rədd
rəfiqanə
OBASTAN VİKİ
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Elman Rəfiyev
Elman Məmmədrza oğlu Rəfiyev (19 yanvar 1971, Sumqayıt) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət pantomima teatrının aktyoru, əməkdar artist == Həyatı == Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.
Elçin Rəfiyev
Elçin Mirzəxan oğlu Rəfiyev (1986; Uzuntəpə, Cəlilabad rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == Elçin Rəfiyev 1986-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. == Hərbi xidməti == Elçin Rəfiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Elçin Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Rəfiyev
Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur. === Ailəsi === Ailəli idi, iki övladı qalıb. == Döyüşlərdə iştirakı == Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir.
Faiq Rəfiyev (dəqiqləşdirmə)
Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur. === Ailəsi === Ailəli idi, iki övladı qalıb. == Döyüşlərdə iştirakı == Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir.
Faiq Rəfiyev (idmançı)
Faiq Rəfiyev (milli qəhrəman)
Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur. === Ailəsi === Ailəli idi, iki övladı qalıb. == Döyüşlərdə iştirakı == Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir.
Fərid Rəfiyev
Fərid Rəfiyev (30 may 1981, Bakı) — Azərbaycan alimi, bariatrik-metabolik həkim, 1 ixtiranın və elmdə hazırda istifadə olunan 3 səmərələşdirici təklifin müəllifidir. 256 kiloqram ilə Azərbaycanın ən nəhəng adamı hesab edilən qadının üzərində uğurlu mədəkiçiltmə əməliyyatı ilə Azərbaycanda ilkə və rekorda imza atmışdır. == Həyatı == Rəfiyev Fərid Səxavət oğlu 30 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Almaniyanın Berlin şəhərində "Miniinvaziv cərrahiyyə" və "Laparoskopik cərrahiyyə" kurslarını keçmişdir. "Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası" mövzusundakı elmi işinə görə 2013-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2011-ci ildə Fransanın Klermont şəhərində "CİCE" kurslarını fərqlənmə ilə bitirərək proffessor Bruhat-ın diplomu ilə təltif edilib. 2014–2016-cı illərdə "İlin həkimi" fəxri mükafatna layiq görülüb. 2018-ci ildə The international Mini Gastric Bypass Surgeon of Excellence Bronze Certification mükafatı almışdır.
Hacı Həsən Rəfiyev
Hacı Həsən Rəfiyev (Gəncə – may 1920, Gəncə) — maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfiliin atası və Gəncə üsyanının (1920) iştirakçısı. == Həyatı == Hacı Həsən Rəfiyev Gəncə şəhərində doğulmuşdur. == Fəaliyyəti == Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi: X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər. Hacı Həsən Rəfiyev 1920-ci ildə AXC hərbçilərinin bolşevik işğalına qarşı başlatdığı Gəncə üsyanının iştirakçılarından biri olmuşdur. O, üsyanın gedişində düşmən tərəfindən qətlə yetirilmişdir.
Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, 1-ci gildiya taciri, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Şəhər Dumasının üzvü olub. Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atasıdır. == Həyatı == Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev 1846-cı ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncədə Şah Abbas məscidində yerləşən mədrəsədə alıb. Ərəb, fars və rus dillərini öyrənib. Sonradan ticarətçi və sənayeçi olan o, 1-ci gildiya taciri olub. Xalça toxuculuğu və satışı sahəsində tanınıb. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Rəssamlıq qabiliyyəti olduğu üçün çəkdiyi milli naxışlarla da xalçalar toxutdurub. 1900-cü ildə Parisdə keçirilən Beynəxalq Sərgisidə çəkdiyi naxışlar əsasında toxunmuş gəbələrə görə sərginin “Grand Prix” yüksək mükafatı və medalı ilə təltif olunub.
