Rom
Romancier
OBASTAN VİKİ
Dəyirman (roman)
Dəyirman (türk. Değirmen) məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman. Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir. == Məzmunu == "Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır. Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır. Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur. === Obrazlar === Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru) Rüfət : Bələdiyyənin baş katibi Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə === Nəşr === "Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır.
Epistolyar roman
Epistolyar roman – [yun. epistole – məktub] ictimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək, ədəbiyyata və ictimai həyata daxil olmuş məktubları. Məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərlər də epistolyar ədəbiyyata aid edilir. Epistolyar – 1)məktub şəklində yazılmış; 2)bir yazıçının, mütəfəkkirin, şairin məktublar məcmusu. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eşq (roman)
Eşq (türk. Aşk) — Elif Şafakın 2009-cu ildə işıq üzü görən romanıdır. Roman bu epiqrafla başlayır: "Ya Eşqin ortasındasan, mərkəzində; ya da xaricindəsən, həsrətində". Əsərin orijinalı ingilis dilindədir, türkcəyə tərcümə edən isə Kadir Yiğit Usdur. == Mövzu == Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipik burjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq "problemsiz" görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A. Z. Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir, lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq. "Eşq" romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. "Eşq" Elif Şafakın axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.
Fiesta (roman)
Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"; "Günəş də doğar"; Günəş bir də doğacaq; Günəş də qalxır‎) — Ernest Heminqueyin romanı. 1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur. 2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib. == Məzmun == Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər.
Fəlsəfi roman
Fəlsəfi roman — bir roman növüdür. Bu tip romanların əsas önəmli hissəsin də fəlsəfi suallara və müzakirələrə yer ayrılır.Bu mövzular da cəmiyyətin rolu və xüsusiyyətləri həyatın məqsədi, ənənələr, sənətin insan həyatındakı yeri və ya təcrübə ilə səbəblərin məlumatın inkişafındakı rolu ola bilər. Bu sualların müzakirəsi qondarma hadisələr çərçivəsində həyata keçirilir. Bu növün bir alt növü də "fikir romanları"dır, bu romanlar elm fantastika, utopiya və distopya qurğusu ilə bənzər mövzulara bölünə bilər.
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı. Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Korluq (roman)
Korluq (roman) (port. Ensaio sobre a cegueira) — 1995-ci ildə Joze Saramaqo tərəfindən yazılmış roman. "Korluq" 1998-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Joze Saramaqonun son illərdə yazdığı ən təsiredici romandır. Joze Saramaqo bu müthiş romanında korluq faktını məcaz olaraq istifadə edib. O, sadə obrazlar və bəsit söz oyununa müraciət etmədən, olduqca dolğun şəkildə bütün qəhrəmanların danışıqlarını ortaq bir monoloqa çevirmiş, onların heç birinə ad verməmişdir. Romanda demək olar ki, nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə olunmamışdır. Bu üsulla o, liberal demokratiyanın insanları məruz qoyduğu qeyri-sağlam mühiti fövqəladə bir ustalıqla yarada bilmişdir. Roman 2008-ci ildə Fernando Meirelles tərəfindən ekranlaşdırılmışdır. Yazıçının bu romanın davamı olan "Görmək" kitabı 2004-cü ildə nəşr edilmişdir. == Mövzu == Əsərdə sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən korlaşır.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Düyünlər (roman)
"Düyünlər" romanı – stalinizmin ədalətsiz represiyallarına məruz qalmış insan haqqında Süleyman Vəliyevin romanıdır. Roman stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın qayıdışından sonra olan taleyini təsvir edir. == Yazılma tarixi == Roman 1966-cı ildə Süleyman Vəliyev tərəfindən Bakı şəhərində qələmə alınmışdır. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Bakı şəhərində Azərneşr nəşriyyatında 1970-ci ildə ayrı kitab ilə çap olunmuşdu. Bu mövzu ilə əlaqədar Azərbaycan ədəbiyyatında ciddi əsərlərdən biridir. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi. == Süjeti == Əsərdə neft mexaniki Vasifə öz qohumu, xalaoğlusu Balaxan, şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Çətinlikləri mərdliklə dəf edən Vasif adamlara inamını itirməmişdir. Lakin Vasifin doğma şəhər dönüşü ilə hər şey öz yoluna düşmür, qarşısında geniş yollar açılmır; o, I yenə də müxtəlif adamlarla qarşılaşır.
