Neft yağları, mineral yağlar

neftdən alınan və əsasən sürtkü yağı kimi işlədilən iri molekulu karbohidrogenlərin qarışığı N.y- ından hidravlik maye, yağlayıcı-soyuducu maye, elektriki izolyasiyaedici mühit, yumşaldıcı madə kimi və s. məqsədlə istifadə edilir. N.y.-nın iki əsas təsnifat sistemi var: istehsal üsuluna görə və işlədildiyi sahələrə görə.
Neft şirkəti
Neft yataqlarının işlənməsi
OBASTAN VİKİ
Mineral motor yağları
Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300–6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən, alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur. == Təsnifatı == Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir. Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür. == Tətbiqi == Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur. == Aşqarlar == Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır. Mineral yağların markaları. Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur.
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə kompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. == Sintetik yağların tarixi == Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu(iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
İşlənmiş yağlar
İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel, aviasiya, həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır. == Tərkibi == Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır. Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir. == Emal prosesləri == Emal prosesləri üç əsas istiqamətdə aparılır: baza komponentlərinin alınması; işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası; işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini. == Toksikliyi == Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir.
Doymamış yağlar
Doymamış yağlar — yağ turşularının triqliseridləri olub, onların molekullarına doymamış yağ turşularının qalıqları - molekullarında karbon atomları arasında ən azı bir cüt kovalent əlaqə olan turşular daxildir. Bu, onların molekullarında karbon atomları arasındakı bütün kovalent əlaqələrin tək olduğu doymuş yağ turşularından fərqidir. Yağ turşularında kovalent əlaqələrin sayı müxtəlif yağlar arasında fərqlidir. Molekulda yalnız bir kovalent əlaqə varsa, belə bir yağ turşusu mono doymamış adlanır. Birdən çox kovalent əlaqə varsa, o, çoxlu doymamışdır. Doymamış yağlar doymuş yağlardan daha aşağı ərimə nöqtələrinə malikdir, buna görə də normal şəraitdə onlar bərk deyil, maye yağlar olurlar. Təbii bitki mənşəli yağlar əsasən doymamış yağlardan, heyvani mənşəli yağlar isə əsasən doymuş yağlardan ibarətdir. Əsasən doymamış yağlardan ibarət yağlara misal olaraq zeytun yağı, günəbaxan yağı, kətan yağı və bir çox başqa bitki yağları daxildir.
Doymuş yağlar
Doymuş yağlar — yalnız doymuş yağ turşularını ehtiva edən triqliseridlər (yağlar) qrupu. Belə turşuların (bəzən alkan turşuları da adlanır) ikiqat və ya üçqat rabitələri yoxdur; onların tərkibindəki karbon atomları yalnız tək rabitəyə malikdir, beləliklə, karbon zənciri hidrogen atomları ilə tamamilə "doymuşdur". Təbiətdə 3 (propion turşusu) ilə 36 karbon atomu olan çoxlu doymuş yağ turşuları var.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Mineral
Minerallar — Yer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisimdir. Müəyyən edilmişdir ki, Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral dedikdə fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmə nəzərdə tutulur. == Ümumi məlumat == Yer qabığında 3000-ə qədər mineral vardır. Bunların 50-dən çoxu süxur əmələ gətirən minerallara aid edilir. Süxurlar — bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Yer qatını əmələ gətirən müxtəlif bərklikdə və qalınlıqda kütlələrə dağ süxurları deyilir. Minerallar və süxurlar müxtəlif əlamətlərinə — bərkliyinə, xüsusi çəkisinə, kimyəvi tərkibinə, rənginə, ərimə temperaturuna, əmələ gəlməsinə və başqa göstəricilərinə görə bir-birindən fərqlənirlər. == Mineral ehtiyatları == Fiziki xassələrinə görə onlar bərk, maye və qaz halında olurlar. İstifadələrindən asılı olaraq yanar faydalı qazıntılar və ya minerallar, yanacaq (daş kömür,neft,qaz,yanar cisimlər,qeyri-faydalı qazıntılara qranit,mərmər,qiymətli daşlar və s., metal filizlərinə dəmir, mis, alüminium və başqaları ayrılırlar.
