LİBASSIZ
LİDERLİK
OBASTAN VİKİ
Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır. Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır: ruhlandıran lider; universal lider; situasiyaya görə lider; işgüzar lider. == Liderin xüsusiyyətləri == Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır: === Fərdi (şəxsi) keyfiyyətlər === Özünə inam Aktiv həyat Təşəbbüskarlıq Motivasiya Məsuliyyət ==== İdarəetmə və təşkilatı keyfiyyətlər ==== Rəhbərlik etmək bacarığı Təşkilati bacarıqlar Fürsət və təhlükələri görmə perspektivi Çeviklik, manevr qabiliyyəti Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq ===== Psixoloji və sosial keyfiyyətlər ===== Ədalət Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq == Liderlərin fərqi == formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir; qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur: avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır; demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir; anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir. Rəsmi və qeyri-rəsmi lider eyni şəxs olduqda qrupun fəaliyyəti daha effektli olur. Qupun fəaliyyətinə cavabdeh olan yuxarı instansiya pilləsi bu amili nəzərə almağa çalışır.
Lider TV
Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır. == Tarixçə == Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır. Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı.
Lider Televiziyası
Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır. == Tarixçə == Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır. Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı.
Titulsuz lider
Dünya şöhrətli liderlik mütəxəssisi Robin Şarmanın Titulsuz lider əsəri bütün dünyada ən çox satılmış şəxsiyyətin inkişafı barəsində kitablardan biridir. == Məzmunu == Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.
İvri Lider
İvri Lider (ivr. ‏עברי לידר‏‎; 10 fevral 1974) — İsrailli musiqiçi, müəllif, prodüser və aktyor, TYP qrupunun üzvü.TYP-dan ayrıldıqdan sonra Coni Qoldsteinlə birgə işləməyə başladı.
Lider Jazz FM
Jazz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. «LiderJazz FM» Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi. Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Maykl Kollins (irland lider)
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890 – 22 avqust 1922[…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi. İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı. 1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır.
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Liderizm
Rus siyasi termini olan liderizm (rus. вождизм, vojdizm; ing. leaderism) "bir şəxsin qüsursuz və mübahisəsiz lider kimi təsdiqlənməsinə istiqamətlənmiş siyasət" anlamına gəlir. Vojdizm əsasən totalitar və avtoritar rejimin hökm sürdüyü ölkələrdə geniş yayılmışdır. Aristotelin "Siyasət" əsərində də qeyd olunmuş qədim Yunan tiranlığı liderizmin başlanğıc forması olmuşdur. Liderizmin formalarına İtalyan faşizmi, Führerprinzip, Stalinizm, Maoizm və Çuçxe daxildir. Nikolay Berdyayevə görə Leninizm də liderizmin yeni formalarından birini təmsil etmişdir. Müasir Rus yazıçılarına görə bir çox İslam liderləri və eyni zamanda Mixail Saakaşvili və Vladimir Putin rejimləri liderist cəmiyyətləri təmsil edirlər.
SSRİ liderlərinin siyahısı
SSRİ liderlərinin siyahısı (rus. Список руководителей СССР) — SSRİ-nin və Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin siyahısı.RK(b)P və Sov.İKP Mərkəzi Komitəsinin baş katibi vəzifəsi 1922-ci ilin aprelində təsis olunmuşdur və Vladimir Leninin ölümündən sonra faktiki olaraq ən mühüm dövlət vəzifəsinə çevrilmişdir. Faktiki olaraq, o dövrə qədər İosif Stalin ölkədə qeyri-məhdud hakimiyyətə malik olmuşdur. Formal olaraq, 1953-cü ilə qədər o, yalnız ölkənin icra hakimiyyətinin başçısı (Nazirlər Sovetinin sədri) olmuşdur Buna görə bu vəzifədə onun yerinə keçmiş və Stalinin gizli varisi olan Georgi Malenkov yeni lider və dövlət başçısı oldu. Malenkov 1955-ci ilə qədər Nazirlər Sovetinə rəhbərlik etdi, lakin 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi seçilməsindən başlayaraq Nikita Xruşşov tədricən siyasi çəki qazandı, Stalinin və Lavrenti Beriyanın ölümündən sonra hakimiyyət uğrunda əsas rəqiblərdən birini aradan qaldırmaqda aparıcı rol oynadığı güman edilir. 1955-ci ildə Xruşşov Malenkovu SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən kənarlaşdırdı və hakimiyyət nəhayət onun əlinə keçdi. O, 1958-ci ildən təqaüdə çıxana qədər Nazirlər Sovetinin sədri və partiyanın başçısı vəzifələrini birləşdirir. Sonradan, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsi əsas dövlət vəzifəsi kimi qəbul edilmədi. Hüquqi olaraq (SSRİ Konstitusiyasına görə) dövlət rəhbərləri SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Sədri (sonralar — SSRİ Ali Sovetinin Sədri) vəzifəsinə təyin edilmiş şəxslər idi. 1964-cü ildən Sov.İKP MK-nın birinci katibi olan Leonid Brejnevin rəhbərliyi dövründə birinci katibi vəzifəsi 1966-cı ildən Baş katib vəzifəsi ilə əvəz olundu və SSRİ-də ən yüksək vəzifə oldu.
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. == Məzmunu == Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.
İranın Ali Lideri
İranın Ali Rəhbəri (fars. رهبر ایران‎; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی‎; translit. rəhbər-i muazzam-i inğilab-i islami), Rəhbər (fars. رهبر‎), Fəqih (fars. فقیه‎) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری‎; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.
İsrail liderlərinin müavinləri
İsrail rəhbərlərinin müavinləri (ivr. ‏סגן ראש ממשלת ישראל‏‎) — İsraildə dörd kateqoriyaya bölünür:vasitəçi baş nazir, baş nazirin müavini, vitse-baş nazir və alternativ baş nazir. Baş nazir Köməkçisi rəsmi icra vəzifələrindən çox şərəflidir, ancaq ofis sahibi kabinetdəki bir yerə sahibdir. Baş nazirin müavini rəsmi bir ofisdir. Həm Baş Nazirlər, həm də Baş nazir vəzifəsini müvəqqəti icra etmədiyi təqdirdə, Baş Nazir vəzifəsini icra edərkən müvəqqəti olaraq vəzifəsini icra edir.
Əfqanıstan İslam Əmirliyinin lideri
Əfqanıstanın İslam Əmirliyinin Ali Rəhbəri (puştuca د مش د افغانستان اسلامي امارت) – Əfqanıstanın İslam Əmirliyinin ali lideri, Əfqanıstanın faktiki hökmdarıdır.
Liderə pərəstiş
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.

Digər lüğətlərdə

дво́е десятибо́рье ландра́т плащ синдика́тский слипа́ние фланк фла́нцевый агра́рий коллекцио́нный по-пласту́нски при́ступ сва́дебный сверхмо́щный сепара́тность стряхну́ться burnt sacrifice dip equator door stop moon pool sneeshing trench excavator woodworker лунь подружиться