Qol sözü ilə bağlıdır, “qolda olan (qola taxılan)” deməkdir. Müqayisə et: yançaq - çantadır, “yan tərəfdə olan” deməkdir. Ələ geydiyimiz şeyə “əlcək”, qola geydiyimiz şeyə “qolçaq” deyirik. Sözün kökü məlumdur: əl və qol. Bəs -çaq, -cək nədir? Bu –lıq4 şəkilçisinin sinonimidir. Salyanda qolçaq yox, əllik sözündən istifadə olunur. Güman edirəm ki, -çaq (-caq) şəkilçisi taxmaq feilinin kökünün müstəqil mənasını itirmiş, şəkilçiləşmiş formasıdır: qol+taq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)