MAVZOLEY

E.ə. 377-ci ildə Kiçik Asiyanın cənub-şərqini Mavsol isimli hökmdar idarə etməyə başlayır. Kiçik Asiyanın bu hissəsi Kariya adlanırdı. Mavsol yunanlar və onların mədəniyyətinə valeh idi, daim yunan şəhərləri arasında yaranan münaqişələrə qarışırdı. Nəhayət, çar Kariyanın paytaxtını sahil şəhəri Halikarnasa köçürür.

Mavsol bütün yunan dünyasına hökmranlıq etmək arzusunda idi. O, Egey dənizi adalarını hakimiyyəti altında olduqları Afinaya qarşı qızışdırır və Kariya sahillərinə yaxın yerləşən Rodos adasına nəzarəti ələ keçirir. Ancaq bundan az sonra, e.ə. 353-cü ildə çar qəflətən vəfat edir.

Mavsolun dul qalmış həyat yoldaşı Artemisiya təsəllini ərinə abidə ucaltmaqda tapır. O, Halikarnas limanından ucalan nəhəng məqbərə inşa etməyi əmr edir. Məqbərədə dünyasını dəyişmiş çarın nəşi ilə yanaşı, onun bir neçə böyük heykəli də var imiş. İçəridən tikilinin divarlarını barelyeflər bəzəyirmiş. Amma məqbərə dövrümüzə qədər gəlib çıxmayıb.

Yunanlar Mavsolun Mavsoley adlandırılmış abidəsini dünyanın yeddi möcüzəsi siyahısına daxil etmişlər. İndi biz Mavsolu ancaq buna görə xatırlayırıq. O vaxtdan etibarən dəbdəbə ilə bəzədilmiş istənilən məqbərə və ya “vahiməli” görkəmi ilə sərdabəni xatırladan istənilən tikili mavzoley adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)

MAVRİ
MAYA1
OBASTAN VİKİ
Ayşə Bibi (mavzoley)
Ayşə Bibi (qaz. Айша бибі) ― Tarazın qərbində, Ayşə Bibi kəndində yerləşən, zadəgan bir qadına aid 11-12-ci əsr mavzoleyi. Tikili yerli əhali arasında sevgi və sədaqət abidəsi olaraq məşhurlaşmışdır. == Dizayn == Rəvayətə görə, məqbərə Qaraxanilər sülaləsinin hökmdarı tərəfindən sufi şairi Xakim-Atanın qızı, gözəl nişanlısı Ayşə Bibi üçün tikilmişdir. Mavzoleyin memarlıq formaları və bəzəkləri incə krujeva xatırladır. Bütün bina 60 müxtəlif çiçəkli həndəsi naxış və xəttatlıqdan istifadə edilərək oyulmuş terrakota plitələrlə örtülmüşdür. Ayşə Bibi mavzoleyi üslub baxımından Buxaradakı Samani türbəsinin davamçılarındandır. === Abidə === Ayşə Bibi daha böyük bir kompleksin bir hissəsidir. Tikilidən on metr məsafədə Babacı Xatun ("müdrik kraliça") adlı ikinci bir məqbərə, yolun qarşı tərəfində isə müqəddəsləşdirilmiş əhəng daşı mağarası var. Kompleks qərbdən Taraz vahəsinə baxan silsilədə yerləşir.
Halikarnas mavzoleyi
Halikarnas mavzoleyi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. 5-ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Tikilinin bu günümüzə qədər özünün daş parçaları qalmışdır. Məqbərə eramızdan əvvəl 351-ci ildə yaradılmışdır. O, 4 il, yəni eramızdan əvvəl 355-ci ilə qədər yaşamışdır. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarusu yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatlı maşın Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.
Rza Pəhləvinin mavzoleyi
Rza Şah Pəhləvinin türbəsi — Tehranın cənubunda,Rey Şəhərində İran şahının məzarı. 1980-ci ilin fevralında İran İslam İnqilabının ilk günlərində Rza Şahın türbəsi ayətullah Sadeq Xalxalinin rəhbərliyi ilə məhv edilib.
Lenin mavzoleyi
Lenin məqbərəsi (rus. Мавзолей В. И. Ленина, Mavzoley V. İ. Lenina) — Sovet İttifaqının qurucusu Vladimir İliç Leninin mumiyalanmış cəsədinin Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Qırmızı meydanda yerləşdiyi və ictimaiyyət üçün açıq olan yer. == Mavzoley və Leninin cəsədi == Məqbərə memar Aleksey Şusev tərəfindən tikilib. Məqbərədə eni 24 metr, hündürlüyü 12 metr olan qırmızı qranit kommunizmi, qara labrador isə yası təmsil edir. Memar Şusev ölməzlik mesajını çatdırmaq üçün binada kub şəklindən istifadə edib. Binanın interyeri 100 m²-lik foye və yas zalı kimi təşkil olunub. SSRİ gerbi birbaşa əsas girişlə üzbəüz yerləşir. Məqbərənin içərisində sol tərəfdəki pilləkənlərlə enərək yas salonuna çatmaq olar. Leninin cəsədi bu salonda şüşə sarkofaqdadır. Sarkofaqın yanında iki mühafizəçi keşik çəkir.
Sin Şixuandinin mavzoleyi
Sin Şixuandinin mavzoleyi (Sin Şixuandi; ingiliscə: Qin Chi Huang) (çincə: 秦始皇陵; pinyin: Qínshǐhuáng Líng ) Çinin Şensi əyalətinin Sian şəhərinin Lintonq rayonunda yerləşən mavzoleydir. Məqbərənin eramızdan əvvəl 246-208-ci illər arasında tikildiyi və kəsilmiş piramida formasında 76 metr hündürlüyündəki bir məzarın kurqanının altında yerləşdiyi bildirilir. Məqbərənin planı daxili və xarici şəhərlərə bölünən o dövrdə Çinin paytaxtı olmuş olan Xianyang şəhəri əsas götürülərək modelləşdirilmişdir. Daxili şəhərin perimetri 2.5 km (1,55 mil), xarici şəhərin perimetri isə 6,3 km (3 mil) təşkil edir. Məqbərə şəhərin cənub-qərb hissəsində yerləşir və üzü şərq tərəfə baxır. Sarkofaq və dəfn artefaktlarının yerləşdiyi əsas dəfn kamerası məqbərənin yerləşdiyi ərazinin nüvəsində yerləşir. Məzarın özü hələ ki, qazılmamışdır. Arxeoloji tədqiqatlar hal-hazırda məqbərəni əhatə edən sıx nekropolun müxtəlif hissələrində cəmləşmişdir; bunlara kurqandan şərq tərəfdə yerləşən Terrakota Ordusu da daxildir. Terakota ordusu ziyarətgahda qarnizon kimi xidmət edirdi və ərazidə qazıntılar hələ də tamamlanmamışdır.

Значение слова в других словарях