KÖK

KÖK I is. Ağacın rişəsi. Ağaclar kök üstə qalxır, yüksəlir; Meyvənin şirəsi rişədən gəlir (B.Vahabzadə).

KÖK II is. bot. Yer kökü, uzunsov sarı bitki. Balaca kök yekəldi. Şişdi, şişdi, kökəldi (T.Elçin).

KÖK III is. qram. Sözün mənalı, dəyişməyən hissəsi. Söz tərkibinə görə iki qismə ayrılır: kök və şəkilçi.

KÖK IV is. məh. Nəsil, qohum-əqrəba. Sən hansı kökdənsən?

KÖK V is. Vəziyyət, şəkil, forma. Əyə, üz-gözün nə kökdədir, lap kömürçüyə oxşayırsan (İ.Şıxlı).

KÖK VI sif. Yağlı. Küçənin o başından qəssab Əli bir kök inəyin boynuna ip salıb darta-darta gətirir (Ə.Əylisli).

KÖK VII sif. Kefi yüksək olan. Sənin dövlətindən kefim çox kökdür (Ü.Hacıbəyov).

KÖÇ
KÖKLƏMƏK

Digər lüğətlərdə