PEHLİVAN
PEKALA
OBASTAN VİKİ
Qreqori Pek
Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962). Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis). Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır. Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi.
Rori Pek
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator. O, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur. 1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir. Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir. R.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.
Eduard Pekarski
Eduard Karloviç Pekarski (13 (25) oktyabr 1858 – 29 iyun 1934, Leninqrad) – Polyak əsilli rus etnoqrafı, dilçisi, folklorşünası. == Həyatı == 1858-ci ildə anadan olmuşdur. Orta təhsilini Minsk və Çerniqov şəhərlərində almışdır. Lakin o dövrdəki siyasi maneələr ucbatından təhsilini davam etdirə bilməmişdir. 1877-ci ildə Xarkov Baytarlıq Məktəbinə daxil olsa da, 1879-cu ildə tələbə üsyanlarında iştirak etdiyi üçün beş il müddətinə Arxanqelsk vilayətinə sürgün edilmişdir. Daha sonra sürgündən qaçaraq saxta addan istifadə edib Moskvaya getsə də, tezliklə yaxalanaraq yenidən sürgün edilmişdir. Moskvadakı hərbi məhkəmədə mühakimə olunan Pekarski gizli siyasi təşkilatlara qoşulmaq və qadağa qoyulmuş çap materiallarını özündə saxlamaqla günahlandırılaraq məhkum edilmişdir. Məhkəmədə günahkar hesab olunaraq 15 il həbs cəzasına məhkum olunsa da, gəncliyi nəzərə alaraq, Sibirin Yakutsk vilayətinə sürgün edilmişdir. Bütün haqları əlindən alınaraq Yakutiyaya gələn Pekarski dilini, dinini və adət-ənənələrini bilmədiyi bir xalqla yaşamaq məcburiyyətində idi. O dövrdə Yakutiyada rus dilini bilən çox az idi.
Elif Pektaş
Elif Pektaş (1946, İstanbul – 28 fevral 2003, İstanbul) ― Türk kino aktyorudur.
Euphorbia pekinensis
Euphorbia pekinensis (lat. Euphorbia pekinensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Nizami Gəncəvinin heykəli (Pekin)
Nizami Gəncəvinin heykəli (çin. 纪念碑尼扎米•甘伽维) — Çinin paytaxtı Pekin şəhərində, Çaoyan parkında görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin müəllifi məşhur Çin rəssamı Yuan Sikundur. Abidə Çin Xalq Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə Azərbaycan tərəfinin dəvətinə cavab olaraq Yuan Sikun tərəfindən yaradılmışdır. Abidənin təntənəli açılış mərasimi 2012-ci il dekabrın 6-da səhər saatlarında baş tutub. Tədbirdə Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov, ÇXR Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin müşaviri Su Fanqqiu, ÇXR Dövlət Şurasının Mədəniyyət Təşkilatları Komitəsinin baş katibi iştirak edib. Pekin Cintay İncəsənət Muzeyinin direktoru və heykəltəraşlıq müəllifi Yuan Sikun, Çin Mərkəzi Universitetinin professoru Hu Zhenhua və hər iki ölkənin müxtəlif ictimai sahələrinin nümayəndələri də həmçinin mərasimdə iştirak edirdilər. Abidənin açılış mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov çıxış edib. O, tədbir iştirakçılarına şair və mütəfəkkir Nizami Gəncəvinin uğurlarından danışıb. O, çıxış edərək qeyd edib ki, şairin büstünün tamamlanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi şərəfinə hədiyyədir.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Peker
Pekər, Peker — ad, soyad.
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pekin Beynəlxalq Hava Limanı
Pekin Beynəlxalq Hava Limanı (IATA: PEK, ICAO: ZBAA) — Pekinə xidmət edən Çinin əsas beynəlxalq hava limanı. Pekinin şəhər mərkəzinin 32 km şimal-şərqində, Çaoyanq rayonunun anklavı və şəhərətrafı Şunyi rayonu ətrafındakı bu anklavın ətrafında yerləşir. Hava limanı, dövlət nəzarətində olan bir şirkət olan Pekin Beynəlxalq Hava Limanı tərəfindən idarə olunur.
