LƏC

Ləj kimi də işlədilir, ərəbcə “tərs” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

LƏBBEYK
LƏFZ
OBASTAN VİKİ
Ləc
Ləc (Soyuqbulaq) —
Ləc (Soyuqbulaq)
Ləc (fars. لج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,297 nəfər yaşayır (237 ailə).
Ləcayır (Germi)
Ləcayır (fars. لجاير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (14 ailə).
Ləcədi
Ləcədi — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Ləcədi xalçaları ilə məşhurdur.
Ləcədi xalçaları
Ləcədi xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ləcədi xalçaları qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Ləcədi" xalçaları Dəvəçi rayon mərkəzindən 10km şimal — qərb istiqamətində yerləşən eyni adlı kəndin şərəfinə adlandırılmışdır. Belə xalçalar həm də Dağıstanın xalçaçılıq məntəqələrində, o cümlədən Dərbəndin, Tabasaranın və Axtının xalçaçılıq məntəqələrində toxunduğuna görə bəzən onlara "Dağıstan" da deyirlər. Xalça ustaları arasında isə bu xalçalar "Samovar çeşni" kimi məşhurdur. == Bədii xüsusiyyətləri == "Ləcədi" xalçasının ara sahəsinin mürəkkəb kompozisiyası ardıcıl şəkildə təkrarlanan düzbucaqlı formada orta ölçülü rapportlardan ibarətdir. Kompozisiya aydın şəkildə ifadə olunmuş şaquli oxa malikdir. Bu ox özünün mövcud eni ilə mərkəzi sahənin bütün quruluşunu formalaşdırır. Qalmış sahə də şaquli istiqamətdə təşkil olunaraq mərkəzi ox elementlərinin replikasına çevrilir. "Ləcədi" xalçasının ona xas olan müstəqil köbəsi yoxdur. Orta haşiyə rolunda çox vaxt Bakının nəbati naxışlı "Xilə Əfşan" xalçasının orta haşiyəsi çıxış edir.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях