online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.
peyğam 2021
peyğəmbəranə 2021
OBASTAN VİKİ
Adəm peyğəmbər
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
İsa peyğəmbər
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi peyğəmbər və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İshaq peyğəmbər
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. == Həyatı == İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İsmail peyğəmbər
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
İsmayıl peyğəmbər
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Şeys Peyğəmbər
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şüeyb peyğəmbər
Şüeyb (ərəb. شعيب‎) — Quranda adı çəkilən Mədyən əhlinə göndərilən peyğəmbər, Musa peyğəmbərin qayınatası. == Şüeybin adı və əsil-nəsəbi == Adı və nəsəbi barədə tarixyazarlar arasında ixtilaf olan peyğəmbərlərdən biri də həzrət Şüeybdir. İbni Əsir "Kamilut-tarix" kitabında nəql edir ki, bəziləri onun adını Yəsrun, bəziləri isə Şüeyb kimi qeyd ediblər. "Dehxoda" ensklopediyasında onun adı Yəsrin, farscası Büveyb, bəziləri Yəsrun, bəziləri isə Yəsrub olduğunu qeyd ediblər. Bir başqaları isə Yəsrub ibni Büveyb olduğunu yazırlar. Məlumdur ki, qeyd olunanlarda düzəliş və dəyişiklər aparılmışdır. Həqiqi adı bunlardan biri olmuşdur. Tövratda da onun adı Yəsrun gəlmişdir. Tarixçilərin böyük bir qrupu isə Allahın Qurani-Kərimdə gətirdiyi adı – Şüeybi (siryani dilində Yəsrun deyilir) yazmışlar.
Əyyub peyğəmbər
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – bilinmir) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Avdi (peyğəmbər)
Avdi, Avdiya və ya Ovadiya (ivr. ‏עֹבַדְיָה‏‎ — «tanrıya qulluq») — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü. Avdi kitabı bir fəsildən ibarətdir, əsasən Yeremiya kitabından bir parçanın təkrarı hesab edilir. == Həyatı == Avdiyanın nə vaxt və harada yaşadığı məlum deyil. Talmud onu iudaizmi qəbul etmiş idumeyalı adlandırır və onu e.ə. IX əsrin əvvəllərində İsrailin qəddar padşahı Ahavın tanrıdan qorxan idarəçisi ilə eyniləşdirir. Xristian ilahiyyatçısı Suriyalı Yefrem Ovadiyanın Sixemdən olduğunu və Osiya, İoil, Amos və Yeşua peyğəmbərlərin müasiri olduğunu (e.ə. IX–VIII əsrin sonu) yazırdı. Eyni zamanda, "Ovadiya" kitabının məzmunu göstərir ki, o, İudeya səltənətinin Babil tərəfindən ilk məğlubiyyəti dövrünə, yəni Yeremiya (e.ə. VII–VI əsrlərin sonu) ilə eyni vaxta təsadüf edir – bu, ona ünvanlanmış nitqdən aydın görünür.
Daniel (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Daniyal (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Dənyal (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Esu (peyğəmbər)
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Yuşə ibn Nun (Yuşa ibn Nun), İslam, Yəhudi və Xristian ənənələrində adı keçən məşhur bir peyğəmbərdir. O, Musa peyğəmbərin yaxın köməkçisi və yerinə keçən varisi olaraq tanınır. Tövrat, Quran və digər dini mənbələrdə onun Kənan diyarının fəthindəki rolu ilə bağlı məlumatlar mövcuddur.
Peyğəmbər (dəqiqləşdirmə)
Peyğəmbər
Mani (peyğəmbər)
Mani (fars. مانی‎; təq. 14 aprel 216, Ktesifon, Parfiya – 2 mart 274 və ya 26 fevral 277, Cündişapur[d], Sasanilər dövləti) — qnostik Manixeizm dininin banisi. Mani peyğəmbər 3-cü əsrdə yaşamış və Manixeizm dininin banisi kimi tanınan mühüm dini liderdir. Maninin təlimi və həyatı həm Şərq, həm də Qərb sivilizasiyalarında dərin izlər buraxmışdır. == Həyatı == Maninin həyatı Mani 216-cı ildə Babilin cənubunda anadan olmuşdur. Əsl adının Mani olmadığına dair müxtəlif fikirlər olsa da, bu adın ona sonradan verildiyi düşünülür. Maninin ailəsi yəhudi-xristian təriqəti olan Elkesaitlərə mənsub idi. Bu dini mühitdə böyüyən Mani ilk vəhyini 12 yaşında aldığını iddia edib. Onun sözlərinə görə, bu vəhy ona iki dəfə, ikinci dəfə 24 yaşında ikən gəlib.