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Motor yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Polisiloksan yağları
Polisiloksanlar — növbə ilə düzülmüş silisium və oksigen atomlarından yaranan zəncirə və silioksan qrupuna malikdir. == Polisiloksanların alınması == Polisiloksanların alınması — polisiloksanların xassələrinin öyrənilməsi və texnikada tətbiqi sahəsində xarici və keçmiş sovet alimlərinin xidməti olub. Silisium atomlarına yan zəncir şəklində müxtəlif quruluşlu karbohidrogenlər və üzvi radikallar birləşir. Molekul zəncirinin uzunluğundan və yan zəncirin quruluşundan asılı olaraq polisiloksanlar müxtəlif fiziki və kimyəvi xassələrə malikdir. Dimetildixlorsilanın sintezi üçün dördxlorlu silisiumun, kristallik silisiumun, ya da ferrosilisiumun yüksək temperaturda xlorlaşdırılmasından, metil maqnezium-xlorid isə (CH3MgCI) xlormetanın CH3CI katalizatorunun iştirakı ilə maqneziumun təsiri ilə yaranır. 1945-ci ildə alkilxlorsilanların alınması üçün daha sadə üsul işlənib hazırlanmışdır. Bu üsul mis katalizatorunun iştirakı ilə xlorlaşmış karbohidrogen buxarlarının sərbəst silisium reaksiyasına əsaslanır: Aralıq məhsul kimi digər alkilxlorsilanlar da alınır. Bu reaksiyanın açılması alkilxlorsilanların texnikada geniş tətbiqinə güclü təkan verdi. Fiziki — kimyəvi xassələri – polisiloksanlar rəngsiz, şəffaf, yağa bənzər müxtəlif özlülüklü mayelərdir; karbohidrogenlərdə və onların hallogenli birləşmələrində yaxşı həll olur, suda, spirtlərdə və digər polyar həlledicilərdə isə həll olmur. Polisiloksanların xassələri əsas etibarilə atomların siloksan qruplaşması xassələrindən alınır.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. == Yaranma tarixi == Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Transmissiya yağları
Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur. Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır. Transmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir. == Transmissiyanın tərkibi == Transmissiyanın tərkibinə aşağıdakılar daxildir: Mufta Kardan valı Differensial oynaqlı birləşmə Ötürücü qutu == Transmissiya yağları == Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur. Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır. Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san. Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san). neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı).
Əmtəə yağları
Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir. == Tətbiq sahəsi == Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür: === Sürtkü yağları: === Motor yağları Transmissiya yağları İndustrial yağlar Aviasiya yağları Energetik yağlar === Qeyri sürtkü yağları: === Texnoloji yağlar Tibbi yağlar Parfumeriya yağları Elektroizolyasiya yağları Plastifikatorlar Əmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir. == Əmtəə sürtkü yağları == Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn, Motor yağları "M" hərfi ilə; İndustrial yağlar – "İ" hərfi ilə; Transmissiya yağları – "T" hərfi ilə və s. == Mənbə == В. М. Капустин. Б. П. Тонконогов, И. Г. Фукс. "Технология переработки нефти".
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Xüsusi təyinatlı yağlar
Xüsusi təyinatlı yağlar qrupuna — tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir == Vakuum yağları == Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur. == Konservasiya yağları == Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s. === Tətbiq sahəsi === Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.) == Tekstil avadalığı üçün yağlar == ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır. === Tətbiq sahəsi === Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral aqreqatlar
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl. == Ümumi məlumat == Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
Mineral gübrələr
Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır. Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Makroelementlərin içərisində 3 element - azot, fosfor, kalium bitkilərə daha çox miqdarda lazımdır. Bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. Gübrələrin orta norması: 30-100 N, 30-60 P2O5 və 45-902 K2O. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır.
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.