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d]) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905 və ya 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958 və ya 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Mirzə Rəfiyev
Mirzə Rəfiyev — Azərbaycan rejissoru. Mirzə Rəfiyev 29 dekabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Böyük Vətən Müharibəsi iştirakçısı olaraq "Almaniya üzərində qələbə" medalı ilə təltif edilmişdir. Cəfər Cabbarlı ad. "Azərbaycanfilm" kinostudiyasında quraşdırılma çəkilişlərinin rəssamı kimi çalışmışdır. "Bakının işıqları", "O olmasın, bu olsun", "Qara daşlar", "Ögey ana", "Şah Sənəm və Qərib" (Türkmənfilm), "Böyük dayaq", "İstintaq davam edir", "İnsan məskən salır" və s. bədii filmlərin quraşdırılma çəkilişləri rəssamı, "Çaqqal oğlu, çaqqal" cizgi filminin rejissoru və rəssamıdır. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) - quraşdırma səhnələrin rəssamı Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Bakının işıqları (film, 1950) Bayquş gələndə... (film, 1978) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Bir ailəlik bağ evi (film, 1978) Bizi bağışlayın (film, 1979) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Cin mikrorayonda (film, 1985) Çaqqal oğlu çaqqal (film, 1972) Dağlarda döyüş (film, 1967) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Dörd bazar günü (film, 1975) Əhməd haradadır? (film, 1963) Əmək və qızılgül (film, 1962) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) İnsan məskən salır (film, 1967) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) Kişi sözü (film, 1987) Qanlı zəmi (film, 1985) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qərib cinlər diyarında (film, 1977) Qızıl uçurum (film, 1980) Qızıl qaz (film, 1972) Qoca palıdın nağılı (film, 1984) Qocalar, qocalar...
Mirzə bəy Rəfibəyli
Rəfibəyli Mirzə bəy Mirzə Kərim bəy Rəfibəyov oğlu - görkəmli ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu, Mirzə bəy Rəfibəyli 1874-cü ildə Sankt-Peterburqda ali təhsil almışdı. Mirzə Kərim bəy isə rus ordusunun zabiti idi. Mirzə Kərim bəyin təşəbbüsü ilə, Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin ilk axundu gözəl avaza malik, Abidlilər nəslindən olan Molla Möhsüm olmuşdur. Qızı qızı Cəvahir xanım Xudadat bəy Rəfibəyliylə evlənmişdir. 1. Hüsaməddin Tuğac. “Bir ailənin dramı”. İstanbul, 1968.
Mirəziz Rəfiyev
Molla Rəfiəddin Məhəmməd
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Musa bəy Rəfiyev
Musa bəy Rəfiyev (tam adı: Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev; 1888, Yelizavetpol – 1938, Təbriz) — azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. Musa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncənin Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə, daha sonra isə Gəncə Kişi Gimnaziyasında alıb. Gəncə Kişi Gimnaziyasını gümüş medalla bitirdikdən sonra Kiyev İmperator Universitetinə daxil olub. 1908-ci ildə Kiyev İmperator Universtitetinin tibb fakültəsini bitirdikdən sonra universitetin nəzdində olan klinikada ordinator kimi fəaliyyət göstərib. Həmin ilin noyabr ayında Gəncəyə qayıdaraq Yelizavetpol şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərməyə başlayıb.
Məzahir Rəfiyev
Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990–1995). Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb. Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb. Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib. Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb. 1990–1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib. Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.
Məşədi Əli Rəfiyev
Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (1886, Yelizavetpol – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 1880-ci ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib. 1906-cı ildə qurulmuş “Difai” partiyasının Gəncə Komitəsinin üzvü olub. 1910-cu ildəki seçkilərdə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909–1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998)
Nigar Rəfibəylinin heykəli — heykəltaraşları Münəvvər Rzayeva ilə Fəxrəddin Əliyev olan və 1998-ci ildə Gəncə şəhərində qoyulmuş heykəl. Nigar Rəfibəylinin monumentində heykəlin əlləri ətraf mühitlə, tamaşaçı ilə psixoloji təmas yaradır. Heykəl Gəncədə Xan bağında yerləşir.
Nəcəfqulu Rəfiyev
Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev (22 mart 1915, Ordubad, Naxçıvan qəzası – 24 dekabr 1970, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir. N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir.
Nəcəfqulu Rəfiyev küçəsi (Bakı)
Nəcəfqulu Rəfiyev küçəsi - Bakı şəhəri Xətai rayonunda uzunluğu 1 050 m, eni 16 m olan küçə. Küçə Nobel və Babək prospektlərini birləşdirir. Küçə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyır.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Ouşenin 8 rəfiqəsi (film, 2018)
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Rəfahiyə
Refahiyə — Ərzincanın 9 ilçəsindən biri . İlçədə 119 kənd var. 2016-cı ilin məlumatına görə ilçədə 10.765 nəfər yaşayır.

Digər lüğətlərdə