Qanq-Brahmaputra
Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır.
Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür.
Təxminən 4,696 km (2,918 mil) uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada).