nöqtə
növbə
OBASTAN VİKİ
Kütüm (növ)
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Lirik növ
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mərcimək (növ)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Ümumi məlumat == Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
La-Bati-Növ
La-Bati-Növ (fr. La Bâtie-Neuve, oks. La Bastia Nòva) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Növ kantonuna daxildir. INSEE kodu — 05017. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2116 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1320 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 995 nəfər iqtisadi cəhətdən, 325 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 71.1%). Fəal olan 995 nəfərdən 912 nəfəri (488 kişi və 424 qadın), 83 nəfəri işsizdir (29 kişi və 54 qadın).
La-Bati-Növ (kanton)
La-Bati-Növ (fr. La Bâtie-Neuve) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0505. La-Bati-Növ kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası La-Bati-Növ kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 4 265 nəfər təşkil edirdi.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Biogöstərici növ
Bioindikator — ətraf mühitin üzvi maddələrlə çirklənmə səviyyəsinin göstəricisi olan saprob orqanizmlər – heyvan və ya bitki növləri.. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. Ekologiyanın əsasları (Ali məktəblər üçün dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478–528. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı: 2005, 260 s.
Bioloji növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Dramatik növ
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Epik növ
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.
Tipik növ
Tipik növ (bioloji təsnifləndirmə) — cinsin nomenklatur tipi olan növ. Təsnifləndirmə zamanı bütün mübahisəli məsələlər zamanı tipik növ cinsin xüsusiyyətlərinin daçıyıcısı olaraq yeganə obyekt olaraq götürülür. == Xarici keçidlər == Zooloji nomenklaturanın beynəlxalq kodeksi (4th Edition, 2000) Botaniki nomenklaturanın beynəlxalq kodeksi («St.
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Qayalıq kərtənkələsi (növ)
Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır. Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir.
Yaşıl kərtənkələ (növ)
Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Xariçi görünüş == 15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur. == Həyat tərzi == Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir.
Şimal sərçəsi (növ)
Birinci növ faza keçidləri
Birinci növ faza keçidləri elə keçidlərə deyilir ki, keçid nöqtəsində sistemin Gibbs termodinamik potensialı (və kimyəvi potensialı) kəsilməz, lakin bu potensialın temperatura və təzyiqə görə birinci tərtib törəmələri ilə təyin olunan fiziki kəmiyyətlər (entropiya və həcm) sıçrayışla dəyişsin. Aqreqat halının dəyişməsi birinci növ faza keçidlərinə aiddir, lakin eyni aqreqat halı daxilində baş verən birinci növ faza keçidləri də var. == Birinci növ faza keçidlərinə misallar == -ərimə (və onun əksi olan bərkimə); -buxarlanma (və əks proses-kondensasiya) ; -sublimasiya (qazın maye hala çevrilmədən birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); -bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi və s. Birinci növ faza keçidlərinin xarakterik əlamətləri bunlardır: - keçid zamanı istilik udulur və ya buraxılır (buna gizlin enerji deyilir: Q = T ( S 2 − S 1 ) {\displaystyle Q=T(S_{2}-S_{1})} , S {\displaystyle S} -entropiyadır), - maddənin sıxlığı (və onun tərsi olan məxsusi həcmi-bir zərrəciyə düşən həcm) və məxsusi entropiya (bir zərrəciyə düşən entropiya) sıçrayışla dəyişir, - termodinamik əmsallar – sistemin istilik tutumu C P = ( ∂ Q ∂ T ) P {\displaystyle C_{P}=\left({\frac {\partial Q}{\partial T}}\right)_{P}} , sabit təzyiqdə istidən genişlənmə əmsalı α P = 1 V ( ∂ V ∂ T ) P {\displaystyle \alpha _{P}={\frac {1}{V}}\left({\frac {\partial V}{\partial T}}\right)_{P}} və izotermik sıxılma əmsalı γ T = − 1 V ( ∂ V ∂ P ) T {\displaystyle \gamma _{T}=-{\frac {1}{V}}\left({\frac {\partial V}{\partial P}}\right)_{T}} keçid nöqtəsində sonsuzluğa bərabər olur. == Fazaların tarazlıq əyrisi == Müəyyən şəraitdə maddə eyni zamanda iki və daha artıq fazada ola (yanaşı yaşaya) bilər. Məsələn, normal atmosfer təzyiqində, t = 0 o C {\displaystyle t=0^{o}C} ( T = 273 K {\displaystyle T=273K} ) temperaturda buz və su; maye və onun üzərindəki buxar. Molekullar bir fazadan digərinə keçdiyinə görə bu fazaların hər biri açıq sistemdir. (Zərrəciklərin sayı dəyişən sistemlərə termodinamikada açıq sistemlər deyilir.) Müəyyən şərtlər ödəndikdə bu açıq sistemlər tarazlığa gəlir. Birkomponentli (eyni molekullardan ibarət) sistemin hansı termodinamik fazada olması təkcə maddənin növündən və temperaturdan yox, həm də təzyiqdən asılıdır. Temperaturun hər bir qiymətinə uyğun elə bir təzyiq vardır ki, bu təzyiqdə maddə eyni zamanda iki fazada yanaşı yaşaya bilər.
