MƏNSUR

MƏNSUR I is. [ ər. ] ədəb. Nəsr ilə yazılmış əsər. Son zamanlar mənsur əsərlərə daha çox meyil vardır.

MƏNSUR II is. [ ər. ] Qələbə çalmış, üstün gəlmiş. Kişi mənsur adamlar kimi sinəsini qabağa verib dayanmışdı.

MƏNSƏB
MƏNZİL
OBASTAN VİKİ
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Mənsur xan Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur (xəlifə)
Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎) (714, Humeyma[d], Bilad əş-Şam, Ərəb Xilafəti – 7 oktyabr 775 və ya 18 oktyabr 775, Bağdad, Abbasilər xilafəti) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur. 23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı.
Mənsur Ağayev
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur Mazinov
Mənsur Mustafa oğlu Mazinov (d. 1906, Quzraf, Rusiya imperiyası - ö. 1983 Qazaxıstan SSR, SSRİ) — hərbçi və Krım tatarlarının ilk pilotu. Sovet İttifaqının alman işğalına məruz qalmasından əvvəl o, uzu müddət uçuş təlimçisi kimi çalışmışdır və Simferopol aeroklubunda gələcəyin bir çox pilotuna təlim keçmişdir. II Dünya müharibəsi zamanı o, döyüş pilotu oldu və Leninqradda mühasirədə olan sovet ordusuna dəstək uçuşlarında iştirak etdi. Cəbhədə (Kalinin cəbhəsi) 1942-ci ilin fevralından. Qəhrəmanlıqlarına və hərbi uğurlarına görə Cəbhə Silahlı Qüvvələrinin 22 iyun 1942-ci il tarixli 0240 nömrəli əmri ilə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 5 dekabr 1942-ci ildə 31-ci ordunun 885-ci qarışıq aviasiya alayının komandiri podpolkovnik Tyurin gecə bombardmançı dəstəsinin hərbi komandiri, baş leytenant Mazinovu hərbi mükafat üçün təqdim etdi. "Düşmən cəbhə xəttində döyüş nəticəsində çətin vəziyyətə düşən 20-ci Ordunun qruplaşmasını tapmaq, olduğu yerə eniş etmək və bütün lazımi məlumatları çatdırmaq." "Naviqatorla birlikdə diqqətlə hazırlaşaraq marşrutu ətraflı araşdırdıq, yoldaş Mazinov qrupu kəşf etdi və təyyarəni gecə saatlarında son dərəcə çətin hava şəraitində tanımadığı bir yerə endirdi. Lazımi məlumatları əldə edib yoldaş Mazinov götürüb komandanlığa verdi.
Mənsur Məmmədov
Mənsur Həmzə oğlu Məmmədov (20 aprel 1965, Qazıqumlaq, Ucar rayonu) — Ucar Rayon İcra Hakimiyyətinin başçısı (2015-ci ildən). Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun yaxın qohumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2538 N sərəncamı ilə Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci il 1002 N sərəncamı ilə Göyçay rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci 1007 N sərəncamı ilə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Mənsur Mənsurov
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Mənsur Rəhbani
Mənsur Rəhbani (ərəb. منصور الرحباني‎; 1925[…], Əntilyas, Böyük Livan – 13 yanvar 2009, Beyrut) — Livan bəstəkarı. Asi və İlyas Rəhbaninin qardaşı idi.
Mənsur Vəkilov
Mənsur Vəkilov – şair, tərcüməçi, ssenarist, jurnalist. Əməkdar incəsənət xadimi (2003), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun oğlu, ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun nəvəsi. 1939-cu ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Литературный Азербайджан" jurnalında çalışmış,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçmişdir. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olmuşdur. Onun qələmindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunmuşdur. Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə,N.Həsənzadə,F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə etmişlər.
Mənsur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Mənsur bəy
Mənsur bəy (d. ? - ö. XVI əsr) — Səfəvi imperiyasının hərbi və dövlət xadimlərindən biri. O, Şah I İsmayılın (1501-1524) hakimiyyəti dövründə, 1509-cu ildə Dərbəndin hakimi təyin edilmişdir. Burada onun qısamüddətli hakimiyyətindən sonra hakimlik Şirvanşahlar sülaləsindən olan şəxslərin əlinə keçmişdir. Səfəvi sülaləsindən asılı olan Şirvanşah hökmdarları özləri də bu qalanı fərqli qalabəyilərinin vasitəsiylə idarə etmişdirlər. Bu, 1538-ci ilə qədər davam etmişdir. Bu ildə Şirvanşah dövlətinin daxili müstəqilliyi də Səfəvi şahı I Təhmasib tərəfindən ləğv edilmiş və bura imperiyaya birbaşa bəylərbəyi kimi tabe etdirilmişdir. Willem Floor.
