Elçin Maqsud oğlu Mirzəyev (31 iyul 1985; Hacıqərvənd, Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elçin Mirzəyev | |
---|---|
Elçin Maqsud oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqərvənd, Tərtər, Azərbaycan |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Yevlax Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020 |
Elçin Mirzəyev 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib.[2][3]
1991-ci ildə orta məktəbə gedib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir tibb kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlamışdır. 3 övladi var idi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Mirzəyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 10 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Oktyabrın 13-də Yevlax Şəhidlər Xiyabanında torpağa tapşırılıb.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mirzəyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mirzəyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[8]