətlərdə