jurnal

is. revue f, gazette f, magazine m, périodique f (dövri məcmuə), revue scientifque (elmi məcmuə) ; aylıq ~ revue mensuelle ; həftəlik ~ revue hebdomaire ; iki həftədən bir çıxan ~ revue bimensuelle ; registre m (qeydəalma kitabı, dəftəri) sinif ~ı registre de la classe ; ~da qeydə almaq enregistrer vt, inscrire sur un registre

juliklik
jurnalist
OBASTAN VİKİ
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Kadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. == Tarix == 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Kurikulum (jurnal)
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. == Haqqında == "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Kəşkül (jurnal)
"Kəşkül" (az.-əski. کشکول‎) — 1883–1891-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş jurnal, daha sonra qəzet. == "Kəşkül" jurnalı == "Ziyayi-Qafqaziyyə" qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə 1883–1891-ci illərdə ədəbi və siyasi jurnal olan "Kəşkül" jurnalı (daha sonra qəzet) nəşr olunub. === Təsisçi === Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə"nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya" qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi. Sözsüz ki, onu bu jurnalı nəşr etməyə də qardaşı sövq edib. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Ünsizadə 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə "Kəşkül" adlı məcmuə nəşr etməyə icazə istəyir. C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onun mədəni yüksəlişinə və tərəqqisinə təkan verir.
Life (jurnal)
Life — üç amerikan jurnalının adıdır: 1883–1936-cı illərdə yumoristik və ümumi mövzuları olan jurnal.Taym jurnalının yaradıcısı Henri Luis bu jurnalı sonradan pulla almışdır. 1936-cı ildən 1972-ci ilə qədər həftəlik xəbər jurnalı. Los Angeles Times, The Miami Herald və The Washington Post qəzetlərinə əlavə kimi 2004-cü ildən 2007-ci ilə qədər mövcud olmuş həftəlik jurnal. == Tarixi == "Life" 1883-cü ildə Con Mitçell tərəfindən yaradılmışdır. 53 il əyləncəli,illustrasiyalı bir jurnalı kimi nəşr edilmişdir. Life jurnalının ilk nəşri zamanı devizi belə olmuşdur: "Həyat var — ümid var". Bu jurnalda çox tanınmış yazıçılar,redaktorlar və karikaturaçılar çalışmışdır. 1918-ci ildə Mitçellin ölümündən sonra Çarlz Qibson jurnalı 1 mln.$ almışdır. Həmin dövrdə dünya artıq dəyişmişdi. Bu dövr artıq "şən" 90-cı ilər deyildi.
Metafizika (jurnal)
Metafizika (ing. Metafizika international journal of philosophy and interdisciplinary studies) — Azərbaycan Respublikasında çap olunan beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Azərbaycan və dünya fəlsəfəsi, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və sair elm sahələri ilə bağlı elmi məqalələr oxuculara təqdim edir. "Metafizika" jurnalı "AcademyGate Publishing" (ISNI: 0000000514175052) nəşriyyatının nəşri kimi nəşr olunmağa başlamışdır. == Jurnal barədə məlumat == Metafizika jurnalı 2017-ci ildə Azərbaycannın Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "Fəlsəfə və interdisiplinar" elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. Metafizika jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. "Metafizika" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Sosiologiya elmləri, Siyasi elmlər və Pedaqogika üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Metafizika jurnalı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, öz əsasnaməsi və beynəlxalq standartların tələblərinə əsasən təşkil edib.
JJ (jurnal)
JJ (ジェイ・ジェイ, Cey Cey) – Kobunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. 1975-ci ildə "Josei Jishin" jurnalının əlavə buraxılışı kimi yaradılmışdır. Yaponiyada kollec tələbələri üçün nəzərdə tutulmuş ilk jurnaldır. Jurnalın oxucuları 17-26 yaşlarında olan qızlardır. "JJ" oxucularına mühafizəkar geyimlər tövsiyə edir. Bir çox fotomodel jurnalla əməkdaşlıq edir, lakin çoxu jurnalın ekslüsiv modeli deyillər. Model Ryoko Tanami tez-tez jurnalın 24-28 yaşlı qadınlar üçün nəzərdə tutulmuş "Classy" versiyasında görünür. Nisbətən daha yaşlı yeniyetmə qızlar üçün "JJ Bis" adlı versiyası da yaradılmışdır.