Mirzə Mənsur Mənsurov
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Mənsur xan
Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) — Səfəvi hərbi komandiri.
Mənsur Şirvani
Mənsur Qulam oğlu Şirvani (5 mart 1919, Bakı – 15 iyun 1980, Bakı) — azərbaycanlı sirk ustası, manipulyator, illüzionist, heyvan təlimçisi. Azərbaycan SSR əməkdar artisti (1967). Peşəkar Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər. 1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər). Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988).
Mənsur şeir
Mənsur şeir - lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan yeni bədii formalardan biridir. Mənsur şeir janrında rus ədəbiyyatında İ.Turgenev, fransız ədəbiyyatında R.Rollan, hind ədəbiyyatında R.Taqor və başqaları bu formanın ən yaxşı nümunələrini yaratmışlar. Azərbaycanda mənsur şeirin ilk nümunələrini 1908-ci ildə Məhəmməd Hadi yaratmışdır.Ondan sonra Abdulla Sur bu janra müraciət etmişdir. 1920-ci illərdən sonra bu janr ədəbiyyatımızda getdikcə daha geniş yer tutmuş, bir çox yazıçılar dəyərli mənsur şeirlər yazmışlar. Hüseyn Həşimli. Azərbaycan mənsur şeirinin təşəkkülü.Bakı:Nurlan,2006, 144 s. Hüseyin Haşimli.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s. Гусейн Гашимли. Азербайджанское стихотворение в прозе.
Mənsur Əhmədov
Mənsur Ələkbərov
Ələkbərov Mənsur Abbas oğlu (13 yanvar 1963, Subatan, Basarkeçər rayonu) — şair, jurnalist, Təbib qəzetinin məsul katibi. Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu Kərkibaş kəndində davam etdirərək 1981-ci ildə həmin məktəbi bitirib. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb. 1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. Onlarca elmi-metodiki tövsiyələrin müəllifi olub, bir sıra bibloqrafik göstəricilərə redaktorluq etmişdir. Onun həmçinin yerlərdə kitabxana işinin təşkili və xidmət işinin həyata keçirilməsində əməyi olmuşdur. 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyir. Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq etmişdir.
Qisseyi-Mənsur
Qisseyi-Mənsur - Seyid Yəhya Bakuvinin yazdığı məsnəvi. Seyid Yəhya Bakuvi Qisseyi-Mənsur məsnəvisini fars dilində yazmışdır. Bu əsərində məşhur sufi və təsəvvüf baxımından şəhid sayılan Mənsur Həllacın başına gələnlər və onu dar ağacına gətirib çıxaran ilahi eşq barədə söz açılır. Ə.Atəş bu əsər ilə əlaqədar olaraq qeyd edir ki, "Seyid Yəhyaya aid olduğu haqqda nüsxədə bir qeyd yoxdur.İlk baxışda Əttarın əsərlərinin birindən götürülmüş təsirini bağışlayır, lakin fars mütəfəkkirinin eyni vəzndə olan İlahinamə və Əsrarnamə adlı əsərlərində bu hekayə yoxdur.
Rəcəbəli Mənsur
Rəcəbəli Mənsur (1895, Tehran – 8 dekabr 1974, Tehran) — İranın baş naziri, diplomat. Mirzə Rəcəbəli xan Mirzə Əli xan Aştiyaninin oğlu idi. 1895-ci ildə Tehran şəhərində doğulmuşdu. Mənsurülmülk ləqəbini daşıyırdı.Əvvəlcə mədrəsə, sonra Tehran Darülfünunu bitirmişdi. Xorasan əyalətinin valisi olmuşdu.
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı. Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır. Qafqazda müridizmin ilk yayıcısı 1760-cı ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur, bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı.
Ədli Mənsur
Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور‎; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti. Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib. Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir. Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var. Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.
Mənsur knyazlığı
Mənsur knyazlığı (tatar. Мансур кенәзлеге) — XIV-XVI əsrlərdə müasir Ukraynanın (əsasən Sumı və Poltava vilayətlərinin ərazisi) şimal-şərqində tatar-şimal tayfalarının qurduqları dövlət. Tarixçi A.A.Şennikovun mülahizəsinə görə knyazlıq 1380-ci ildə qurulmuşdur. Knyazlığın qurucusu Qlinski sülaləsinin təməlini qoyan sinə görə qurucusu qıpçaq əsilli Kiyat qəbiləsindən Qızıl Orda sərkərdəsi Mamayın oğlu Mansur olmuşdur. Mənsur knyazlığının Lipka tatarlarının dövləti də adlandırmaq olar. Mamay 1380-ci ildə Litva knyazlığından köməyin gecikməsi səbəbindən Moskva şahzadəsi Dmitri Donskoyun ordusu ilə Kulikovo döyüşündə məğlub oldu. Döyüşdə məğlub olub geri çəkilən Mamayın Azov dənizi sahilində qarşısını kəsdilər. Burada Kalka (Kalçık) çayı sahilində onun Toxtamış xanla son döyüşü oldu. Qıpçaqlara birləşən ruslar onların böyük yardımı ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüşdən canını zorla qurtarıb Krıma qaça bildi.
