MƏRD

I. i. brave / courageous man* / person

II. s. 1. courageous, brave, valorous; 2. worthy, noble; magnanimous, generous

MƏRCLƏŞMƏK
MƏRD-MƏRDANƏ
OBASTAN VİKİ
Mərd (film, 2014)
Mardaani (tərcüməsi: Mərd) 2014-cü ildə Pradeep Sarkarın rejissorluğu və Aditya Çopranın prodüserliyi ilə çəkilmiş olan Hind dilli döyüş triller filmidir. Filmdə baş rolda Rani Mukerji, ikinci planda isə Jisshu Sengupta, Tahir Rac Bhasin və Saanand Verma oynayır. Filmin hekayəsi Hindistan mafiyası tərəfindən oğurlanmış yeniyetmə qızın işinə olan marağı nəticəsində insan alverinin sirlərini açmağa nail olan polis qadın Şivani Şivaci Roy ətrafında cərəyan edir. 22 avqust 2014-cü ildə kinoteatrlarda nümayiş etdirilən film, Mukerjinin ifası üçün təriflər alaraq müsbət rəylər əldə etmiş və kommersiya müvəffəqiyyəti olaraq meydana çıxmışdır. Bunun ardınca 2019-cu ildə Mardaani 2 adlı davam filmi təqdim edilmişdir. Mardaani 2-nin müvəffəqiyyətindən sonra isə istehsalçı 2019-cu ilin dekabrında Mardaani seriyasının mümkün üçüncü hissəsini elan etmişdir.
Mərd 2 (film, 2019)
Mardaani 2 (tərcüməsi: Mərd 2) 2019-cu ildə hind dilində çəkilmiş döyüş triller filmidir və 2014-cü ildə çəkilmiş Mardaani filminin davamıdır. Bu filmin də, əvvəlki filmin ssenari xəttini yazan və eyni zamanda da əvvəlki filmlə rejissorluq debütünü qeyd edən Qopi Puthran tərəfindən rejissorluğu edilmiş və eyni zamanda da Yash Raj Films vasitəsilə Aditya Chopra tərəfindən prodüserliyi edilmişdir. Bu filmdə də Rani Mukerji əvvəlki filmdəki polis məmuru Şivani Şivaci Roy rolunu canlandırmışdır. Filmin süjet xətti onun yeni gələn Vişal Cetvanın canlandırdığı 21 yaşlı təcavüzkar və eyni zamanda da qatil olan birini tutmaq cəhdlərini izləyir. Mardaani 2, 10 dekabr 2018-ci ildə sosial media paylaşımı ilə elan edilmişdir. Çəkilişləri 2019-cu ilin martında başlanmış və geniş bir şəkildə əsasən Racastanda aparılmışdır. İlk baxış tarixi 2019-cu ilin aprelində olmuş və filmin ekranlara buraxılış tarixi 2019-cu ilin sentyabrı qeyd edilmişdir. Ekran işinin tempinə, istiqamətinə və performanslarına (xüsusilə Mukerji və Jethwanın) müsbət reaksiya almaq üçün üçün film 13 dekabr 2019-cu ildə buraxılmışdır. Film kassada müvəffəqiyyətli olmuş və dünya miqyasında ₹67,12 crore (8,4 milyon ABŞ dolları) gəlir əldə etmişdir.
Mehdizadə və Mərdanov (kitab)
Mehdizadə və Mərdanov — Kitabça müxtəlif illərdə Azərbaycada təhsilə rəhbərlik etmiş iki şəxsin – Mehdi Mehdizadə və Misir Mərdanovun idarəçilik metodlarına həsr olunub. Eləcə də bu onların timsalında Azərbaycan təhsilinin 30 il əvvəlki ab-havası ilə indiki vəziyyətləri müqayisə edilir. Kitabçadan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. == Mənbə == Nadir İsrafilov. Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Misir Mərdanov
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Göyərçin, İcevan rayonu) — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
Mustafa Mərdanov
Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). Mustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Məcid Mərdanov
Məcid Əhəd oğlu Mərdanov (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — texnika elmləri doktoru (1962), professor (1963), Əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvü (1972) Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə Pedoqoji Texnikumu bitirmişdir. 1934-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Məcid Mərdanov 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur. Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
Mərdabad (Sərab)
Mərdabad (fars. مردآباد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (13 ailə).
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Mərdan (Germi)
Mərdan (fars. مردان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə).
Mərdan (şəhər)
Mərdan—Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər.Pişəvər dərəsində yerləşir.Pakistanın ən böyük 23-cü şəhəridir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru. Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir. 1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır. 1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Mərdan Musayev