Kimlik (jurnal)
== Haqqında == Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxə Redaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar. Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır.
Kirpi (jurnal)
"Kirpi" (jurnal) — Azərbaycanda nəşr olunan satirik karikatura jurnalı. == Məlumat == "Kirpi" satirik jurnalı 1952-ci ildən çıxır. "Molla Nəsrəddin" ənənələrini davam etdirmək, cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tutması "Kirpi"nin əsas iş prinsipi olub. Jurnal uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparmışdır. == Redaktorlar == Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov ardıcıllıqla "Kirpi" jurnalına redaktorluq etmişlər. == Əməkdaşlar == Cəsarətli yazıları ilə oxucuların rəğbətini qazanmış S.Vurğun, S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, İ.Şıxlı, Ə.Vahid, N.Arif jurnalla yaxından əməkdaşlıq etmişlər. == Rəssamlar == Jurnalın əsas rəssamları: baş rəssam Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu, Vəfa Allahyarova. 1952-ci ildə "Kirpi" satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. "Kirpi" jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.
Kitabçı (jurnal)
"Kitabçı" jurnalı — 2014-cü ilin martından rəngli çap olunan aylıq jurnal. == Haqqında == Jurnal Türkiyənin İstanbul şəhərindəki MEGA Basım Mətbəəsində yüksək çap üsulu ilə nəşr olunur. "Kitabçı" jurnalı məzmunu və formatı etibarilə yenilikçi bir sənət və ədəbiyyat dərgisidir. Jurnalın ilk nömrəsində yaradıcılıq nümunələri yer almış müəlliflər sırasında müasir Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı gəncləri vardır. == Heyəti == "Kitabçı" jurnalının baş redaktoru şair Səlim Babullaoğludur. Jurnalın şef-redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli, redaktor-koordinator yazıçı Fərid Hüseyndir. Jurnalda çağdaş ədəbiyyat və sənət mühitinin istedadlı imzaları - Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarların imzası var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə "Press fakt" kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir. Jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanların olacağı nəzərdə tutulur. == İstinadlar == == Həmçinin bax == Səlim Babullaoğlu == Xarici keçidlər == ""Kitabçı" jurnalının yeni sayı gəldi" (az.).
Kəlniyyət (jurnal)
"Kəlniyyət" jurnalı (az.-əski. کل نیت‎) — 1912–1913-cu illərdə Bakıda həftədə iki dəfə nəşr olunan satirik jurnal. == Haqqında == "Kəlniyyət" jurnalının ilk nömrəsi 1912-ci il may ayının 24-də Bakıda nəşr edilmişdir. Jurnalın müdiri Hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və "Kaspi" tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olub. "Kəlniyyət" 1912-ci ildə 31 nömrə çıxmış, 1913-cü ilin fevral ayının 10-da isə 6-cı nömrəsindən sonra bağlanmışdır. Cəmi 37 nömrəsi çıxmışdır. Jurnalın naşiri və redaktoru == Fəaliyyəti == Jurnalın birinci səhifəsində böyük şriftlərlə "Kəllə" sözə verilmişdir.
Leylək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Maxim (jurnal)
Maxim — kişilər üçün (erotika elementləri ilə) beynəlxalq jurnal. Jurnal 1995-ci ildə Böyük Britaniyada təsis edilmişdi. Dünyanın 24 ölkəsində buraxılır. == Tanınmışlar == Bir çox aktrisalar, müğənnilər, idmançılar, teleaparıcılar jurnal üçün pozalar vermişdilər, aşağıdakılar bu siyahının bir hissəsidir: == Maxim Hot 100 == 2000-ci ildən bu yana Maxim jurnalı hər il Hot 100 adlı xüsusi broşür buraxır.
