İTTİFAQ

(birlik) 1. iki və ya bir neçə şəxsin, qrupların, partiyaların, cəmiyyətlərin, xalqların mükəmməl birliyi; həmin subyektləri özündə cəmləşdirən təşkilat, birlik; 2. ümumi (siyasi, iqtisadi (maliyyə), hərbi və s. məqsədlərə nail olmaqdan ötrü bir sıra dövlətin ümumi fəaliyyətlərini koordinasiya etməsindən ötrü, rəsmi surətdə tərəflər arasında imzalanmış (yəni tərəflərin öhdəliklərinə müəyyən səlahiyyətlər və funksiyalar düşən) könüllü birlik; 3. bir sıra dövlətin (xalqın) vahid Ali hakimiyyətli dövlət daxilində birliyi (misal Sovet İ.-ı). Bax həmçinin federasiya; 4. (1905- ci il noyabr – 1906-ci illərdə Bakıda yaradılmış və fəaliyyət göstərmiş) – Azərbaycanda eser təşkilatı; 5. 1908-09-cu illərdə Bakıda H.M.Vəzirovun redaktorluğu ilə nəşr edilmiş gündəlik ictimai, iqtisadi və ədəbi qəzet; 6. İ.Məclisi – İsveçrədə əhali tərəfindən 4 il müddətinə seçilən, bərabərhüquqlu iki palatadan (Milli Şura və Kontonlar Şurası) ibarət olan Ali federal qanunvericilik orqanı. O, İ. Şurasının üzvlərini, İsveçrə Prezidentini və vitseprezidentini, ordu baş komandanını və başqalarını seçir, xarici əlaqələr, büdcəni təsdiq edir, Ali ədliyyə nəzarəti və s. də Məclisin səlahiyyətinə aiddir; 7. İ. Şurası – İsveçrədə Ali Federal İcra Hakimiyyəti orqanı, Federal Hökumət; 8. İ.-i müslimin – 1905-ci ilin avqustunda Rusiya müsəlmanlarının 1-ci qurultayında (Nijni Novqorod) təsis edilmiş və 1914-cü ilə qədər fəaliyyət göstərmiş, 15 nəfərdən ibarət daimi bürosu olmuş - ümumrusiya müsəlmanları İ.-ı; 9. (qramatikada) bağlayıcı. 10. Bax həmkarlar ittifaqı;
İTAƏTSİZLİK
İYERARXİYA
OBASTAN VİKİ
İttifaq
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müqəddəs İttifaq
Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır. 1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər. Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər: Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür.
İkili ittifaq
İkili İttifaq — Almaniya imperiyası və Avstriya-Macarıstanın 1879-cu ildə yaratdığı ittifaq. Berlin konqresinin sabahı günü Bismark gözləyirdi ki, Rusiya Berlin traktatının həyata keçirilməsinə mane olacaq adddımlar atacaq. Şərq böhranı zamanı Bismarkın tutduğu mövqe rus-alman münasibətlərinin pisləşməsinə səbəb oldu. Rus mətbuatı alman imperiyasının ünvanına tənqid və məzəmmətlərlə dolu idi. İki dövlət arasında münasibətlər kəskinləşmişdi. Slavyanları qızışdırmaqla Rusiya Habsburqlar imperiyasında onsuz da mövcud olan daxili narahatlığın daha da güclənməsinə səbəb olmuşdu. Avstriya bundan ciddi narahatlıq keçirirdi. Bundan istifadə edən Bismark Andraşini inandırmağa çalışırdı ki, Almaniya ilə sıx ittifaq Avstriya-Macarıstanı onu hədələyən bütün təhlükələrdən xilas edə bilər. Avstriya-Macarıstanla ittifaq haqda danışıqları davam etdirən Bismark Rusiyanın "yaxşılığı bilmədiyi " haqda versiya barədə mətbuatda geniş kampaniyaya başladı. Onu da qeyd edək ki, Almaniyanın ünvanına mətbuatda tənqidi çıxışlara baxmayaraq nə Qorçakov, nə də II Aleksandr Bismarka qarşı açıqdan-açığa düşmənçilik mövqeyi tutmurdular.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İttifaq (ABŞ)
İttifaq (ing. Union) — Vətəndaş müharibəsi dövründə 24 şimal ştatının federasiyası. Cənub Amerika Konfederativ Ştatları əleyhinə idi. Ayova Vermont Viskonsin Delaver Qərbi Virciniya İllinoys İndiana Kaliforniya Kanzas Kentukki Konnektikut Massaçusets Minnesota Missuri Miçiqan Men Merilend Nevada Nyu-Cersi Nyu-York Nyu-Hempşir Ohayo Oreqon Pensilvaniya Rod-Aylend Gallagher, Gary W. The Union War (2011), emphasizes that the North fought primarily for nationalism and preservation of the Union Gallman, J. Matthew. The North Fights the Civil War: The Home Front (1994) Neely, Mark. The Divided Union: Party Conflict in the Civil War North (2002) Rorabaugh, William J. "Who Fought for the North in the Civil War?