Kondensatorların növləri
Kondensatorların növləri — Kondensatorlar bir çox formada, növdə, uzunluqda olur və bir çox materialdan hazırlanır. Hamısında bir dielektrik qat və bir - birindən ayrılan ən azı iki elektrik keçirici təbəqə var. Kondensatorlar bir çox ümumi elektrik cihazlarında geniş istifadə olunur. Kondensatorlar rezistorlar və induktivliklər birlikdə elektronik avadanlıqlarda istifadə olunan " passiv komponentlər " qrupuna aiddir. Ən çox yayılmış kondensatorlar inteqrasiya edilmiş kondensatorlardır. == İstifadə sahələri == Kiçik kondensatorlar : elektrik süzgəcləri, tənzimlənən sxemlərin komponentləri və ya düzləndirilmiş cərəyanın hamarlanması, enerji təchizatı sistemlərinin hissələri kimi gücləndiricilərin mərhələləri arasındakı siqnalları birləşdirmək üçün elektronik cihazlarda istifadə olunur. Daha böyük kondensatorlar: bəzi növ elektrik mühərriklərinin hissələri kimi enerjinin saxlanması və ya dəyişən cərəyan güc paylama sistemlərində güc amilinin düzəldilməsi üçün istifadə olunur. Standart kondensatorlar sabit bir tutum dəyəri var, ancaq tənzimlənən kondensatorlarüm tez-tez tənzimlənən dövrələrdə istifadə olunur. Tələb olunan tutumdan, iş gərginliyindən, cari işləmə qabiliyyətindən və digər xüsusiyyətlərdən asılı olaraq müxtəlif növlər istifadə olunur. == Sabit Kondensatorlar == Sabit kondensatorlar tutumunun qiyməti dəyişməyən kondensatorlardır.
Korroziyanın növləri
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Malaleuca cinsinə aid növlərin siyahısı
Maye kristalların növləri
Milli idman növü
Milli idman növü və ya milli əyləncə — hər hansı xalqın və ya ölkənin mədədniyyətinə xas olan idman növü. Bəzi idman növləri de fakto, bəzi idman növləri isə de yure milli idman növü hesab olunur. Məsələn, kriket de fakto ABŞ və İngiltərədə milli idman növü, lakros və buzüstü hokkey isə de yure Kanadanın milli idman növü hesab olunur. Milli idman növlərinin hər hansı ölkədə lazımı səviyyədə oynanılmaya bilər, sadəcə həmin ölkənin mədəniyyətində əhəmiyyətli rol oynaması kifayətdir.
Mirzə Ələsgər Növrəs
Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi. == Həyatı == Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı. Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib.
Nağda bədii tikmə növü
Nağda bədii tikmə növü — 20 əsrin əvvələrinədək Naxçıvan və Ordubad şəhərlərində geniş yayılmışdı. == İstifadəsi == İstər motivləri, istərsə də kompozisiya quruluşu cəhətdən sadə olub, qadın geyimləri, balış üzü, habelə müxtəlif xırda məişət əşyası üzərində bəzədilirdi. Narıncı şal parça üzərində (85x50 sm) ornamental kompozisiyaya malik balış üzü dörd tərəfdən stilizə olunmuş güllərlə haşiyələnir. Ara sahədə - mərkəzdə mürəkkəb bitki motivlərindən ibarət dairə, bucaqlarda isə uzunsov formada gül təsvirli balışüzünü gö¬zəlləşdirir. Tikmə məmulatının üzərini boşluqdan qurtarmaq və motivi zənginləşdirmək məqsədilə balış üzünün künclərindəki iri yarpaqşəkilli ləçəklərin içərisi güllərlə doldurulur. Dekorativ məmulat üçün stilizə olunmuş nəbati ornamentlərin bacarıqla tətbiqi səciyyəvidir. “Nağda”tikmə üsuluna bəzən pilək, muncuq da tətbiq olunurdu. Sənətkarlıqla işlənmiş bu tikmə növünün ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Nurlan Növrəsli
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016). == Həyatı == Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur. Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir.
Növkiyan
Növkiyan (az.-əski. نؤوکیان‎, fars. نوکیان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Növkən (Sərdəşt)
Növkən (fars. نوكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər. yaşayır (13 ailə).
Növlərin mənşəyi
Növlərin mənşəyi (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər. == Tarixi == 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı.
Növləşmə
Növləşmə (ing. Speciation) — Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. == Növləşmə mexanizmləri == === Allopatrik növləşmə === Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. == Həyatı == Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur.
Növrəstə Haşımova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. == Həyatı == Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Növrəstə Həşimova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. == Həyatı == Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Növrəstə Quliyeva
Növrəstə Bağır qızı Quliyeva (1906—3 fevral 1982) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Növrəstə Yusifova
Növrəstə Yusifova — Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın. Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olubdur. Bakı Maliyyə Kredit Texnikumunu bitiribdir. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olubdur. 1992–1994-cü illərdə Qarabağ müharibəsində snayper olubdur. 1998-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir. Hazırda cəmiyyətin 2892 üzvü var. == Mənbə == [1] O, Azərbaycan milli ordusunun ilk snayperçi xanımlarındandır.
Növün kriteriləri
Növün kriteriləri dedikdə , onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir. Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir. Növlərin aşağıdakı kriteriləri var. == Morfoloji == Ən sadə kriteridir. Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar. Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir. == Genetik == Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar. Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur. == Ekoloji == Ekoloji kriteri vasitəsilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar.

Digər lüğətlərdə