Mir xalçaları

Mir xalçalarıTəbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Xalça
Mir xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Təbriz xalçaçılıq məktəbi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adı Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur[1].

  1. "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". azerbaijan.az (az.). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.