KOŞUL
KOTA
OBASTAN VİKİ
Layoş Koşut
Layoş Koşut (mac. Lajos Kossuth) (d. 19 sentyabr 1802, Monok, Macarıstan, ö. 20 mart 1894, Turin, İtaliya)- Macar əsilzadə, hüquqşünas, jurnalist, siyasi xadim, dövlət adamı və 1848–1849-cu illər Macar inqilabı ərəfəsində Macarıstanın qubernatoru == Həyatı == Layoş Koşut 19 sentyabr 1802-ci ildə Zemplen əyalətinin Monok kəndində dünyaya gəlmişdir. Atası Lazlo Koşut, anası Karolina Veber olmuşdur. Onun ailəsi Felvidek bölgəsinin adlı-sanlı ailələrindən biri idi. Uşaqlıqdan yaxşı təhsil görən Layoş Budapeşt Universitetində hüquqşünas ali təhsili almış, Fransız, Latın, Alman, İngilis dillərini öyrənmişdir. == Siyasi fəaliyyəti == Siyasi fəaliyyətinə ilk dəfə Peşt şəhərində başlamışdır. İlk əvvəl reformist müxalifətin üzvlərindən olmuş, Pozsoni parlamentinə girmişdir. Öz düşüncələrini yaymaq üçün əl yazma qəzetlər çıxarmağa başlayan Layoş bu yolla parlamentin fəaliyyətləri, qərarları barədə əhaliyə məlumat vermişdir.