Mənsur Məhəmməd
Mənsur Məhəmməd (tam adı: ərəb. المنصور ناصر الدين محمد بن العزيز‎; əl-Mənsur Nasirəddin Məhəmməd ibn Əziz; 1189 – ən tezi 1216) — III Əyyubi hökmdarı, 29 noyabr 1198-ci ildən 1200-cü ilin fevralına qədər hakimiyyətdə olub. == Həyatı == Səlahəddin Əyyubinin nəvəsi və ikinci Əyyubi sultanı Əziz Osmanın oğludur. 1198-ci ildə atasının ölümündən sonra 9 yaşında sultan elan edildi və əmir Bahəddin Qaraquş onun atabəyi (naibi) təyin edildi. Sonrakı dövrdə Əyyubi əyanları Səlahəddinin digər oğlu Əfdal Əlini Mənsur Məhəmmədin atabəyliyini icra etməsi üçün Misirə dəvət etdilər. Əfdal 1199-cu ilin yanvarında Qahirəyə gələndə şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı. Əfdal əvvəlcə Suriya və ətraf əraziləri mərkəzi hakimiyyətə tam tabe etmək üçün Şam əmiri, əmisi I Adilin üzərinə yürüş təşkil etdi. Əfdal Misir ordusu və qardaşı Hələb əmiri Zahir Qazinin qüvvələri ilə 14 iyun 1199-cu ildə Şama (indiki Dəməşq) çatdı. Lakin tərəflərdən heç biri birbaşa döyüşə girməyə risk etmədikləri üçün 6 aylıq sülh imzalandı və Əfdal Şamdan Misirə doğru geri çəkildi. Misirə qayıtdıqdan sonra Əfdal ordunun saxlanılmasının əlavə iqtisadi yük olmsı və həmçinin əsgərlərin əkinçiliklə məşğul olmaları üçün onların evlərinə qayıtmaqları haqqında əmr verdi.
Eldar Mənsurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib 2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Fərid Mənsurov
Fərid Mansurov (10 may 1982, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi (2010-2011), Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri. == Həyatı == 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür. 1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutur. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir.Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır. Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır. 2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
Malik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Mirzə Mənsur Umudov
Umudov Mirzə Mansur Mirzə Hakim oğlu (18.3.1898, Daşkənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Daşkənd realnı məktəbini bitirmişdir 1917). Kiyev Politexnik İnstitutunun mexanika Şöbəsinə qəbul olunmuş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra və maddi çətinlik üzündən geri qayıtmağa məcbur olmur. 1919-cu ilin 10 dekabrında Azərbaycanın xalq maarif nazirinə göndərdiyi ərizədə Türküstanın, türk mədəniyyətinin inkişafı naminə ona təhsilini davam etdirmək üçün yalnız yol xərci ödənilməklə Fransaya göndərilməsini xahiş etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Fransaya təhsil almağa göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Məlik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Mənsur Arslan xan
Mənsur bin Əli xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 1015. ildə qardaşı Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Mənsur Fəxrəddin Osman
Malik Mənsur Fəxrəddin Osman ibn Çaxmaq (daha çox Mənsur Osman kimi) (ərəb. المنصور فخر الدين عثمان بن جقمق‎; 1435 və ya 1430-cu illər – 1484, Dümyat) — Burci sülaləsindən Məmlük sultanı. 80 yaşında Sultan Çaxmağın ölümü oğlu Osmana Malik Mənsur Fəxrəddin Osman adını almağa icazə verdi. Hökmdarlığının əvvəlində əsas vəzir tərəfindən qamçılandı. Bir yük halına gələn Məmlüklərin müxtəlif qruplarına verilən ianələrin miqdarı ilə əlaqədar əmirlə mübahisələrdən sonra Məmlük qrupları arasında küçə döyüşləri başladı. Inal əl-Əcrud qrupu və Məmlük sülələsindən Baruq Kalat əl-Cabalı (Fortelesa dağı) zəbt etdi. Qahirənin Abbasilər xəlifəsi və əl-Malik əl-Əşrəf əd-Din Sayda adı ilə dördü də sultan olaraq təyin edildi. Osmanın dəstəyi yox idi və davranışına görə vəzifəsindən alındı. Andre Clot December Flag The Mamluks 1250–1517. The slave empire in December Encyclopaedia of Islam, Brill Publishers, Leiden, sv "Mamluks".
