NANKOR

NANKOR (yaxşılıq bilməyən, duz-çörək itirən adam) Bacın, qardaşındır, saxlayacaqsan; Canın da çıxacaq, nankor uşaqsan (M.Rahim); ÇÖRƏKİTİRƏN Çörəkitirən çörək tapmaz (Ata. sözü); NAŞÜKÜR Allaha bizmişik naşükür bəndə; Bir söz desəm dəxi qoymazlar kəndə (M.P.Vaqif); NƏMƏKBƏHARAM [Hacı Nəsir:] Ay nəməkbəharam, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim (S.S.Axundov); NANƏCİB.

NANƏCİB
NANKORLUQ
OBASTAN VİKİ
Nankor (mahnı)

Digər lüğətlərdə