MƏTİN

s. firm, steadfast, steady, unshakeable, persistent; ~ olmaq to be* steadfast / firm; ~ qoca firm old man*; sülh uğrunda ~ mübariz staunch champion of / for peace; ~ inam unshakeable conviction

MƏTBUAT
MƏTİNLİK
OBASTAN VİKİ
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Mətin Hüseynov
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.
Əl-Mətin
Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58) İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər. Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər: Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16) O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar.
Mətin İlhan
Mətin İlhan (1972, Kırşəhər) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. Mətin İlhan 1972-ci ildə Kırşəhər ilində anadan olub. İstanbul Universitetinin Tibb bölməsini bitirib. Fırat Universiteti Tibb bölməsində ixtisasını başa vurub. 1999-2009-cu illərdə Mucur Dövlət Xəstəxanasında, 2009-cu ildən Kırşəhər Dövlət Xəstəxanasında çalışıb. Kırşəhər Ahi Evran Universitetində Kafedra müdiri vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2018 və 2023-cü illərdə Kırşəhər ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Milli Müdafiə Komissiyasının üzvüdür. İngiliscə bilir.
Mətin Oqtay
Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Mətin Balkanlıoğlu
Mətin Balkanlıoğlu (türk. Metin Balkanlıoğlu; 1958 – 2018, İstanbul) — Türkiyə islam din xadimi. Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi. Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi. O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir.
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Həbl-ül-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Səid Mətinpur
Səid Mətinpur (22 sentyabr 1976, Zəncan) — Azərbaycanlı milli mədəni fəal, jurnalist, bloger və vicdan məhbusu. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. 2009-cu ildə Tehran İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbsə məhkum edilib. Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. 2015-ci ilin avqust ayının 26-da azadlığa çıxıb. Səid Mətinpur 1976-cı il sentyabrın 22-də Zəncanda anadan olub. Tehran Universitetinin fəlsəfə fakültəsini bitirib. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" və "Dilmac" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. Bu nəşrlərdə Azərbaycan mədəniyyəti, və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklərin işi işıqlandırılıb, yerli yazıçı və şairlərin əsərləri çap edilib. 1990-cı illərdə Zəncanda qurulmuş "İşıq" ədəbi dərnəyinin fəaliyyətində aktiv iştirak edib.

Digər lüğətlərdə