İttifaq Dövlətləri
İttifaq dövlətləri, Dördlər İttifaqı Mərkəzi dövlətlər və ya İttifaqi‐Mürəbbe (az-əbcəd. اتفاقی‐مورببئ‎) — Birinci dünya müharibəsi dövründə (1914–1918) "dostluq sazişi" (Antanta) dövlətlərinə qarşı olan hərbi-siyasi blok. Almaniya İmperiyası Avstriya-Macarıstan İmperiyası Osmanlı İmperiyası Bolqar Çarlığı (1915-ci ildən) İttifaq dövlətlərinin müttəfiqləri 1916-cı ildə Britaniya ağalığına qarşı üsyan qaldırmış İrlandiya azadlıq hərəkatı ("Pasxa Üsyanı"), eləcə də keçmiş Rusiya İmperiyasının ərazisində yaranmış bəzi dövlətlər idi.
İttifaq Mirzəbəyli
İttifaq Partiyası
İttifaq Partiyası (Tatarıstan) — 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. İttifaq Partiyası (Azərbaycan) — Azərbaycan milli sosialist-inqilabçı (eser) təşkilatı.
İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Müqəddəs İttifaq (1684)
Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.
İttifaq Partiyası (Azərbaycan)
İttifaq Partiyası — 1905-ci ilin oktyabr ayında Bakıda yaradılmış milli sosialist inqilabçı təşkilatı. Təşəbbüsçüləri Sosialist İnqilabçılar Partiyası Bakı komitəsinin üzvləri S. Rayetski və V. Rizel idi. Təşkilatın başçıları R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov olmuşlar. "İttifaq"ın üzvləri sırasında P. Montinlə birlikdə qətlə yetirilmiş fəhlə Əli Hacı Yaqub oğlunun, eləcə də Ş. Poladov, tələbə Mehdiyevin də adları çəkilir. Mətbu orqanı olmayan Azərbaycan eserləri "Qafqaz sözü", "Kaspi" və digər qəzetlərin səhifələrində məqalələr dərc etdirirdilər. Təşkilatın liderləri kütlələrin maarifləndirilməsini və xalqın azadlığını özlərinin əsas məqsədləri elan edirdilər. Azərbaycanlılara qarşı soyqrımları zamanı ittifaqçılar eserlərlə və digər partiyalarla birlikdə hakimiyyət nümayəndələrinin təxribatına qarşı çıxış etmişdilər. Siyasi şəraitin və erməni-müsəlman münasibətlərinin gərginləşdiyi 1905-ci ilin oktyabrında ittifaqçılar sol blok taktikası tərəfdarları olaraq, Sosialist İnqilabçılar Partiyası Bakı komitəsi, sosial demokratlar və erməni spesifikləri ilə birgə qaragüruhçulara və digər təxribatçılara qarşı yaradılmış İnqilabi Koalisiya İttifaqına daxil oldular. 1905-ci ilin avqustunda yaranmış eyni vəziyyətdə İttifaq Partiyası azərbaycanlıları və erməniləri birliyə çağıraraq, hakim dairələrin təxribatlarına uymamağa və qırğınları dayandırmağa çağırırdı. Taktiki üsullarında ittifaqçılar terrorun və anarxist mübarizəsinin tərəfdarı idilər.
