Mahmud Esambayev
Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924, Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d] – 7 yanvar 2000, Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984).
== Həyatı ==
Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi
kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir.
1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur.
1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd),
"Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir.
Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.