Mənsur Əhmədov

Mənsur Mamed oğlu Əhmədov (6 mart 2002, Masazır, Abşeron rayonu21 oktyabr 2020, Düdükçü, Xocavənd rayonu) — əsgər, II Qarabağ müharibəsi şəhidi.

Mənsur Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 2002(2002-03-06)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2020(2020-10-21) (18 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Rütbə əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Mənsur Əhmədov 6 mart 2002-ci ildə Abşeron rayonunun Masazır kəndində anadan olub.[1]

Ailəsi 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən Laçın rayonunun Çıraqlı kəndindən məcburi köçkün düşüb.[2]

Mənsur Masazırda yerləşən Çıraqlı kənd orta məktəbində təhsil alıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb.

Sentyabrın 27-də başlayan II Qarabağ savaşının ilk günlərindən cəbhədə olub. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Düdükçü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
  • “Cəbrayılın azad olunmasına görə” medalı
  • “Xocavəndin azad olunmasına görə” medalı
  • “Füzulinin azad olunmasına görə” medalı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Şəhid əsgər Əhmədov Mənsur Mamed oğlu". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) (az.). 2020-12-15. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.