İttifaq Partiyası (Tatarıstan)
Tatar Milli Azadlıq İttifaq Partiyası (tatar. Татар милли бәйсезлек партиясе "Иттифак", rus. Тататрская партия национальой независимости "Иттифак") 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir. İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir. Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur: Tatar xalqının dirçəlişi; Tatar dövlətçiliyinin bərpası; Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması. Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.
Demokratiya Uğrunda İttifaq
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Osmanlı-Müqəddəs İttifaq müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Xalq Hərakatı Uğrunda İttifaq
Xalq Hərəkatı Uğrunda İttifaq
Xalq Hərakatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) bu abvetura ilə Prezident Çoxluğu Uğrunda İttifaq (fr. Union pour la majorité présidentielle) — Fransanın liberal-mühafizəkar ideologiyalı siyasi partiyası. Yarandığı vaxtdan hakim partiyadır. Məclisdə və Senatoda əsas bir əmrə sahib olan partiya 2007 Prezidentlik seçimlərinə namizəd göstərildiyi Nikolya Sarkozi Fransa Prezidentliyinə seçilmişdir . Partiya Avropa Halk Partiyası, Beynəlxalq Mərkəz Demokratlar təşkilatlarına namizəddir. Partiyanın siyası görüşü Xristian liberalizm olaraq müəyyən olunur. 2012 millət vəkili seçimlərində iqtidarı itirib muxalifət partiyası olmuşdur. UMP'li prezidentləri Jacques Chirac (2002–2007) Nicolas Sarkozy (2007–2012) UMP-lı baş nazirlər Jean-Pierre Raffarin (2002–2005) Dominique de Villepin (2005–2007) François Fillon (2007–2012) UMP-li senato başkanları Christian Poncelet (2002–2008) Gérard Larcher(2008–2011) UMP-li məclis başçıları Jean-Louis Debré]] (2002–2007) Patrick Ollier (2007) Bernard Accoyer (2007–2012) UMP umumi başçıları Alain Juppé]] (2002–2004) Nicolas Sarkozy (2004–2007) 2007–2012-ci illərdə başçı məqamı dondurulmuşdur.
Osmanlı—Müqəddəs İttifaq müharibələri
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası
Azərbaycan-Gürcüstan İttifaq Hərbi Şurası— 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan. Hərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.
Qafqaz İttifaq və Tərəqqi Firqəsi
Qafqaz İttihad və Tərəqqi Firqəsi — Azərbaycanda XX əsrin əvvəllərində mövcud olmuş siyasi partiya. 1918-ci ildə türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı. Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Osmanlıdakı İttihad və Tərəqqi Partiyasının təsiri altında meydana gəlmişdi. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918-ci ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağrışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydm olur ki, o, 1918-ci ildə nəşr edilmişdir. Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdı. 1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi.
Rusiya və Belarus İttifaq dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).
Cənubi Afika İttifaqı
Cənubi Afrika İttifaqı — Cənubi Afrika Respublikasının 1910–1961-ci illərdə adı. 1910-cu ildə Cənubi Afrika ərazisindəki ingilis müstəmləkələrinin (Kap koloniyası, Natal, Narıncı Çay və Transvaal ərazilərinin) birləşdirilməsi nəticəsində Böyuk Britaniyanın dominionu kimi Cənubi Afrika İttifaqı təşkil olundu. 1931-ci il 11 dekabrda Afrika İttifaqı, Hyufaundlend, Kanada, Avstraliya, Yeni Zellandiya və İrlandiya ilə birlikdə Britaniya dominionlarının müstəqil assosiasiyası olan Millətlər Birliyində müstəqil dövlət oldu. İkici Dünya müharibəsi (1939–1945) zamanı Cənubi Afrika İttifaqı Almaniyaya (1939), İtaliyaya (11 iyun 1940) və Yaponiyaya (8 dekabr 1941) müharibə elan etdi. 1942-ci ildə SSRİ ilə konsulluq əlaqələri yaradıldı.(1956-cı ildə kəsilmişdi). Müharibədən sonra ABŞ İngiltərənin zəifləməsindən istifadə edərək Cənubi Afrika İttifaqının iqtisadiyyatında üstün mövqe tutdu. 1948-ci ildə millətçi partiya hakimiyyətə gəldikdən sonra Cənubi Afrika İttifaqı hökuməti aparteid və irqçilik siyasəti yeriməyə başladı. 31 may 1961-ci ildə Cənubi Afrika İttifaqı hökuməti Millətlər Birliyindən çıxdığını və Cənubi Afrika Respublikasının yaradıldığını elan etdi. Azərbaycan Sovet Ensiklopediyası. X cild.