Eden (roman)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. == Hekayə == Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
Gertruda (roman)
Gertruda — Hermann Hesse tərəfindən yazılmış, 1910-cu ildə nəşr edilmiş roman. Peter Owen Publishers tərəfindən ingilis dilində nəşr edilmişdir. == Məzmun == Kuhn adlı məşhur bəstəkarın xatirəsinə həsr edilmişdir. Gertrud hekayəsinin ilk hissəsində uşaqlıq və yetkinlik illərindən bəhs edir.Hekayənin qalan hissəsi Gertrud İmtor və opera müğənnisi Heinrich Muothun münasibətlərindən bəhs edir. Kuhn ilk görüşdə Gertrudla maraqlanır, lakin o, bəstəkarın bir neçə il əvvəl dostluq etdiyi Muotha aşiq olur və onunla evlənir.
Günahkar (roman)
Günahkar — Orxan Kamalın yazdığı və 1957-ci ildə nəşr olunan roman. == Məzmun == Ədəbiyyatımızın ümid və nikbin qələmi olan Orxan Kamal kriminalda həyat oyunlarına qarşı xəyalları və xəyalları ilə sağ qalmağa çalışan balaca bir uşağın erkən və ağrılı macərasından bəhs edir. Orxan Kamalın məşhur "Küçələrin uşağı" romanının birinci cildi olan "Günahkar" həyatın və uşaqları küçələrə aparan ağrılı yolun hekayəsidir. Orxan Kamalın kitabları oxucunun həyatda rastlaşa biləcəyi nadir xəzinələrdəndir. Çox az yazıçı oxucusunu formalaşdırdığı qədər oxucu dünyasında iz qoyur. Orxan Kamal ümid və nikbinliyi bərpa etmək üçün bizə yol göstərir.
Haradasan? (roman)
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Kappa (roman)
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. == Məzmun == Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır. Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır.
Kimyagər (roman)
Kimyagər (port. O Alquimista) — Braziliya yazıçısı Paulo Koelyonun romanı. == Süjet == Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub. Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür. Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib. Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsinə çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və s. kimi də oxumaq olur. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır.
Kiçicik (roman)
Kiçicik - Orxan Kamalın yazdığı və 1960-cı ildə çap olunmuş romanıdır. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Yoxsulluğu və məhrumiyyəti ən yaxşı təsvir edən yazıçılardan biri olan Orxan Kamalın “Camaşırçı qızı” hekayələrində tükənməz arzularına baxmayaraq, ümidlərini tükənməz arzuları ilə yaşatmağa çalışaraq, reallığın amansız soyuqluğundan qorunmağa çalışan insanlardan danışır.
Kontakt (roman)
Коntakt — astronom Karl Saqan tərəfindən yazılmış elmi-fantastik roman. İlk dəfə 1985-ci ildə Simon & Schuster nəşriyyatı tərəfindən ingilis dilində nəşr edimişdir. Roman rejisor Robert Zemikis tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır.
Leyla (roman)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. Roman dramatik və təsirli bir həyat hekayəsini əks etdirən həqiqi hadisələrə əsaslanır. Bu kitab Bosniya müharibəsi zamanı əsir düşən və qeyri-insani rəftara məruz qalan Leylanın həyatını və keçirdiyi travmaları nəql edir. “Leyla” romanı oxuculara müharibənin və zorakılığın insan həyatları üzərindəki dərin və davamlı təsirlərini anlamaq üçün bir pəncərə açır. Leylanın hekayəsi, insanlıq adına edilən ən qaranlıq əməlləri və bunlara qarşı verilən ən cəsarətli mübarizələri izah edən təsirli bir əsərdir. Əsər yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Əsas mövzular 1. Müharibənin zalımlığı və qeyri-insani rəftar: Kitab müharibənin amansız üzünü və insanların müharibə zamanı nə qədər qəddar ola biləcəyini göstərir.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Maliyyəçi (roman)
Maliyyəçi (ing. The Financier) — Teodor Drayzerin 1912-ci ildə nəşr olunan romanı, “Arzular trilogiyası” silsiləsindən ilk kitab. Triloqiyanın baş qəhrəmanı – Frenk Kaupervud. Amerikalı milyonçu Çarlz Yerksin (1837-1905) həyatı əsasında yazılıb. Kaupervudun psixoloqiyasını formalaşdıran amilləri Drayzer yaxşı göstərir. Uşaq vaxtından onu əhatə edən mühitdə böyüyən Frenk pul qazanmaq üçün heç nəyin qabağında dayanmayacaq bir maliyyəçiyə dönür. Xırda birja spekulyasiyalardan başlayıb xeyli sərvətlər qazanır və məmurlarla bələdiyyədən rüşvətlə, qeyri-qanuni Filadelfiya şəhərində konsessiyalar alır. Kitabın sonunda o, məğlub olur, həbsxanaya düşür və Filadelfiyanı tərk etməli olur. == Məzmun == Baş qəhrəman, Frenk Alcernon Kaupervud, cavan yaşlarından məşhur maliyyəçi olur. O, Filadelfiyada bank işçisi ailəsində dünyaya gəlib və ABŞ-da vətəndaş müharibəsi ərəfəsində Pensilvaniyanın maliyyə maqnatlarının sırasına qəbul olunmağa nail olur.
Mirvari (roman)
Mirvari — Amerikalı yazıçı Con Steynbekin romanıdır. İlk dəfə 1947-ci ildə nəşr olunan hekayə, insanın məqsədini, eləcə də tamahkarlığı, cəmiyyət normalarına qarşı çıxmağı və pisliyi araşdırır. Kino övladını xilas etmək üçün tək ümidi dənizdən çıxardığı misli görünməmiş mirvari idi, Kino-nun qulaqlarında cingildəyən və bütün şəhərə yayılan İnci nəğməsi ailə, şər, ümid və düşmənçilik nəğməsi ilə qarışacaq. Steynbek Kino-nun dərinliklərdən qazıb çıxardığı mirvari ilə yaşadığımız dünyaya və insan dramına işıq salır.
Momo (roman)
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir. Adı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Murtuz (roman)
Murtuz — Orxan Kamalın 1952-ci ildə nəşr olunan məşhur romanı. Türk ədəbiyyatının önəmli əsərlərindən olan roman yazıldığı gündən bəri dəfələrlə kino və tamaşalara mövzu olan Gözətçi Murtuz obrazından qara yumorla yüklənmiş bir dillə bəhs edir. Hadisələr 1941–1947-ci illər arasında Adananın kasıb fəhlə məhəlləsində baş verir. Roman, ixtiyar və həqiqət anlayışı arasında ilişib qalan, öz doğruluğuna güzəştə getməməyə çalışdıqca daha həll olunmaz vəziyyətlərə düşən, bu arada insanlara deməkdən uzaqlaşan və müdafiə edən bir fərdin başına gələnlərin kədərli komediyasıdır. Murtuz ilk dəfə 1952-ci ildə "Vətən" qəzetində felyetona çevrilib. Bu, Orxan Kamalın seriallaşdırılmış ilk romanıdır. Əsər elə həmin il Varlık Nəşriyyatı tərəfindən 180 səhifəlik kitab olaraq nəşr edilmiş və böyük diqqət çəkmişdir. İkinci nəşri 1957-ci ildə Varlık Nəşrləri, üçüncü nəşri isə 1964-cü ildə Cem Nəşrləri tərəfindən nəşr edilmişdir. Orxan Kamal 180 səhifəlik kitabın roman deyil, ancaq "böyük hekayə" kimi qəbul edilə biləcəyini düşünürdü. Ona görə də əsərin birinci və üçüncü hissələrini genişləndirdi.
Döyüşçü klubu (roman)
Döyüşçü klubu (ing. Fight Club) – Çak Palanik tərəfindən 1996-cı ildə yazılmış roman. == Məzmun == Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəman müəyyən qədər yuxusuzluq problemi həll olunsa da, bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan əsərin qəhrəmanı Tayler Darden vasitəsiylə özünəməxsus psixoterapiya forması olan Döyüşçü klubunu yaradır. == Əsərin yazılması == Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana biabırçı statusu verərək nəşrindən imtina edir.