Meydan+ (jurnal)
Minority (jurnal)
Minority (ingilis dilindən tərcümədə "azlıq" mənasını verir) — Azərbaycanın ilk onlayn LGBTI (lezbiyan, gey, biseksual, transseksual, interseks) jurnalı olmaqla, bu sahədə müxtəlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdırır və aylıq dərc edir. Jurnalın ilk sayı 2015-ci ilin dekabr ayında dərc edilib. Jurnalın "Minority" adlandırılmasının səbəbi, bütün azlıqlar kimi seksual azlıqların da cəmiyyətdə yer tapa bilməsinin vacibliyinin vurğulanmasıdır. Minority jurnalının əsas məqsədi Azərbaycan cəmiyyətində illərdir LGBTI insanları haqqında formalaşan yanlış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirməkdir. Jurnal həmçinin LGBTI mövzusunda müxtəlif şəhər sorğularının keçirilməsini təşkil edir. Jurnalın baş redaktoru və təsisçisi Səməd İsmayılov, redaktoru Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və başqalarıdır. == Jurnala müsahibə vermiş məşhurlar == Jurnalın müxtəlif nömrələrinə məşhur fotoqraf Breyden Sammers, türk moda dizayneri və aktivist Barbaros Şansal, azərbaycanlı model Validə Abbasova, müğənni Nura Suri, iranlı rəqqas Şahrux Moşkin, reper və prodüser ProMete, Azərbaycanı 2014-cü il Eurovision musiqi yarışmasında təmsil etmiş Dilarə Kazimova müsahibə vermişdir.
Mirat (jurnal)
"Mirat" jurnalı (az.-əski. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. == Tarixi == "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Monitor (jurnal)
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi. == Tarixi == “Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
Mücahid (jurnal)
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal. == Tarixi == 1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi. == Fəaliyyəti == Qafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49–50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər. "Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.
Mütərcim (jurnal)
«Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı 1996-cı ildən nəşr olunur. İldə 4 dəfə buraxılır. Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti «Mütərcim» Tərcümə Mərkəzi Jurnal əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır. Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir. Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dostoyevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır. Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev, A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov, M.Hacıyev və s. peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.
Məktəb (jurnal)
"Məktəb" (jurnal) — Elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli jurnal. == Haqqında məlumat == "Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Cəmi 95 nömrə işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi. "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynamışdır. Jurnalın "İdarədən" başlığı ilə verilən məqalədəki bu sözləri jurnalın əsas məqsədini ifadə edirdi: === Jurnalın ilk sayında === Birinci nömrədə maraqlı hekayələr, şeirlər, publisist yazılar, atalar sözü, məsəllər, lətifələr, və s. verilmişdir. Jurnalın 1-ci nömrəsində N. Nərimanovun "Əziz balalar!" başlığı ilə uşaqlara müraciəti verilmişdir. N. Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı.
Məzəli (jurnal)
"Məzəli" juranlı (az.-əski. مه‌زه‌لی‎) — 1914–1915-cu illərdə Bakıda çıxan həftəlik ictimai, siyasi, satirik jurnal. Naşiri və redaktoru Haşım bəy Vəzirov idi. == Tarixi == "Məzəli" jurnalı 1914-cü ilin dekabrın 27-də nəşrə başlamış, 1915-ci il oktyabrın 17-də nəşrini dayandırmışdır. Jurnal Bakıda Azərbaycan türkcəsində nəşr edilirdi. Jurnalın əsas materiallarını redaktor özü yazırdı. 25-ci sayına kimi naşiri və redaktor Haşım bəy Vəzirov, 25–37 saylarında müvəqqəti müdiri Hacı İbrahim Qasımov, sonra isə yenidən müdir və naşiri Haşım bəy Vəzirov olmuşdur. H.Vəzirov "Kefim gələndə" sərlövhəli "Birisi" imzalı felyetonlar ilə məşhur olmuşdur. "Məzəli"nin 42 nömrəsi çapdan çıxmışdır. == Mövzusu == "Keyfim gələndə" ümumi başlığı altında yazdığı felyetonlar oxucular arasında geniş yayılmışdı.
