MİR

Əmir – ağa sözünün qısaldılmış forması seyid nəslindən olduğunu göstərmək üçün bəzi adların əvvəlinə artırılan söz.
MİNU
MİRİ-HAC
OBASTAN VİKİ
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Birləşmiş Krallıq) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Mir Həsən Ağa Mir
Mir Həsən Seyid Hüseyn oğlu Ağa Mir — Xurşidbanu Natəvanın ortancıl oğlu, şair. Mir Həsən 1870-ci ildə Şuşada doğulmuşdur. Xurşidbanu Nətəvanın ikinci əri Seyid Hüseyndən olan ortancıl oğludur. O, Azərbaycan, fars və ərəb klassiklərinin əsərlərini mütaliə etmiş, həmin xəzinə əsasında şeirlər yazmışdır. Xurşidbanu Nətəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun Mir təxəllüsü ilə şeirlər qələmə aldığını göstərmişdir. Mir Həsən 33 il ömür sürmüş, 1903-cü ildə vəfat etmişdir. Mir Həsən Ağa Mirin yazdığı şeirlərdə bədbin bir ruh, fərəhdən çox əzab, tərkidünyalığa meyl və həyat ziddiyyətlərindən yaranan bir narazılıq özünü göstərir. Mir Həsən farsca yazdığı şeirlərdə Ömər Xəyyama yaxınlaşmışdır. Təzkirələrdə onun iti hafizəsi, rəvan təbə malik olduğu bildirilir. Şairin qələmə aldığı mənzumələr əlyazma şəklində pərakəndə halda cünk və bəyazlarda, şeir dəftərlərində qalmışdır.
Amidou Mir
Amidou Mir (1 yanvar 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Amidou Mir Fransanı beynəlxalq yarışlarda təmsil edir. Amidou Mir 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.452 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu.
L-Mir
L-Mir (tam adı: Elmir Məhərrəmov; 1 yanvar 1979, Bakı, Azərbaycan) — Azərbaycan müğənni, repçi. "Dəyirman" qrupunun üzvlərindən olmuşdur. Elmir Məhərrəmov 1 yanvar 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən laçınlıdır. 2018-ci ildə "Green card" qazanaraq ailəsi ilə ABŞ-yə köçmüşdür. L günü Ürəyini buz kimi saxla Atasız uşaq Mən daha əvvəlki kimi olmaram Qara buludlar İgid ölməlidir Qüvvət ver qoluma Tək sənə görə Gic-gicə Həmən oğlanam mən Az@rimeyk (qrup) Qurd (qrup) Gözümüz sözdür (qrup) Corc Buş haralıdır?
Mir Cəfər
Mircəfər və ya Mir Cəfər — ad. Mircəfər Bağırov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi (1933 – 1953) Mircəfər Əyyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.). Mircəfər Seyidov — azərbaycanlı yazıçı və jurnalist.
Mir Cəlal
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968). Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.
Mir Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Mir Kirmanşahlı
Mirseyfəddin Kirmanşahlı (1892, Kirmanşah-1933, Tehran, İran) — azərbaycanlı aktyor, rejissor, tərcüməçi və dramaturq. 1892-ci ildə Tehran yaxınlığındakı Kirmanşahda doğulmuşdur. 1908-ci ildə Rusiyaya gəlmişdir. İlk təhsilini Tiflisdə almış, sonra Moskva Teatr Texnikumunda oxumuşdur. Yaradıcılıq fəaliyyətinə Tiflisin Azərbaycan teatrında başlamışdır. Burada o, C. Məmmədquluzadənin "Ölülər"ində İsgəndəri, M. F. Axundovun "Hacı Qara"sında Heydər bəyi, Ş. Saminin "Dəmirçi Gavə"sində Gavə, N. Qoqolun "Müfəttiş"ində bələdiyyə rəisini və başqa rolları böyük ustalıqla ifa etmişdir. Onun gözəl səsi, hərəkətləri böyük səhnə mədəniyyəti tamaşaçılarda rəğbət hissi ilə qarşılanırdı. O, rejissor kimi bu teatrda E. Molyerin, "Jorj Danden", H. Cavidin "Uçurum", C. Cabbarlının "Aydın", F. Şillerin "Qaçaqlar", N. Vəzirovun "Hacı Qənbər", Şekspirin "Hamlet" əsərlərini böyük ustalıqla tamaşaya qoymuşdu. 1919-cu ildə Ş. Kirmanşahlı Tiflisdəki Azərbaycan teatrının kollektivi ilə İstanbulda böyük müvəffəqiyyətlə çıxış etmişdi. Mirseyfəddin Kirmanşahlı Bakı və Tiflis teatrlarında uzun müddət aktyor, rejissor, tərcüməçi və dramaturq işləmişdir.