Pekin Lu Sin Muzeyi
Lu Sin Muzeyi (çin. ənən. 北京鲁迅博物馆) — Çinin Pekin şəhərinin Fuçenq Qapısı Prospektində yerləşən muzeydir. Muzey yerləşdirdiyi binalar Lu Sinin keçmiş Pekin Yay iqamətgahı olmuşdur. Yazıçının ev muzeyi 1956-cı ildə yaradılmışdır. Muzey Lu Sinin həyat və nailiyyətlərinə həsr olunub və onun yazıları, fotoları, Lu ilə bağlı hər bir şey böyük miqdarda muzeydə öz əksini tapmışdır. Lu Sin ilə bağlı materiallara bundan əlavə, muzey rəssamlarının böyük bir kolleksiyası daxil edilmişdir.
Pekin Milli Stadionu
Pekin Milli Stadionu (çin. 北京國家體育場) — həmçinin "quş yuvası" kimi tanınan 2008 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün yaradılmış, üzgüçülük kompleksinin yanında yerləşən çoxfunksiyalı idman kompleksi. Bu stadionda idman yarışlarının olması ilə yanaşı, 2008-ci il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də keçirilib. Stadionun inşası Herzog & de Meuron bürosunun layihəsinə əsasən 2003-cü ilin dekabrında başlamışdır. Stadionun açılışı 2008-ci ilin martında oldu. Stadion 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə də ev sahibliyi edəcək. Stadionun inşaat dəyəri 3,5 milyard yuan səviyyəsində qiymətləndirilir ki, bu da təxminən 325 milyon avro təşkil edir. Stadion olimpiya oyunlarından başqa İtaliyanın 2009, 2011 və 2012-ci il futbol üzrə İtaliya Superkubokunun Oyunlarına ev sahibliyi etmişdir. 2022-ci ildə stadionda 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi planlaşdırılır. 2009-cu ildə stadionda avtomobil yarışının 2009 Çempionlar Yarışı karnavalı keçirildi.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. İnstitutun zəngin kitabxana fondu var.
Pekin Universiteti
Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır. Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb. 1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər.
Pekin hotellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Pekin operası
Pekin operası - XVIII əsrin sonu-XIX əsrin əvvəllərində təşəkkül tapmış Çin operası. Musiqi, vokal hissələr, pantomima, rəqslər və akrobatikanı özündə birləşdirən opera. Çinin paytaxt operası üçün Tszinsi adından da istifadə edilir.(京戲). 2010-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilib. XVIII əsrin sonunda Çin ənənəvi teatrının bütün məxsusi xüsusiyyətlərini qəlib cilasında qəbul edərək təşəkkül mərhələsinə qədəm qoyur və yalnız XIX yüzilin ortasında tam şəkildə işlənib formalaşır. Bir tarixçəyə əsasən 1790-cı ildə imperator Tsyənlun 80 illiyini qeyd edirmiş. Bu münasibətlə saraya Ənhoydan 4 huəydyao opera truppası - Sançin, Sısi, Çuntay, Heçun truppaları - təşrif buyurur. Deyilənə görə aktyorların oyunu-oxusu imperatora o qədər xoş təsir bağışlayır ki, o, bu truppaların sarayda qalıb öz sənətlərini inkişaf etdirməsi üçün əmr verir. Həmin dövrdən ta bugünə qədər Pekin operasının mərkəzi şəhərləri, təbii ki, Pekin və Şanxaydır; harada ki, cacüy, kün-süy və digər opera məktəbləri bir araya gəlib bu-gün bizim tanıdığımız keyfiyyətcə çox mükəmməl Pekin operasını yaradırlar. Çinlilər ona jinqju deyirlər.
Pekin otellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Pekin teleqülləsi
Mərkəzi Radio & Teleqüllə mərkəzi və ya Pekin teleqülləsi (çin. 中央广播电视塔) — Pekində yerləşən müşahidə və televiziya qülləsi. Şəhərin ən hündür strukturu, dünyanın dördüncü ən yüksək teleqülləsidir. 238 metr (781 ft) hündürlüyündə müşahidə göyərtəsi var. Telüqüllənin restoran və müşahidə göyərtəsindən şəhərin panoramik mənzərəsi açılır. Dünya Böyük Qüllələr Federasiyasının üzvüdür. Qüllə 1980-ci illərin sonunda Paulus Snoeren tərəfindən planı hazırlanmış və Çin Mərkəzi Televiziyası üçün yayım avadanlığı ilə təchizatı 1992-ci ildə başa çatdırılmışdır. Teleqüllə Pekinin Haidian rayonunda , Gongzhufen metro stansiyası və Yuyuantan Parkı yaxınlığında yerləşir . Qüllənin ən yuxarı hissəsinə 1484 addım məsafə var ki,hər il bu məsafəyə yarış keçirilir. İctimaiyyətə açıq olan 4 mərtəbəsi var.