Məşəl (jurnal)
"Məşəl" jurnalı (az.-əski. az.-əski. مشعل‎‎) — 1919–1920-ci illərdə Əliheydər Qarayevin redaktəsi ilə nəşr olunan satirik jurnal. == Tarixi == 13 noyabr 1919-cu ildən Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Jurnal 1919-cu ildə təşkil edilmiş "Qırmızı qələm" cəmiyyətinin həftəlik nəşri idi. "Turan" mətbəəsində nəşr olunurdu. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. "Məşəl" jurnalı şəkilsiz çıxmışdır. Dil, üslub cəhətincə "Molla Nəsrəddin" jurnalına çox yaxındır. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur.
Nargis (jurnal)
Nargis (azərb. Nərgiz‎) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır. == Haqqında == Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis. == Beynəlxalq nəşrlər == Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi. == Daimi bölmələr == Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir. Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s.
Naxçıvan (jurnal)
Naxçıvan (jurnalı) — ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı == Haqqında == İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial, ədəbi-mədəni, elmi həyatını əks etdirən materiallar dərc edilir. Heydər Əliyevə həsr edilmiş ilk nömrəsi 1998-ci ildə çap olunmuşdur. Yüksək poliqrafik səviyyədə nəşr edilən “Naxçıvan” jurnalında zəngin rəngli illüstrasiyalar verilmişdir. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisidir.
Hacı Hacıyev (jurnalist)
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985). == Həyatı == Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Herba Flora (jurnal)
"Herba Flora" jurnalı — 2007-ci ilin dekabrından çap olunan Herba Flora şirkətinin aylıq elmi-kütləvi tibbi jurnalı == Haqqında == "Herba Flora" adlı elmi-kütləvi jurnalın ilk buraxılışı 2007-ci ilin dekabrında işıq üzü görmüşdür. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur. == Heyəti == Jurnalın baş redaktoru Rəşad Ağayev, elmi məsləhətçiləri isə Füzuli Hüseynov və Yalçın Məmmədovdur.
Hesabat jurnalı
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Həmid Həmidov (jurnalist)
Jurnalist
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar. Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər. == Rol və öhdəlikləri == 'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər. jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər.
Jurnalist Həmkarları İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Jurnalistika
Jurnalistika — hadisələrin, faktların, ideyaların və insanların qarşılıqlı əlaqəsi haqqında "günün xəbəri" olan və cəmiyyəti ən azı müəyyən dərəcədə dəqiqliklə məlumatlandıran reportajların hazırlanması və yayılması. İsim olan bu söz peşəyə (peşəkar və ya həvəskar), məlumat toplamaq üsullarına və ədəbi üslublara aid edilir. Jurnalistika üçün uyğun rol ölkədən ölkəyə, peşə haqqında təsəvvürlərə və nəticədə statusa görə dəyişir. Bəzi ölkələrdə xəbər mediası hökumət tərəfindən idarə olunur və müstəqil deyil. Digərlərində xəbər mediası hökumətdən müstəqildir və özəl sektor kimi fəaliyyət göstərir. Bundan əlavə, ölkələr söz azadlığı, mətbuat azadlığı, eləcə də böhtan ilə əlaqədar qanunları fərqli tətbiq edə bilər. İnternetin və smartfonların yayılması XXI əsrin əvvəllərindən bəri media mənzərəsinə əhəmiyyətli dəyişikliklər gətirmişdir. Bu, çap media kanallarının istehlakında dəyişiklik yaratmışdır, çünki insanlar qəzet, jurnal və ya televiziya xəbər kanallarının ənənəvi formatlarından fərqli olaraq elektron kitablar, smartfonlar və digər şəxsi elektron cihazlar vasitəsilə xəbərləri getdikcə daha çox istehlak etmişdilər. Xəbər təşkilatları rəqəmsal qanadlarından tam şəkildə pul qazanmaqla yanaşı, dərc edərək yayımladıqları kontekstdə improvizasiya etməkdə də çətinlik çəkirlər. Qəzetlər çap gəlirlərinin rəqəmsal gəlirlərin artım sürətindən daha sürətlə azaldığını görmüşdülər.