Mir Paşa
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Mir Teymur
Mir Teymur Məmmədov (d. 21 yanvar 1947, Bakı) — Azərbaycan rəssamı. Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968–1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb.
Mir xalçaları
Mir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adı Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Mir xalçası
Mir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adı Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Mir Əbdürrəhim
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Mir-Həmzə Əfəndiyev
Mir-Həmzə Nazim oğlu Əfəndiyev (d. 15 noyabr 1950, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. Mir-Həmzə Nazim oğlu Əfəndiyev 1950-ci ilin 15 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. Atası-Nazim Əfəndiyev, 1957-1998-ci illər Elmi-Tədqiqat Oftalmologiya Institutunun (hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi) direktoru vəzifəsində calışıb. M.Əfəndiyev 1974-cü ildə Azərbaycan Dövlət Tibb institutunu bitirib. 1975-1992-cı illərdə cərrah, şöbə müdiri, baş həkim vəzifələrində çalışıb. 1987-ci ildə Bakı şəhəri Lenin (Sabunçu) rayon Sovetinin deputatı seçilib. 1990-cı ildə XII cağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsinə yekdilliklə səs vermiş 258 deputatdan biri olub.
Mir Ağa Mövsümov
Mövsümov Mirağa Mirmövsüm oğlu (1850, Şamaxı -1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, Ģəriəti, islam tarixini öyrənmiĢdir. ġamaxıda xüsusi məktəb açmıĢ (1882-87), oğlanlara əlifba və Ģəriət qaydalarını tədris etmiĢdir. 1887 ildə Bakıya köçərək, burada da ġamaxıdakı məktəb kimi məktəb açmıĢdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz Ģiə ruhani idarəsində xüsusi komissiya qarĢısında imtahan verərək, Ģəriət və Azərbaycan dili müəllimi dərəcəsi almıĢ, uzun müddət Bakı məktəblərində Ģəriətdən dərs demiĢdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmiĢdir. Həsən bəy Zərdabi ilə dost olan M.Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırıĢına cavab olaraq, "Əkinçi"də təbliğ olunan fikirlərin məzmununa uyğun yazdığı Ģerləri 1901 ildə Bakıda "Türk nəğmələrinin məcmuəsi" adı ilə kitab halında nəĢr etdirmiĢdir. H.Zərdabi "Türk nəğmələri"nin əhalinin siyasi düĢüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiĢ və müasir Ģairlərə M.Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüĢdü. M.Mövsümovun uĢaq Ģerlərindən ibarət "Hədiyyeyi-ətfal" (1911) kitabı da nəĢr olunmuĢdur. 20 əsrin əvvəllərində "rus-müsəlman" məktəbləri üçün "Təcvid" (1909), "ġəriət kitabı" (1909), "Tarixi müqəddəs" (1911), "Əhaili-islam" (1914), "Yeni təlimül-Ģəriə" (1916) və s.
Mir Bahaəddin körpüsü
Mir Bəhaəddin körpüsü, (az-əbcəd. میربهاءالدین کؤرپۆسۆ‎), keçmişki Zəncan-Bicar yolunda, Zəngançayı üzərində tikilmiş körpüdür. Mir Bəhaəddin körpüsü Zəncanın güneyində, suyu elə də çox olmayan Zəngançayı üzərində yerləşir. Körpü onu 1312-ci hicri ilində, Nasirəddin şah Qacar dönəmində tikən, Zəncanın görkəmli şəxsiyyətlərindən olan Mir Bəhaəddin Zənganinin adını daşıyır. İndilikdə bu yer zəncanlıların ən çox əyləndikləri yerlərdən biri sayılır. Bu körpü təxminən 100 metr uzunluğunda olaraq, eni sığınacaqla birlikdə 6.70 metrə çatır. Çayın ən yüksək yerindəki hündürlüyü təxminən 11 metrdir və orta aşırımı başqa aşırımlarında daha böyükdür. Bu körpü tamamilə kərpicdən tikilərək, ən gözəl tağının iç görünüşündə çox gözəl Məqeli adlı bir xəttlə tikildiyi tarix "Ya Əli" sözü ilə birlikdə simmetrik şəkildə oyulmuşdur. Təməlləri döşənmiş səthin üstünə qoyularaq, oyma daş parçaları və əhəng harçından hazırlanmışdır və suyun səviyyəsindən 1,40 metr yüksəkliyə kimi qalxmışdır. Bu hündürlükdə bu körpünün tağının və əsas gövdəsinin ayağından 5 × 24 × 24 sm ölçülü kərpiclə başlanıb.