Musayev Mərdan Məmməd oğlu (1 yanvar 1907, Əlimərdanlı – 25 mart 1982, Tovuz rayonu) — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Musayev Mərdan Məmməd oğlu 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur. O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir. 1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi. 1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi.
Mərdanaqum (Xudafərin)
Mərdanaqum (fars. مردانقم‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (176 ailə). Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir. Hər il oktyabr ayının ikinci yarısında kənddə icra nümayənləyinin rəhbərliyi tərəfindən Nar Festivalı təşkil edilir. Festivalın əsas xüsusiyyəti aşıq musiqisinin ifasıdır.
Mərdangöl nekropolu
Mərdangöl nekropolu — Ordubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə. Mərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı boz və çəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Muncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Mərdanlı
Mərdanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır. 1950-1960-cı illərdə rayondakı Yuxarı Mollu kəndindən xeyli ailə buraya köçmüş və kənd daha da böyümüşdür.
Mərdavic ibn Ziyar
Mərdavic ibn Ziyar (?-935) — Ziyarilər xanədanının qurucusu və ilk hökmdarı (928-935). Ata-baba tərəfindən Ari kökənli Gillilərin (Cili) Daxil bölgəsində yaşayan əsil bir qoluna, ana tərəfindən Royan ispəhbədlərinə mənsubdur. Zamanın diğər xanədanları kimi Ziyarilər də sonraları, İslam öncəsi tanınmış bir nəsəbə bağlanmak istəyiylə Ziyarın atası Vardanşahın Sasani imperatoru Xosrov zamanında Gilan kralı olan Arquş Fərhadanın soyundan gəldiyini iddia etmişdir. Zeydilər hökmdarı Həsən əl-Utruşun (914-917) ardından çıxan iç savaşlar əsnasında Təbəristanı ələ gəçirmək istəyən Əsfar ibn Şirəveyh, o sıralarda Samanilərin yanında olan Mərdavic ibn Ziyardan xidmətinə girməsini istədi. Beləcə Əsfarın ordu komandanı olan Mərdavic (315/927) Təbəristana yürüdü və Reydən gələn Dai Həsən ibn Qasımı Amül yaxınında yenərək öldürdü (316/928). Əsfar ilə Mərdavic, Təbəristanın böyük bir qismini işğal etdikdən sonra arxasından Rey, Qəzvin, Zəncan, Əbhər, Qum və Kərəc kimi digər bəzi Cibal vilayətlərini zəbt etdilər. Eynı il içərisində Mərdavic, Əsfarın xalqa aşırı şəkildə zülm etməsinin yol açdığı təpkiyi öz lehinə dəyərləndirərək Zəncanda müstəqilliyini elan etdi və Əsfarı Qəzvindən uzaqlaşdırıb (ehtimalən 319-cu (931-ci) ildə ortadan qaldırıb) taxtını ələ keçirdi. Daha sonra cənubi-qərbi İrandakı Abbasi xəlifəliyi torpaqlarına hakim olmak üçün girişimdə oldu və xəlifə Müqtədir-Billahın göndərdiyi ordunu Həmədanda mağlub edərək Dinəvər, Karmisin (Kirmanşah) və İsfahana hakim oldu (319/931). Ardından xəlifə Müqtədir-Billaha elçi yollayıb bu torpaqların müqataa (iqta) yoluyla ona verilməsini istədi. Etdiyi təklif bəzi şərtlərlə qəbul edildi və xəlifə onun hakimiyətinə razılıq verib, xələt və bayraq göndərdi.
Mərdehək
Mərdehək — İranın Kirman ostanının Ənbərabad şəhristanının Cənubi Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,912 nəfər və 407 ailədən ibarət idi.
Mərdili (Hurand)
Mərdili (fars. مردي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (84 ailə).
Mərdimazar oyunçu
Mərdimazar oyunçu (ing. griefer) – Onlayn oyunlarda udmaq üçün deyil, başqa oyunçuların oyununu qəsdən korlamaq üçün oynayan oyunçu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Globe and Mail: "Frontier justice: Can virtual worlds be civilized?" "Ready, set, game: Learn how to keep video gaming safe and fun." Documented incident of griefing during a virtual interview, see also Anshe Chung Research paper on griefing. To view this PDF paper, the host website requires a subscription to the digital library. "Feature: The Griefer Within", GamePro. "Mutilated Furries, Flying Phalluses: Put the Blame on Griefers", WIRED MAGAZINE: ISSUE 16.02 "Griefer Madness: Terrorizing Virtual Worlds" Can you grief it?
Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.

Digər lüğətlərdə