Pekin ördəyi
Pekin ördəyi (lat. Anas platyrhynchos domestica), (Anseriformes) dəstəsindən bir quş növü.
Pekin şəhəri
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pekines
Pekines — Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Pekinez iti
Pekines — Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Pekinli cangüdən (film, 1994)
Pekinli cangüdən (Çincə:中南海保鏢, pinyin:Zhong Nan Hai bao biao, ingiliscə:The Bodyguard from Beijing) – 1994-cü ildə istehsal edilən baş rolda Cet Linin oynadığı döyüş filmidir. DVD buraxılışında filmin 70 saniyəlik hissəsində çoxlu qan yerləri kəsilmişdir. Film ABŞ-də Dimension Films kinokompaniyası tərəfindən satışa çıxarılmışdır. Müəllim Kristi Çanq vəhşi bir cinayətin tək şahidi olur. Cinayət şübhəlisi aradan qaldırmaq üçün xüsusi dəstə başçısı peşəkar qatillər tutur. Mişelin zəngin dostu Mişelin qorumasını düzənləmək üçün onu köhnədən Çinin ən güclü liderinin cangüdəni olan Allan Hui adlı cangüdənə tapşırır. Mişel soyuqqanlı və səssiz qorumanın özünü bir səssizcə izləməsindən narahat olur. Ancaq həyatını qurtarınca qorumasına bağlanır və aralarında romantik bir yaxınlıq başlayır... Pekinli cangüdən — Internet Movie Database saytında.
Pektin maddələri
Pektin maddələri - uron turşusunun törəmələri olmaqla, həyat üçün vacib hesab olunan bir çox biopolimerlərin tərkibinə daxildir. Pektin maddələri bitkilərdə və bəzi su yosunlarında, əsasən isə meyvə və tərəvəzin tərkibində vardır. Pektin maddələrinə protopektin, pektin, pektin turşuları aid edilir. Интернет-сайт Международной ассоциации производителей пектина (International Pectin Producers Association) (ing.) Дополнительная информация о свойствах, производстве и применении пектина. Производство и применение пектинов Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine — Интернет-страница о пектинах Лаборатории фундаментальных и прикладных исследований качества и технологий пищевых продуктов ФГБОУ ВПО «Московский государственный университет пищевых производств». | Радиационный мониторинг жителей и их продуктов питания в Чернобыльской зоне Беларуси | Чернобыльская катастрофа УДК 621.029.553.5 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Пектин на сайте «Калоризатор» E440 — Пектин на сайте «Про добавки» Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Pektolit
Pektolit — mineral, Ca2Na [Si3O8OH]. Pektolit - Ca və Mn2+ qarşılıqlı əvəz olunması nəticəsində pektolit manqanpektolit (şizolit) – serandit fasiləsiz izomorf seriyası əmələ gəlir. Habitus lövhəcikvari, iynəvari, prizmatik. İkiləşmə nadir. Ayrılması {100} və {001} üzrə mükəmməl. Aqreqatı: radial-şüalı, lifli. Rəngi rəngsiz, çəhrayı. Parıltısı şüşəli və ipəyi. Sərtliyi 4,5-5. Xüsusi çəkisi ~3.
Pektusan dağı
Pektusan dağı və ya Baytouşan dağı — Potensial olaraq Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün Mancuriya və Koreya yarımadasının ən yüksək nöqtəsidir. Koreya dilində Pektusan (kor. 백두산) "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan (çin. 长白山) və mancur dilində Qolmin Şanqiyan Alina (manc. {{{2}}}) "əbədi ağ dağ " mənasını bildirir. Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır.

Digər lüğətlərdə