Jurnalistika sosiologiyası
Jurnalistika sosiologiyası — jurnalistikanı sosial bir fenomen olaraq araşdıran, sosioloji metodların onlarla işləməkdə tətbiqi, jurnalistlərin və kütləvi informasiya vasitələrinin auditoriyasının sosial düşüncəsinin xüsusiyyətləri və s. kimi araşdıran xüsusi bir sosioloji sahədir. Sosiologiya və jurnalistika, ortaqlıqlarının inkişaf etdirildiyi üçün fərqli, lakin yaxın bilik sahələri kimi fəaliyyət göstərir: Kütləvi informasiya vasitələri yeni sosioloji məlumatlar yayırlar - yəni sosioloji məlumatlar kütləvi informasiya vasitələri istehlakçılarına verilir. Jurnalistlər sosioloji tədqiqatların nəticələrini dəlillərini dəstəkləmək üçün hekayələrində istifadə edirlər. Nəhayət, müəyyən bir vəziyyətdə, bir jurnalistin sosioloji düşüncəsi sosioloji jurnalistikanın - üzvi bir "bağlama"-nın, jurnalistika və sosiologiyanın sintezinin - reallığı tanıma metodlarının olduğu xüsusi bir keyfiyyətə malik bir jurnalist əsərinin yaranmasına kömək edir. Metodoloji səviyyədə: Jurnalistika və sosiologiya sosial elm sahəsindəki birinci sahə daha çox praktik tərəfə aiddir, ikincisi isə proses və hadisələrin proqnozlaşdırılmasına yönəlib. Bənzər münasibətlər: humanist istiqamət, sosial məsuliyyət, vətəndaşlıq, təsdiqlənmiş məlumatlara həsrət. Tədqiqat obyektlərinin ümumiliyi: cəmiyyət və onun quruluşu obyektiv və subyektiv mənada, sosiologiya isə kütləvi statistikaya bağlanır, media isə insanların və hadisələrin özünəməxsusluğuna diqqət yetirir. Metodologiya sahəsində, sosiologiyada oxşarlıq kütləvi statistika üstünlük təşkil edir, rəsmiləşdirilmiş metodlar və jurnalistikada fərdi hadisələrin hərtərəfli öyrənilməsi == Sosiologiya ilə jurnalistika arasında qarşılıqlı əlaqənin başlanğıcı == Jurnalistika sosiologiyası XIX əsrdə, obyektiv tərəfdən baxıldığı təqdirdə, ilk növbədə Qərbdə nəzəri sosiologiyanın inkişafı ilə əlaqəli olaraq ortaya çıxdı. Subyektiv baxımdan, eyni zamanda bir çox sosioloqun eyni zamanda elmi jurnalları redaktə edib nəşr etməsi və ya jurnalistika ilə məşğul olması da az əhəmiyyət kəsb etmirdi.
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. == İlk və əsas jurnalistika == Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Jurnalistlər üçün hərbi məlumat kitabı
Jurnalistlər üçün hərbi məlumat kitabı — jurnalistlər üçün nəzərdə tutulmuş məlumat kitabı. Tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir. Kitabın redaktoru Cavid İsmayıldır. Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib. == Mənbələr haqqında == Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib. Kitabın tərtibçiləri Rəşad Süleymanov və Ramil Məmmədov, redaktoru Cavid İsmayıldır. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Jurnalistlərin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Jurnalistlərin dostu mükafatı
"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat. == Tarixi == "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir. == Məqsədi == Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az.-əski. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Maraqlı kiçik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.

Digər lüğətlərdə