Mir Bağır Mirheydərzadə
Mir Bağır Mir Heydər oğlu Mirheydərzadə (1877, Nürgüt, Ordubad rayonu – 10 yanvar 1956, Naxçıvan) – diyаrşünаs, еtnоqrаf-аrхеоlоq. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur. Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür. 1917-1921-ci illərdə Naxçıvanda Mir Bağır Mirheydərzadə Eynalı bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, S.Əsgərxanov, Bağır Rzayev, Səməd bəy Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlərlə birlikdə fəaliyyət göstərirdi və onların hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. 1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi. Belə bir mürəkkəb vəziyyətdə Mir Bağır Mirheydərzadə naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi.
Mir Bəşir Qasımov
Mir Bəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949). Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu. Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı. M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. 1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.
Mir Cabbar Miryəhyayev
Mir Cabbar Miryəhyayev - yazıçı “Yeni yol”,qazetinda 1928.
Mir Cəfər Bağırov
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926). Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir. M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.
Mir Cəfər Seyidzadə
Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə (1852-1937)-pedaqoq, Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə 1852-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Mir Cəfər Əli
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Cəlal Mirzəyev
Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; 17 oktyabr 1977, Masallı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri. 1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır. 2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb. 2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. 27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir. Azərbaycan–İndoneziya münasibətləri Azərbaycanın xarici siyasəti Səfir Cəlal Mirzəyevin rəsmi twitter profili Səfir Cəlal Mirzəyevin rəsmi linkedin profili "İlham Əliyev İndoneziyaya yeni səfir təyin etdi" (az.). teleqraf.com. 2019-09-27. "Prezident İlham Əliyev 3 ölkəyə yeni səfir təyin edib" (az.).
Cəlaləddin Mirzə Heydər xan
Cəlaləddin Mirzə Heydər xan Baranlı və ya digər adı ilə Şüca-üd-Dövlə (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Qaraqoyunlu sülaləsinin üzvü, Aud nəvvabı və Subedarı. Cəlaləddin Mirzə 5 oktyabr 1754-cü ildən 1775-ci ilin yanvarına qədər Böyük Moğol imperiyasının baş vəziri olmuşdur. Cəlaləddin Mirzə Heydər Xanın soykökü Azərbaycan türklərinin bir hissəsini təşkil edən Qaraqoyunlulara çıxmaqdadır. Onun əcdadları Qaraqoyunlu dövləti süqut etdikdən sonra tədricən Hindistana yayılmış və orada mühüm işlər həyata keçirmişdirlər. Şüca-üd-Dövlə Böyük Moğol imperatoru Əhməd Şah tərəfindən baş vəzir seçilmiş Səftər Cəngin oğludur. Atası Səfdər Cəngdən fərqli olaraq Şüca-üd-Dövlə erkən yaşlarından etibarən özünə tabe olan şəxsləri gözəl şəkildə idarə etmə bacarığına görə tanınmaqda idi və bu bacarıq sayəsində o, tədricən yüksəlmiş, sonda II Şah Aləm tərəfindən baş vəzir təyin edilmişdir. O, özünün hündürlüyünə və cüssəsinə görə digər insanlardan seçilirdi. Şüca-üd-Dövlə dəfələrlə moğollar arasında məşhur türkman kökənli şəxslərdən biri olan Əliverdi xana yardım etmişdi.
Dostəli Mirəliyev
Dostəli Mirəliyev (şəhid)
Elman Mirzəyev
Elman Mirzəyev (1959, Bakı) — kino rəssamı, ikinci rəssam, rəssam assistenti. 1959-cu ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildən "Kirpi" satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda respublikada çap olunan mətbuatda karikaturaçı rəssam kimi çalışır. 1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb. 1985-ci ildən "Marianet kuklalar" teatrının aparıcı rəssamıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq Karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır. Əsərləri onlarla kataloqda dərc olunub.
