online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

QOCA

I
сущ. старик, старец
II
прил.
1. старый (достигший старости)
2. престарелый. Qoca alim престарелый учёный
3. старческий. Qoca psixozu старческий психоз, qoca gücsüzlüyü старческая немощь, qoca xəstəliyi старческая болезнь
4. стариковский; qoca vaxtında (yaşında) на старости лет
QOBUSTAN
QOCAFƏNDİ
OBASTAN VİKİ
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Aşıq Qoca
Aşıq Qoca (1900, Yuxarı Bozalqanlı, Tovuz rayonu – 1942) — aşıq, İkinci dünya müharibəsi iştirakçısı. == Həyatı == 1900-cü ildə Tovuz rayonunun Yuxarı Bozalqanlı kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıqlıq sənətiylə məşğul olmağa başlamışdır. Uzun müddət Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuşdur. Aşıqlıq sənətindəki ustalığına görə də əsasən ona borcludur. Saz və söz məclislərində çalıb-çağırmasıyla çoxlarını arxada qoyurmuş. Şeirlərindən çox az bir qismi günümüzə gəlib çatan Qoca 1942-ci ildə cəbhədə həlak olmuşdur. == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri II, Bakı 1984, 314-320. Hümmət Əlizadə, Azərbaycan Aşıqları II, Bakı 1930, 149.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.
Qoca Davud paşa
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi. II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi. 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca — Yaşayış məntəqələri Qoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Elşad Qoca
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) == Həyatı == Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Qoca (Tikantəpə)
Qoca (fars. قوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 646 nəfər yaşayır (128 ailə).
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qoca Səmədov
Qoca Çərkəz oğlu Səmədov (13 oktyabr 1959, Yevlax – 5 dekabr 2023) — Yevlax Şəhər İcra Hakimiyyətinin 2011–2019 illər arasında başçısı. == Həyatı == Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966–1976-cı illərdə M. Ə. Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976–1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. 1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982–1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985–1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996–2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir. 2004–2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005–2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006–2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir.
Qoca Yasamalski
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri == Həyatı == Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub. Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb.
Qoca xalçaları
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Qoca xalçası
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Vasili Qoca
Vasili Qoca (rum. Vasile Ioan Godja, d. 1955, Buxarest, Rumıniya) — Rumıniyalı futbol məşqçisidir. Onun şöhrəti, 1991-ci ildən 1994-cü ilə qədər Təbrizin Traktor Sazi klubunda uğurlu məşqçiliyi ilə qayıdır. Vasili Qoca hələ də Təbriz və Güney Azərbaycan xalqı arasında adlım və popular adamlar arasındadır.
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır. Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.
IV Qoca Hakon
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq). Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır.
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). == Bioqrafiya == Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Qoca Davud Paşa
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi. II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi. 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi.
Qoca Musa Paşa
Qoca Musa Paşa (ö. 22 yanvar 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra Sultan Muradın silahdarlığına gətirildi. Ardından 1630-cu ildə vəzir rütbəsiylə Misir bəylərbəyi olsa da, bir il sonra paytaxta çağırıldı və divan vəziri oldu. 1636-1637 və 1639-1644-cü illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. Ardından 1644-cü ilin martında Silistrə sancaqbəyi oldu. 1645-ci ildə kaptan-ı dərya olsa da, elə həmin il Əyriboz yaxınlığındakı dəniz döyüşündə şəhid düşdü. Cənazəsi Üsküdara gətirilərək dəfn edildi. == Mənbə == Sicill-i Osmani IV, səh.
Qoca Mustafa Paşa
Qoca Mustafa Paşa (v. 1512, Bursa) — II Bəyazid və I Səlim dönəmində 6 yanvar 1512 - 23 noyabr 1512 tarixlərində ümumilikdə 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı haqqında məlumat yoxdur. II Mehmed dönəmində Şahzadə Bəyazidin xidmətinə alınmış, Şahzadə Bəyazid taxta çıxdıqdan sonra isə xəzinədarlığa gətirilmişdir. 1487-ci ildə qapıçılar kəndxudası, iki il sonra isə qapıçıbaşı təyin olunmuşdur. Bu vəzifədə ikən Fransadan Romaya göndərilən Cem Sultan üçün ödəniləcək məbləği Papa VIII İnnokentə çatdırmaq üçün vəzifələndirilmişdir. Rodos cəngavərlərinin də köməkliyi ilə 30 noyabr 1490 tarixində İtaliyaya çatan Mustafa ağa II Bəyazidin Papaya və Cem Sultana yazdığı məktubları çatdırdıqdan sonra geri döndü. 1492-ci ildə Ohri sancaqbəyi seçilən Mustafa bəy bu vəzifəsində ikən Sultan Bəyazidin qızlarından Qəmərşah Sultanla nigahlandı. Cem Sultan məsələsi ilə maraqlandı. Hətta kiçik bir donanma ilə İtaliya sahillərinə hücum etdiyi və 80 nəfər əsirlə geri döndüyü bilinir.
Qoca Sənan Paşa
Qoca Sənan Paşa (d. 1520 - ö. 3 aprel 1596) - Sultan III Murad və III Mehmed dönəmlərində 5 dəfə - ümumilikdə 8 il 5 ay müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Dörd padşahın dövründə müxtəlif vəzifələrdə xidmət göstərən Sənan Paşa, I Süleyman dönəmində çaşnigarbaşı, Malatya sancaqbəyi, ardından isə Ərzurum və Hələb bəylərbəyi təyin edildi. II Səlim dönəmində isə Misir bəylərbəyi, qübbəaltı vəziri, Yəmən və Tunis Fatehi, III Murad dönəmində isə İran səfəri sərdarı və 1580-ci ildə sədrəzəm təyin olundu. İsrafçılığın, rüşvətin və yolsuzluğun son həddə çatdığı bir dönəmdə uzun müddət sədarətdə qalan Sənan Paşa Osmanlı tarixinin ən qüdrətli sədrəzəmlərindən biridir. Ancaq buna baxmayaraq bəzi tarixçilərə görə, Sənan Paşanın xidmətləri qədər dövlətə ziyan bir çox qərarları da olmuşdur. Belə ki, 1593 tarixində başlayan və 13 il davam edən Avstriya müharibəsini sırf "Vyana Fatehi" təxəllüsünü almaq məqsədilə başlatdığı qəbul edilir. Rəqibləri Lələ Mustafa Paşa və Fərhad Paşa ilə apardığı siyasi mübarizə o dönəmə damğasını vurmuş, xüsusilə də Fərhad Paşa ilə aralarında gedən mübarizə səbəbilə Osmanlı ordusunda yeniçəri və sipahi qüvvələri arasında parçalanmalar baş verdi. Vəfatının ardından şəxsi xəzinəsində 600 min qızıl sikkə, milyonlarca gümüş sikkə, sandıqlarla dolu zinət əşyaları, 600 samur kürk aşkara çıxdı.
Qoca Yusif Paşa
Qoca Yusif Paşa (1730, Gürcüstan – 1800, Ciddə, Məkkə bölgəsi[d]) — I Əbdülhəmid və III Səlimin səltənətində 2 dəfə - ümumlikdə 4 il 6 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Böyük oğlu Mir Mahmud Əfəndidən olan nəvəsi Əhməd Muxtar Bəyəfəndi isə Sultan Əbdüləziz və II Əbdülhəmid dönəmlərində şeyxülislam olmuşdur. == Həyatı == Təxminən 1730-cu ildə dünyaya gəlmişdir. 1748-ci ildə liman rəisi kaptan Həsən ağa tərəfindən satın alınaraq yetişdirilmiş gürcü əsilli bir kölədir. Uzun illər xidmət etdikdən sonra azad edilsə də, ölümünədək ağasının yanında qalmışdır. Ardından qış aylarında fərqli işlərdə çalışaraq pul qazanmış, yay aylarında isə gəmi ticarətiylə məşğul olaraq sərvət toplamağa başlamışdır. Bu məqsədlə dəfələrlə Misirə səyahət etmişdir. Gələcəkdə hamisi olan və onun üçün dövlət xidmətinə yol açan gürcü əsilli Qazi Həsən bəylə də bu səyahətlərin birində tanış olmuşdur. Həsən bəyin paşa ünvanı alaraq kaptan-ı dərya olmasının ardından (noyabr 1770) Yusif ağa da onunla birlikdə yüksəlməyə başladı. Öncə paşanın xəzinədarı, daha sonra qapı kəndxudası kimi xidmət etməyə başladı.
Qoca Əsgər (1993)
== Məzmun == Film dünya görmüş ağsaqqal Hacı Kərbəlayi Əbdül haqqındadır. == Film haqqında == Film "Maştağa" Xeyriyyə Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: Eldəniz Quliyev, Zakir Quliyev Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov == Sponsor == "Maştağa" Xeyriyyə Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Alı Qocayev
Qocayev Alı İbrahim oğlu (27 iyul 1947, Çaylı, Qazax rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012–2023) == Həyatı == Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.