Dünya evi (roman)
Dünya evi - Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Ailəsinin imkansızlığa düşmədən əvvəlki günlərinin xatirələri ilə indi qınandığı çətin şərtlər arasındakı ziddiyyət onu bəzən disharmoniya və üsyana sövq edir. Fəhlələrin arasında yaşasa da, özünü onlardan biri kimi hiss etmək onun üçün çətindir. Çörəyi üçün mübarizə apararkən, yeni evlənən, ağıllı və şəxsiyyətli Bosniyalı qızı ilə fikir ayrılığı yaranmağa başladı. Çalışdığı fabrikdə atasının dostu tərəfindən korrupsiyaya məcbur ediləndə və bundan imtina etdikdə ona böhtan atılır, işdən çıxarılır. Özü kimi işdən qovulan dostu və onlara qoşulan iki nəfərlə rəisə qarşı iğtişaşlar törətməyə çalışsa da, onlara qoşulanların polis olduğunu anlayanda təslim olur. Yeni evlənənlər pulsuz qaldılar. Yoldaşının ondan soruşmadan pambıq yığımına avans götürdüyünü öyrənən gənc qəhrəmanımız çox əsəbiləşir, pulu geri alır və evdən çıxır. Yoldaşına aşiq olsa da, çox əsəbi və ümidsizdir.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.
Dəfinələr adası (roman)
Dəfinələr adası — Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır. Bütün romanların bəlkə də ən çox müzakirə olunanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışları Dəfinələr Adası romanının böyük təsiri olmuşdur. == Haqqında == Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir. Müəllif, əsəri 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir. İlk on beş bölüm 1881 də, müəllifin həyat yoldaşı və ögəyoğlu ilə birlikdə yaşadığı Şotlandiya yaylaqlarından biri olan Braemar'da yazıldı. Kitabı yazıçıya ögəy oğlu sifariş etmişdi. Ayrı bir kitab olaraq 1883-ci ildə çıxan bu əsər, daha əvvəl 1881-1882 illərdə bir uşaq jurnalında seriallar halında nəşr olunmuşdur. = Personajlar = Cim Hokins (Jim Hawkins) — kitabın əsas qəhərmanı. Əhvalatlar onun dili ilə danışılır.
Eldən-elə (roman)
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Eleonora Romanova
Eleonora Romanova — 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. Ukraynalı bədii gimnastdır. Dünya Çempionatının 2, Avropa Çempionatının isə 1 qat bürünc medalçısıdır. Vətənini 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Eleonora Romanova 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. == Karyerası == Eleonora Romanovanın ən böyük uğurları Dünya və Avropa Çempionatlarına təsadüf edir. Eleonora Romanova 2014-cü ildə İzmirdə, 2015-ci ildə isə Ştutqartda Dünya 3-cüsü olmuşdur. Həmçinin Eleonora Romanova 2015-ci ildə Belarusun paytaxtı Minsk şəhərində Avropa Çempionatının 3-cüsü olmuşdur. Eleonora Romanova 2015-ci ildə Ukraynanı Avropa Oyunlarında təmsil etdi.
Eramızın əzəlində sui-qəsd (roman)
Eşq sultanı (roman)
Eşq sultanı — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin Məhəmməd Füzulinin həyatından bəhs edən tarixi romanı. == Haqqında == Əzizə Cəfərzadənin ölümündən bir qədər əvvəl tamamladığı "Eşq sultanı" adlı son tarixi romanının mövzusu böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyatından bəhs edir. Yazıçı romanın oxucuya ünvanlanan "Son sözüm" bölümündə Füzulinin həyatı fonunda dolayısı ilə eşq mövzusuna müraciətinin səbəblərini açıqlayaraq yazır: ""Eşq sultanı"nı neyçün belə adlandırdım? İndi hardadı belə eşq? Ətrafına yaxşı nəzər sal,- görərsən. İndi də var. Sadəcə indi telenəzərləri daha çox bayağı "məhəbbət" macəraları cəlb edir. Tamaşaçıda maraq oyatmaq üçündü onlar. Sizsə ətrafdakılara diqqətlə nəzər salın. Var.