Musa peyğəmbər
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş Yəhudi peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Məhəmməd peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Yunus peyğəmbər
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
İbrahim peyğəmbər
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Şeys peyğəmbər
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Peyğəmbər
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Davud peyğəmbər
Davud (David; e.ə. 1039, Beytləhm, Cənubi İsrail çarlığı[d] – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Harun peyğəmbər
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hizgil peyğəmbər
Hüzqəyl (Ərəbcə: حزقيال, Həzqiyal) və ya Ezekiel (İvritcə: יְחֶזְקֵאל, Yezekiel) — İslamda və Tövratın “Yehezekel kitabı”nda adı keçən peyğəmbərlərdən biridir. İslam ənənəsində o, Allahın elçilərindən biri və İsrail övladlarını doğru yola dəvət edən bir peyğəmbər kimi tanınır. Xristianlıqda və Yəhudilikdə isə onun adı daha çox Yezekiel peyğəmbər olaraq məşhurdur. Hüzqəyl peyğəmbər Tanrıya iman və sədaqət simvolu olaraq həm Yəhudilikdə, həm Xristianlıqda, həm də İslamda dərin hörmətlə yad edilir. Onun həyatı və peyğəmbərliyi, ümidsizlik içində olan insanlara ümid, tövbə və Tanrıya bağlılığın əhəmiyyətini öyrədir. Diriliş möcüzəsi isə həm mənəvi, həm də fiziki dirçəlişin mümkünlüyünü göstərən ilahi bir mesaj kimi qəbul edilir. == Tövratda == Tövratın “Yehezekel kitabı”nda Yezekiel: 1. Babil sürgünü dövründə peyğəmbər kimi tanınır. O, miladdan əvvəl 6-cı əsrdə, İsrail övladlarının Babilə sürgün edildiyi dövrdə fəaliyyət göstərmişdir. 2. Tanrının izzəti haqqında görüntülər almışdır: O, Tanrıdan müxtəlif vizyonlar (məsələn, Tanrının taxtı, “quru sümüklərin dirilməsi” möcüzəsi və s.) almışdır. 3. Tövbəyə çağırış: Yehezekel İsrail xalqını tövbə etməyə və Tanrının qanunlarına əməl etməyə çağırırdı.
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tövhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir. == Yeri == Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
İslam peyğəmbərləri
Quranda adı çəkilən peyğəmbərlər: Hz. Adəm (ə) Hz. İdris (ə) Hz. Nuh (ə) Hz. Hud (ə) Hz. Saleh (ə) Hz. Lut (ə) Hz. İbrahim (ə) Hz. İsmayıl (ə) Hz. İshaq (ə) Hz.
Neferti peyğəmbərliyi
Nefertinin peyğəmbərliyi (Noferrehu) — Sankt-Peterburq Dövlət Ermitaj Muzeyində saxlanılan qədim Misir ədəbiyyatının bir neçə sağ qalmış mətnlərindən biri. Mətn Orta padşahlıq dövrünə, e.ə. XIX–XVIII əsrlərə aiddir. Əsərin I Amenemhatın hakimiyyəti dövründə (XII sülalə) və ya onun ölümündən sonra yazıdlığı güman edilir.
Nuh Peyğəmbər türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. == Nuh tufanı == Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), Ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Peyğəmbər Hənnə (Əhdi-ətiq)
Şablon:Библейский персонаж Peyğəmbər Hənnə və ya Xanna (ivr. ‏חנה‏‎, Hanna) —Şamuil peyğəmbərin anası (Hakimlər 1; 2:1-21). O, Armaefma şəhərindən gəlmişdi, Levililər qəbiləsindən olan Elkana ilə evlənmişdi. O, qısır idi, ona görə də həyat yoldaşı daha başqa bir qadın ilə – Peninna ilə evləmişdi. Hənnə çox kədərlənmiş və tanrıya çox dua etmişdir. Bir dəfə Şiloda o, mişkanın önündə yıxılaraq dua etmiş və baş kahin Əli dodaqlarının tərpəndiyini görüb Hənnənin sərxoş olduğunun düşünmüş və onu məzəmmət etmişdir, lakin Hənnə ona kədərini söyləmiş və İli demişdir: «Sülh içində get, İsrailin tanrısı sənin istəyini yerinə yetirəcək». Bundan sonra o, hamilə qalmış və Şamuili dünyaya gətirmişdir. Oğlan böyüyəndə onu Şiloya, Əlinin yanına aparmış və tanrıya həsr etmişdilər. Şamuil tanrıya xidmət etmək üçün mişkanda qalmışdır. Sonradan Hənnənin daha üç oğlu və iki qızı olmuşdur.

Digər lüğətlərdə