Mənsur ağa Vəkilov
Mənsur ağa Vəkilov — kapitan Mənsur ağa Vəkilov Qazax şəhərində anadan olub, Krım muharibəsinin (1853-55-ci illər) qəhrəmanı kapitan Mənsur ağa Vəkilov idi. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusu komandanın verdiyi əmrdə oxuyuruq: "Üçüncü süvari-musəlman alayındakı qazaxlılardan ibarət sotniyanın komandiri, kapitan Mənsur ağa Vəkilova "İgidliyə görə" və üstü yazılı dördüncü dərəcəli "Müqəddəs Anna ordeni", Qazax - bəy polusotniyasından olan milis praporşiki Mir Mirzə Məhəmməd Şərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmmədşah bəy Ağasultanova gümüş temlyak gəzdirmək hüququ və yunker rutbəsi, Qazax bəy polusotniyasından Mustafa ağa Eyyub ağa oğluna "İgidliyə görə" və üstü yazılı gümüş medal, Qazax sotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gumuş temlyak gəzdirmək hüququnda yunkerlik rutbəsi verilsin". Professor Satur Arayan özünün 1978-çi ildə nəşr etdirdiyi "Erməni xalqının tarixi taleyində Rusiyanın rolu" monoqrafiyasında kapitan Mənsur ağa Vəkilovu oxucuya erməni "Martiros Vekilev" kimi təqdim edir. Hələ 1826-cı ildə Şamxor və Gəncə, Lori-Pənbək rayonunda, Dilican dərəsindəki döyüşlərdə Qazax süvari dəstəsinin iranlılara qarşı göstərdiyi qəhrəmanlıqlar xalqımıza yaxşı məlumdur. Raport və əmrlərdə kapitan Mənsur ağa Vəkilovdan danışılanda "M.Vekilov" yazılırdı. Görünür professor Ağayanın əlinə girəvə də buradan düşüb. Yuxarıda gətirilən sitat da onun əsassız olduğunu sübut edir.
Mənsur bəy (Dərbənd valisi)
Mənsur bəy — Dərbənd valisi. Mənsur bəy, Kral I İsmayıl (1501–1524-cü illərdə hökmranlıq edir) dövründə 1509-cu ildə Dərbəndin ilk Səfəvi valisi vəzifəsində çalışan bir Səfəvi məmuru idi. Qısa müddətdən sonra, 1538-ci ilə qədər, şəhər Səfəvi hökmranlığı altında idarə edən Şirvanşahlar ailəsinin üzvləri tərəfindən idarə olunmağa başladı. Bundan sonra birbaşa təyin olunmuş Səfəvi məmurları yenidən şəhərin idarəsini ələ keçirdilər.
Mənsur bəy Cagirli
Mənsur bəy Cagir bəy oğlu Cagirli-(), Qaraqoyunlu əmiri, Təbriz hakimi Mənsur bəy Azərbaycanın tanınmış əmirlərindən idi. 1392-ci ildə Təbriz şəhərinin hakimi olmuşdu. Qara Yusif bəyə qarşı üsyan etmişdi. 1413-cü ildə Qara Yusif bəy onu tutdu. Zindana atdırdı. Az sonra azad edib Ərdəbil, Xalxal və Şahruda hakim təyin etdi. Yerində möhkəmlənən kimi yenidən üsyana başladı. Mənsur bəyin Məhəmməd bəy adlı oğlu vardı.
Mənsur bəy Şıxlınski
Mənsur bəy Şıxlınski (1892, İkinci Şıxlı, Qazax qəzası – 18 oktyabr 1920, Gəncə) — Bakı Polismeysterinin böyük köməkçisi. Mənsur bəy Hüseyn bəy oğlu Şıxlınski 1892-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdu. O, Qori Müəllimlər Seminariyasını bitirmiş, bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıya gəlmiş və Bakı Polismeysterliyində qulluğa girmişdi. Əvvəlcə kiçik polis məmuru (onun köməkçiləri Velyamin Naydel və Mirhəmid bəy Talışxanov idi) vəsifəsində xidmət aparmışdı. Daha sonra Bakı şəhərinin polismeysteri Rüstəm bəy Mirzəyevin böyük köməkçisi (1-ci müavini) təyin edilmişdi. Ondan əvvəl bu vəzifədə Mehrəli bəy Fərzəlibəyov çalışırdı. Lakin Mehrəli bəy Fərzəlibəyovu 1920-ci il martın 14-də Şamaxı qəzasının rəis əvəzi təyin etdikləri üçün həmin tarixdən xidməti vəzifədə irəli çəkilməklə məhz Mənsur bəy Şıxlınski onun yerinə təyin olunmuşdu. Aprel işğalı sonrası Mənsur bəyi Bakının 7 rayonunun milis komissarı vəzifəsində saxlamışdılar. Lakin 1920-ci il mayın 7-də onu keçmiş Bakı Polismeysterinin zabiti kimi həbs etmişdilər.

Digər lüğətlərdə