Fətəli fəthi (roman)
"Fətəli fəthi" (rus. Фатальный Фатали) — Azərbaycan yazıçısı Çingiz Hüseynovun tarixi mövzuda yazdığı roman. == Ümumi məlumat == "Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur. == Mövzu == "Fətəli fəthi" romanının mövzusu XIX əsr Azərbaycan tarixindən alınmışdır. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovdur. Müəllif M.F.Axundovun timsalında Azərbaycanın Rusiya və İran imperiyaları arasında parçalanması tarixinə güzgü tutmuşdur. == Janr == Müəllif "Fətəli fəthi" romanının janrını "tarixi fantaziya" kimi müəyyənləşdirmişdir.
Gələcək gün (roman)
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Gəncəli müdrik (roman)
Gəncəli müdrik — Əlisa Nicatın Mirzə Şəfi Vazehdən bəhs edən və ilk dəfə 1990-cı ildə çap edilmiş bioqrafik romanı. == Məzmun == Kitab azərbaycanlı mütəfəkkir, şair və tanınmış tarixi şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. == Nəşr və tərcümə == Roman ilk dəfə 1984-cü ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2019-cu ildə Pergament Yayın Evində 334 səhifədə 100 tirajla çap edilib.
Hacı Murad (roman)
"Hacı Murad" - Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa roman. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir. == Məzmun == Çar Rusiyası Qafqazı ilhaq etsə də, bölgə xalqları işğalçılarla mübarizəni davam etdirir. Ruslara qarşı döyüşən Hacı Muradla Şeyx Şamil arasında düşmənçilik yaranır və həqiqi düşmən bu ixtilafdan yararlanmaq istəyir. Son nəticədə Hacı Murad işğalçıların tərəfinə keçir. == Yazılması haqqında == Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir. Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) — Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi — Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.
II Nikolay Romanov
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], Sovet Rusiyası[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
Kafirin qızı (roman)
Kafirin qızı - Orxan Kamalın yazdığı və 1959-cu ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Ədəbiyyatımızda sosialist realist görüşünün ən mühüm nümayəndələrindən biri olan Orxan Kamal həmişə əməyin yanında olan qələmindən qadın dünyasını məharətlə ifadə etmək üçün daim istifadə etmişdir. Orxan Kamal qadının da fəhlə olduğu romanlarında çarxın əyri dişliləri arasındakı mübarizəni təsvir etməyə davam edir. Həmişə qoruduğu insanpərvər və parlaq görünüşü ilə...
Kafka sahildə (roman)
Kafka sahildə — yapon yazıçısı Haruki Murakami tərəfindən 2002-ci ildə yazılmış romandır. Onun 2005-ci ildə ingilis dilinə tərcüməsi The New York Times -dan "2005-ci ilin 10 Ən Yaxşı Kitabı" arasında yeraldı və 2006-cı ildə Dünya Fantaziya Mükafatını aldı . Kitab qaçan 15 yaşlı kitabsevər gənc Kafka Tamuranın hekayələrindən bəhs edir. Onun Edipal lənətindən və pişiklərlə danışmaq üçün qeyri-adi qabiliyyəti olan yaşlı, əlil Satoru Nakata. Kitab kommunikativ kanal kimi musiqi mövzularını, metafizika, xəyallar, taleyi, şüuraltını özündə birləşdirir. Kitabın buraxılmasından sonra Murakami romanla bağlı sualların göndərilməsinə icazə verdi və bir çoxuna cavab verdi. Roman, John Updike və New York Times -dan müsbət rəylər alaraq, ümumiyyətlə, yaxşı qarşılandı. == Haqqında == İki fərqli, lakin bir-biri ilə əlaqəli süjetdən ibarət olan povest hər iki süjet arasında irəli-geri gedir, hər bir süjet xəttini bir-birini əvəz edən fəsillərdə tutur. Tək nömrəli fəsillər 15 yaşlı Kafkanın Edipal lənətindən qurtulmaq üçün atasının evindən qaçması və anası ilə bacısını tapmaq üçün axtarışa başlaması hekayəsindən bəhs edir. Bir sıra sərgüzəştlərdən sonra o, Takamatsuda uzaq və uzaq Miss Saeki və ağıllı və daha qonaqpərvər Oşima tərəfindən idarə olunan sakit, şəxsi kitabxanada sığınacaq tapır .

Digər lüğətlərdə