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası (ing. Federation of Unions of South Africa) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Federasiya 1 aprel 1997-ci ildə yaranmışdır. Həmin dövrdə ölkədə iki həmkarlar ittifaqı fəaliyyət göstərirdi. Hər iki təşkilat ölkədə işçilərin hüquqlarını müdafiə edə biləcək vahid və güclü bir təşkilata ehtiyac duyulduğunu hiss edir. Beləliklə, onlar vahid federasiyada birləşir. Qurumun yaranmasında əsas məqsəd Afrika işçi hərəkatında demokratik mühit yaratmaq olub. Hazırda təşkilatın tabeçiliyində 18 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Federasiya 556 min üzvü özündə cəmləşdirir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası (ing. Confederation of South African Workers' Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir. Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir. Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır. Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir. Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi (ing. Congress of South African Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır. Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir. Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir. Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub.
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası (ing. National Council of Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Şura 1986-cı ildə Cənubi Afrika Həmkarlar İttifaqları Şurası və Azanian həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda təşkilatın tabeçiliyində 17 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Şura 397 min üzvü özündə cəmləşdirir. Onların sıralarında mədən, tikinti, təhsil, rabitə, yüngül sənaye və bir sıra digər sahələrin işçiləri var. Şura ölkədə əmək münasibətlərinin qurulmasında aparıcı rol oynayır. İşçilərin maraqlarını qorumaq və iş yerlərində baş verən haqsızlıqla mübarizə aparmaq üçün Şura dəfələrlə irimiqyaslı nümayiş, tətil, yürüşlər keçirib. Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları.
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası (dan. Landsorganisationen i Danmark - LO) — Danimarkanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 3 yanvar 1898-ci ildə yaranmışdır. Konfederasiyanın əsas məqsədi işəgötürənlər və hakimiyyət orqanları ilə münasibətdə işçilərin mənafelərini rəhbər tutaraq onları müdafiə etməkdən ibarətdir. Müxtəlif assosiasiyalar və həmkarlar ittifaqları ilə əməkdaşlıq edən Konfederasiya ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək bazarı ilə bağlı siyasətin hazırlanması və həyata keçirilməsi prosesində həm hökumətə, həm də siyasi partiyalara təsir etməyə çalışır. Kollektiv danışıqların aparılması zamanı Konfederasiya işçilərin sosial-iqtisadi maraqlarının təmin olunmasına səy göstərir. Danimarka həmkarlar ittifaqları hərəkatı qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilər. Lakin müasir cəmiyyətdə müntəzəm olaraq qarşıya yeni vəzifələr və problemlər çıxır. Belə ki, hazırda həllinə çalışdığı ən mühüm məsələlərdən biri işçilərin iş və ailə həyatı arasında daha yaxşı harmoniya yaradılmasına köməklik göstərməkdən ibarətdir.