Elmar Mirzəyev
Elmar Mirzəyev (1 may 1995, Ağalıkənd, Biləsuvar rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Subay idi. Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Mirzəyev (baş leytenant)
Elmar Mirzəyev (1 may 1995, Ağalıkənd, Biləsuvar rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Subay idi. Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmin Mirzəyev
Elmin Əvəz oğlu Mirzəyev (20 fevral 1995; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elmin Mirzəyev 20 fevral 1995-ci il Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbdə başa vurmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı. Elmin Mirzəyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Elmin Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elmir Mirzəyev
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005). Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur. Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi. 2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Elmira Mirzəyeva
Elmira Mirzəyeva (rus. Эльмира Мирзоева; doğ. 2 noyabr 1981, Moskva, Rusiya SFSR, SSRİ) — əvvəllər Rusiyanı, 4 aprel 2024-cü ildən bu yana isə İngiltərəni təmsil edən şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2002). İdman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi. Elmira Mirzəyeva 1981-ci il noyabrın 2-də Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub. Əslən Gəncəlidir. Elmiranın özündən böyük Gülnarə adında bacısı və özündən kiçik Nizami adında qardaşı var. Qardaşı şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb. 1995-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub.
Eltac Mirzəyev
Eltac Fizuli oğlu Mirzəyev (18 avqust 2000; Məşədilər, Tovuz rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eltac Mirzəyev 2000-ci il avqustun 18-də Tovuz rayonunun Məşədilər kəndində anadan olub. 2006-2017-cı illərdə Ş.İ.Xətai adına Köhnəqala kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi. Eltac Mirzəyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltac Mirzəyev noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Məşədilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elton Mirzəyev
Mirzəyev Elton Vüqar oğlu (2 yanvar 1997, Minbaşı, Sabirabad rayonu – 30 oktyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi 2 yanvar 1997-ci ildə Minbaşı kəndində dünyaya gəlmişdir.2014-cü ildə Sabirabad rayonu Qarağac kənd tam orta məktəbini bitirmişdir. 2015-ci ilin yanvarında Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Vətənə ilk borcunu verməyə yollanır. O, Bakı piyada qoşunlarına aid "N"saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra kəndlərinə dönür, lakin , alçaq ermənilərin Tovuz cəbhəsi istiqamətində dinc əhaliyə qarşı etdiyi basqınlar onu dinc buraxmır. Sabirabad rayonu Hərbi Komissarlığına gedərək könüllü olaraq döyüşə getmək istədiyini bildirib. İkinci Qarabağ müharibəsi başlanan zaman Elton könüllü olaraq qeydiyyatdan keçdiyi üçün səfərbərliyə alınıb. Elton 29 sentyabr 2020-ci ildə döyüşə yollanıb. Elton Vüqar oğlu Ağcabədi zonasında qısa təlimlərdən sonra Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır döyüşlərə qatılıb. O, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində ayağından yaralansa da geri çəkilməyib mübarizəsini davam etdirib.
Elvin Mirzəyev
Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycan futbolçusu.
Elvin Mirzəyev (dəqiqləşdirmə)
Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycan futbolçusu.
Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru. Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.
Elvin Mirzəyev (əsgər)
Elvin Azadxan oğlu Mirzəyev (13 fevral 1994; Xaçmaz, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Elvin Mirzəyev 1994-cü il 13 fevralda Xaçmaz şəhərinin indiki adı ilə Elvin Mirzəyev, əvvəlki adı ilə Memar Əcəmi küçəsində anadan olub. Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-da isə Elvin Mirzəyev, doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elvin Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Elyar Mirzəyev
Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb.
Elçin Mirzəbəyli
Elçin Əbdülrəhim oğlu Mirzəbəyli (12 avqust 1967, Lənkəran) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, siyasi ekspert, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini. Elçin Mirzəbəyli 12 avqust 1967-ci ildə Lənkəran şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu (Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu) bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. 2015–2017-ci illərdə Lider Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017–2019-cu illərdə Xəzər TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub. Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş verib. Quruluşçu rejissoru olduğu "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bəlgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib.
Elçin Mirzəyev
Elçin Mirzəyev (əsgər)
Elçin Maqsud oğlu Mirzəyev (31 iyul 1985; Hacıqərvənd, Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Mirzəyev 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 1991-ci ildə orta məktəbə gedib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir tibb kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlamışdır. 3 övladi var idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Mirzəyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 10 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Oktyabrın 13-də Yevlax Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Faiq Mirzəyev
Faiq Mirzəyev — azərbaycanlı aktyor, teleaparıcı. 1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb. O eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb. Faiq Mirzəyev 1996-cı ildən sənət taleyini televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf edib. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak edib. Bu televiziyada o, aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. RTV-də çalışdığı 5il müddətində Faiq Mirzəyev yerli televiziya kadrlarının hazırlanmasnda və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində nəinki bir müəllif və aparıcı kimi hətta çox bacarıqlı rejissor kimi də fəaliyyət göstərmişdir. Hal-hazırda Faiq Mirzəyev ARB TV-də ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey sənətkarlarımızın,elm, təhsil və siyasət sahəsində caləşan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissorudur.

Digər lüğətlərdə