MUNCUQ

Mənbələrdə boncuq forması da vardır, deməli boyun sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MUMİYA
MURĞUZ
OBASTAN VİKİ
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Muncuqlu
Muncuqlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Muncuqlu (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Muncuqlu (Laçın)
Muncuqlu — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
Muncuqlu (Tovuz)
Muncuqlu — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə bu kənd quşçu tayfa­sının icmasına məxsus kiçik məntəqələrdən biri olmuşdur. Kənd qədim qəbristan yerindən bəzək əşyalarının tapılması ilə əlaqədar Muncuqlu adlanan yerdə salın­dığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murğuz silsiləsinin ətə­yində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Muncuqlu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Muncuqlu kənd tibb məntəqəsi yerləşir.
Muncuqlu tikmə
Muncuqlu tikmə (rus. вышивка бисером) - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü. Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi. Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.
Muncuqlutəpə nekropolu
Muncuqlutəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında Dəmir dövrünə aid arxeoloji abidə. Burada 1979–1982-ci illərdə aparılmış tədqiqatlar zamanı təqribən 1600–1700 m² sahədə 33 sərdabə tipli qəbir kompleksi tədqiq edilmişdir. Qəbirlər müxtəlif həcmli dağ daşları ilə səliqəli işlənmiş, üstləri sal daşlarla örtülmüşdür. Kameraların ətrafına 1,5 metrə qədər sahədə sal daşlar döşənmişdir. Uzunluğu 3 metrə, eni 1,6 metrə çatan sərdabələr vardır. Dərinlikləri 1,3 metrə qədərdir. Muncuqlutəpə qəbirləri quruluşuna görə üç hissədən ibarətdir: qəbrin kamerası; giriş yolu; ayrıca işlənmiş qurbangah. Giriş yolu qəbrin kamerasına qərb və ya şərq tərəfdən daşla işlənmiş, üstü sal daşlarla örtülmüşdür. Onların daş düzülmüş döşəməsi qəbir kameralarının döşəməsinə nisbətən hündürdədir. Qəbrin kamerasına giriş yolu dikinə qoyulmuş bir ədəd sal daşla örtülmüşdür ki, bu da növbəti dəfn zamanı qəbrin kamerasına daxil olmağı asanlaşdırırdı.
Muncuqlutəpə qədim qəbiristanlığı
Muncuqlutəpə yaşayış yeri — Şəmkir rayonunun Qaracəmilli kəndindən 8 km şimalda, Kürün sağ sahilindən 120 metr aralıda yerləşir. Yaşayış yerinin narınqalası ən yüksək, hakim mövqedə yerləşməklə üç tərəfdən qala divarları ilə möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı hüdudlayırdı.Qalınlığı 1,7-1,8 metrə çatan mədəni təbəqə qatında IX-X və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilmişdir. Qazıntı zamanı çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, çoxlu təndir və ocaqlar, təsərrüfat quyuları üzə çıxarılıb öyrənilmişdir. Memarlıq hissələrinin, o cümlədən sütun başlıqlarının tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət edir. Mədəni təbəqədən tapılmış arxeoloji materiallar və şirsiz saxsı qab-qacaqla, dəmir alət və silahlarla metal məmulat və müxtəlif bəzək əşyaları ilə təmsil olunmuşdur. Şirli saxsı qabların tapıntılar arasında çoxluğu xüsusi qeyd olunmalıdır. Azərbaycan arxeologiyası. VI cild.
Muncuqlutəpə yaşayış yeri
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan) —
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan)
Muncuqlu təpə ― Cənubi Türkmənistanda, Kopetdağ dağlarının şimal yamacında yerləşən qədim yaşayış yeri. Ərazidə aparılmış qazıntılar Neolit dövrünün sonlarından, təxminən e.ə. 6 200-cü ildən başlayaraq erkən Mis dövrünə qədər davam edən məskunlaşmanı göstərmişdir. Ən erkən təbəqələr Türkmənistanın Ceytun mədəniyyətinə aiddir. Tarixə qədərki dövrə aid yaşayış məskəni şimalda Qaraqum səhrası, cənubda isə Kopetdağın yamacları ilə həmsərhəd olan quru allüuvial düzənlikdə yerləşir. Bu dağlar həm də müasir İranla sərhədi təşkil edir. Sahədən təxminən iki kilometr şimal-qərbdə yaxınlığında Türkmənistanın müasir Miana kəndinin yerləşdiyi Meana çayının quru yatağı var. Tunc dövrünə aid böyük yaşayış yeri olan Altuntəpə ərazidən təxminən 2 km şimal-şərqdədir. Ərazidə ilk qazıntı işləri 1959-cu ildə Aleksandr A. Maruşçenkonun başçılığı altında aparılmış və daha sonra həmkarı O.K. Berdiyev tərəfindən davam etdirilmişdir. 2010-cu ildə qazıntı sahəsinin potensialı Susan Pollok və Reynhard Bernbek tərəfindən tanınmış və bu, ərazidə daha beş qazıntı kampaniyasının (2010-2014) təşkilinə səbəb olmuşdur.
Muncuqlutəpə yaşayış yeri (Şərur)
Muncuqlutəpə yaşayış yeri — Şərur rayonunda, Billava yaşayış yerinin 3 kilometrliyində yerləşən yaşarış yeri. Tədqiqatlar nəticəsində ərazinin nekropol qalığı olduğu müəyyənləşdirilmişdir. Yerli məlumatlara görə qəbirlərdən tez-tez muncuq tapıldığından abidə Muncuqlutəpə adlandırılmışdır.Tapıntıların təhlili abidənin I-III əsrlərə aid olduğunu göstərir.
Muncuqtəpə yaşayış yeri
Muncuqtəpə yaşayış yeri — Naxçıvan şəhərinin təqribən 3 kilometrliyində, Qaraçuq kəndi yaxınlığında Orta əsrlərə aid yaşayış yeri. Araz su qovşağının tikintisi ilə əlaqədar 1969-cu ildə arxeoloji qazıntılar aparılmış, tikinti qalıqları, dəmir əşyaları, şirli və şirsiz saxsı məmulatı aşkar olunmuşdur. Tapıntılara əsasən Muncuqtəpə yaşayış yerini XII-XVII-ci əsrlərə aid etmək olar.

Значение слова в других словарях