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı (dan. Dansk Metalarbejderforbund - Dansk Metal) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Bu təşkilat ətrafına təxminən 142 min üzvü toplanmışdır. 2012-ci ildən təşkilatın rəhbəri Klaus Yensendir. International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı (dan. FOA – Fag og Arbejde) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 2005-ci ildə yaranmışdır. İttifaqın 47 yerli təşkilatı, 206 min üzvü var. 4 fəaliyyət sahəsinə bölünür: səhiyyə, pedaqoji, qida sənayesi, maşınqayırma sənayesi. İttifaq üzvlərinin əksəriyyəti dövlət müəssisələrində işləyir. Təşkilata hazırda Dennis Kristensen rəhbərlik edir.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru. Təşkilatın 75 yerli komitəsi var. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Faşist mübarizə dəstələrinin ittifaqı
Faşist mübarizə dəstələrinin ittifaqı (İtaliya mübarizə ittifaqı) — 1919-cu ildə Mussolini tərəfindən yaradılan siyasi təşkilat. 1921-ci ildə bu təşkilat Milli Faşist Partiyasına çevrilmişdi. Təşkilatın qərargahı Milan şəhərində yerləşirdi. İtaliya Birinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxmışdı. Lakin ölkə xeyli zəifləmişdi. Çünki müharibəyə girərkən nəzərdə tutduqlarına nail olmamışdı. Müharibə başa çatdıqdan sonra ölkədə sosial ziddiyətlər daha da kəskinləşmişdi. Hakim dairələrin müəyyən hissəsi isə narazı xalqın çıxışlarının qarşını güc yolu ilə almaq təklifini irəli sürürdü. Bu məqsədlə xüsusi dəstələr yaradıldı. Bu dəstələrdən biri 1919-cu ildə Milan şəhərində Benito Mussolini tərəfindən yaradılmış "Faşist mübarizə dəstələrinin ittifaqı" idi.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Gömrük ittifaqı
Gömrük İttifaqı (Gİ) — azad ticarət zonasına daxil olan ölkələrin başqa ölkələrə tətbiq etdiyi ümümi tarif sistemidir. Bəzən üzv ölkələr bir xarici ticarət siyasəti aparır, amma xüsusi hallarda fərqli gömrük tarifi tətbiq edirlər. Bu çərçivədə rəqabətlə bağlı əskiklikləri aradan qaldırmaq üçün ümumi rəqabət siyasəti də həyata keçirilir. Gömrük ittifaqı iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir. Gİ qurmaqda məqsəd iqtisadi səmərəliliyi artırmaq və üzv ölkələr arasında daha sıx siyasi, iqtisadi və mədəni əlaqələr formalaşdırmaqdır.
Habsburq-Səfəvi ittifaqı
Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq. Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir. Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi. Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi. Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür. Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu. 1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü. O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi.
Hanza ittifaqı
Hanza ittifaqı (o.a.alm.: Hanse/Düdesche Hanse/Hansa, alm. Deutsche Hanse‎, lat. Hansa Teutonica) — XIV–XVII əsrlərdə Almaniyanın şimalında yerləşən şəhərlər və xarici ölkələrdə yaşayan etnik almanlar tərəfindən yaradılmış tarixi ticari ittifaq. Hanza ittifaqına şəhərlər daxil olmuşdur və onlar bir-birlərinin ticari maraqlarını müdafiə etmək barədə razılığa gəlmişlərdir. Hanse. In: Lexikon des Mittelalters (in 10 Bde.). Artemis-Verlag. München-Zürich, 1980—2000. Bd. IV, S. 1921—1926.
Hindistan Həmkarlar İttifaqları Mərkəzi
Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİM — Hindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir. 1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı. Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu. Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar. Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər.
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Şura 1984-cü ildə yaranıb. Şura yaranan vaxtdan bu günə kimi ölkədə yetərincə nüfuza malik olan bir qurumdur. Təşkilat əsasən xidmət, rabitə və səhiyyə işçilərini özündə birləşdirir. Şura 30 min üzvü özündə cəmləşdirir. Hazırda təşkilata Tonq Vun Fay rəhbərlik edir. Şura Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Afaq HÜSEYNOVA. Honq Konq və Koulun Həmkarlar İttifaqları Şurası Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. "Ülfət" qəzeti, 24 noyabr 2012-ci il.
Həmkarlar ittifaqı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Həmkarlar ittifaqı təşkilatı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
1840-cı il İttifaq haqqında akt
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.

Digər lüğətlərdə