Anar Aslan Oğlu Qocayev
Anar Qocayev
Asif Qocayev
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Azad bəy Qocamanbəyov
Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov (1860, Şamaxı – 1920, Şamaxı) — Şamaxı qəzasının rəisi, polkovnik == Həyatı == Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan olmuşdur. Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun sürüləri, Şamaxıda mağazaları və böyük imarəti və Pirsaat çayının sahilində geniş əkin sahələri olmuşdur. Hərbi məktəbi qurtarandan sonra Azad bəy Peterburq və Moskva şəhərlərində qulluq edir. O, 1905–1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliklərinə görə bir neçə orden və meddallarla təltif olunmuşdur. Müharibənin sonuna yaxın sağ ayağından yaralanmışdır. Bir müddət Moskvada xəstəxanada müalicə olunmuşdur. Sonra polkovnik rütbəsində Şamaxıya qayıdan Azad bəy bir müddət burada əvvəl məhkəmədə işləyir, sonra isə çinovnik köməkçisi, qarnizon komissarı olaraq çalışır. Azad bəy bir müddət Şamaxı qəza rəisi işləmişdir.
Azər Qocayev
Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. 2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
Ağa Qocayev
Ağa Qocayev (əsgər)
Bığlı Qoca Dərviş Mehmed Paşa
Qoca Dərviş Mehmed Paşa (ö. 13 yanvar 1655) — IV Mehmed dövründə 1 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Mənbələrdə onun haqqında ilk məlumat çərkəz əsill olduğu və sədrəzəm Dabanıyasdı Mehmed Paşanın kəndxudası olaraq İrəvan səfərinə qatıldığıdır. Daha sonra Dəməşq bəylərbəyi və Mosul fədaisi Kiçik Əhməd Paşanın şəhid düşməsi ilə Mosul fədailiyinə, ardından 1637-ci ildə Dəməşq bəylərbəyi seçildi. 1638 tarixli Bağdad səfəri əsnasında Dəməşqdən Diyarbəkir bəylərbəyliyinə gətirildi. Bağdadın fəthindən sonra buranın ikinci bəylərbəyi olaraq 5 may 1639 tarixində vəzifəyə gətirildi. Bu vəzifədə ikən bəzi maliyyə tədbirləri ilə şəxsi xəzinəsini böyütdü. Bağdad bəylərbəyliyindən ayrıldıqdan sonra 1642-ci ildə ikinci dəfə Diyarbəkirə təyin olundu. Ardından müəyyən fasilələrlə iki dəfə Anadolu, iki dəfə Silistrə və qısa müddətliyinə Bosniya bəylərbəyi kimi xidmət göstərmiş, xüsusilə venesiyalıların zəbt etdiyi Çanaqqala boğazının azad edilməsində önəmli rol oynadı (1649).
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
İsgəndər Qocayev
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. == Yaranması == Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. == Yaranması == Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Əhalinin qocalması
Əhalinin qocalması — əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması. Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında 60 və daha yuxarı yaşlı şəxslərin payı 8%-ə qədər olduqda – demoqrafik cavanlıq, 8–10% – qocalmanın başlanğıcı, 12% və daha çox – demoqrafik qocalmadır. Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər. Demək, təkrarlanma xarakterinin uzunmüddətli dəyişməsi əhalinin qocalmasının səbəbidir. 19 əsrin 60–70-ci illərindən başlayaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində doğum sayının uzunmüddətli azalması üzündən əhali çox qocalmışdır: bu ölkələrdə 60 və daha yuxarı yaşlı şəxslərin payı təqr. 16% təşkil edir. Yaşlı insanların payı 5–6% olan ölkələrdə əhali nisbətən cavandır. Əhalinin qocalmasına ayrı-ayrı yaş qruplarına müxtəlif dərəcədə təsir edən miqrasiya da səbəb ola bilər. Məsələn, gənclərin kənddən şəhərə miqrasiyası kənd əhalisinin qocalması ilə nəticələnir. Əhalinin qocalmasının sosial-iqtisadi baxımdan yekunları, əsasən, əmək qabiliyyəti olan hər nəfərə düşən pensiya yaşlı şəxslərin sayının artması ilə əlaqədardır.
Əliyusif Qocamanov
Burada qocalara yer yoxdur
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Qocabaşılar
Qocabaşılar (yun. κοτζαμπάσηδες; serb-xorv. kodžobaša, kodžabaša; türk. kocabaṣı) — Osmanlı Balkanlarının bəzi hissələrində, daha çox Osmanlı Yunanıstanında və xüsusilə Peloponnesdə yerli xristian görkəmli şəxslər. Bəzi yerlərdə (məsələn, adalarda) seçildilər, lakin, xüsusən Peloponnesdə, tezliklə Osmanlı administrasiyasında əhəmiyyətli təsir göstərən və vəzifələr tutan irsi oliqarxiyaya çevrildilər. Ortodoks kəndlərində qocaabaşıların ekvivalenti müsəlman kəndlərində muxtar idi, qarışıq kəndlərdə isə hər ikisi var idi.
Qocapınar (Cizrə)
Qocapınar — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Qocalar, qocalar… (film, 1982)
== Məzmun == Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır. Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar. == Film haqqında == Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir. Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.

Digər lüğətlərdə