rəngarəng
rəsmən
OBASTAN VİKİ
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Babil qülləsi (rəsm)
Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir. == Vyana versiyası == Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır. ==== Məzmunu ==== Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı. 1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir.
Belqradın fəthi (rəsm)
Belqradın fəthi – Serbiyanın ilk məşhur qadın rəssamlarından və romantizm cərəyanının nümayəndəsi olan Katarina İvanoviçin yağlı boya rəssamlığına aid əsəri. 1844 -1845-ci illərdə yaradılmış bu rəsm əsərində, serb üsyanı nəticəsində 1806-cı ilin sonlarında Belqradın serblər tərəfindən tutulması təsvir edilir. İvanoviç, Münhen Akademiyasında təhsil alarkən Serb xalqının tarixi adlı kitabla tanış olur və bundan sonra belə bir rəsm əsərini yaratmaq qərarına gəlir. Rəsm, Belqradın incəsənət tənqidçiləri tərəfindən xoş qarşılanmır. İncəsənət tarixçisi Lilien Filipoviç-Robinson bunun zəif kompozisiya və məkan konstruktivliyi ilə əlaqədar olduğunu bildirdi. 1870-ci illərdə İvanoviçin əsərləri Serbiyada, demək olarki, unudulmuşdu. Belqradın fəthi 1874-cü ildə İvanoviçin Tarixi Portretlər Qalereyasına təqdim etdiyi dörd əsərdən biri idi. Bu dövrdə, qalereya Serbiya Milli Muzeyinin əsasını təşkil edirdi. Rəsm hal-hazırda Milli Muzeydə nümayiş etdirilir. == Arxa plan == Serb mədəniyyət tarixi üzrə ixtisaslaşmış elm xadimi David A. Norrisə görə, XIX əsr Serbiyanın siyasi vəziyyəti təsviri incəsənətin inkişaf etdirilməsi üçün uyğun deyildi.
Astara Dövlət Rəsm Qalereyası
Astara Dövlət Rəsm Qalereyası- 1979-cu ildən fəaliyyət göstərir. Qalereya рayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya fond saxlayan otaqdan sərgi zalından ibarətdir. == Ekspozisiyası == Astara rayon Dövlət Rəsm Qalereyası Rəsm Qalereyasının fondunda 119 ədəd ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir: 78- ədəd — nəqqaşlıq əsərləri 33-ədəd — qrafika əsərləri 8-ədəd — heykəltaraşlıq əsərləri. == Fəaliyyəti == Əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi və s təşkil edilir. Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər. Fəaliyyət göstərdiyi son illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir. == Dərnəklər == Rəssamlıq Tikmə-biçmə Toxuma (toxuçuluq) == Həmçinin bax == Astara Astara rayonu Astara (Azərbaycan) Astara Tarix-Diyarşünaslıq Muzeyi == Xarici keçidlər == "Astara Dövlət Rəsm Qalereyası".
Auversdəki evlər (rəsm əsəri)
Auversdəki evlər — Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Parisin şimal-qərbindəki Auvers-sur-Oise qəsəbəsinə köçdükdən qısa müddət sonra, 1890-cı ilin may ayının sonu və ya iyunun əvvəlində çəkilmişdir. Buraya köçməsinin səbəbi Saint-Remidəki sıxıntılar və monoton həyat tərzi olmuşdur. Saint-Remidəki son iki ayda yaddaşına canlanan görüntüləri kətan üzərinə köçürmüşdür. Hollandiyalı kökündən bəhs edərək bu şəkilləri "Şimalın xatirələri" adlandırdı. Rəsmlərində olan bu şimala doğru səyahət Auversdə də davam etdi. Buna misal olaraq Auversdəki F789 kilsəsini göstərmək olar. Lakin Nuenendə yaşadığı kəndli həyatına burada davam etmədi. Auversdəki evlərin rənglənməsi müxtəlif sosial sinifləri nəzərə almağa kömək etdi.
Azərbaycan Dövlət Rəsm Qalereyaları
Ağcabədi Dövlət Rəsm Qalereyası
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. == Xarici keçidlər == Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. == Təsvir == Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Suzanbağıları (rəsm)
Suzanbağıları (Frː Les Nymphéas, Enː Water Lilies), — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-ə yaxın yağlıboya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək baxçasının, xüsusilə K. Monenin Parisdəki evinin baxçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsimləridir. K. Mone daha əvvəl Parisdəki Sen-Lazar vağzalı adlı stansiyanın gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmi çəkməsindən ibarət olan "Vağzal Sen-Lazar Seriyasının" və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman Yığınları" seriyası hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri hazırlamaqla məşğul olarkən gözlərində yaranan kataraktan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi, vb. formalı) və ölçüləri çox fərqli olaraq, (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində hazırlanıb. == Xronologiya == Noyabr 1890: Monenin Givernydəki evini satın alması və baxçasının dəyişdirilərək yenidən hazırlanması. May 1895: Monenin "suzanbağıları" tabloları seriyasını hazırlamaya başlaması. Noyabr 1901: Monenin Givernydə baxçada yetişdirilən eqzotik bitkilərin su ehtiyacını qarşılayıb onların yetişdirilib böyümələrinin təmin edilməsi üçün yaxında olan Epte suyunun axışını dəyişdirib bu axarsuyun baxçadan axmasını təmin edilməsi.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Cəngavərliyə qəbul (rəsm)
Cəngavərlik rütbəsinin verilməsi — (Englishː The Accolade) ingilis rəssam Edmund Leightonun çəkdiyi rəsmdir. Bu, mövzusu cəngavərlik olan God speed (Tanrı sürəti - 1901) və Dediction (İthaf - 1908) əsərləri daxil olmaqla 1900-cü illərdə ərsəyə gətirdiyi xeyli rəsmlərdən biridir. Leightonun əsərlərinin və dövrünün ən çox tanınan tablosu kimi təsvir edilir. == Haqqında == Rəsmin orijinalı və ilham mənbəyi ilə bağlı çoxlu hekayələr var. Tarixçilər təsdiq edir ki, bu rəsm rütbə verilməyə, cəngavərliyi təsdiq etməyə, cəngavərliyə qəbul olunmağa həsr olunub. Rəsmdə təsvir olununan namizədin çiyinlərinə qılıncın küt tərəfi ilə yavaşca toxundurmaq yaxud kürəyini qucaqlamaqla birlikdə bu cür mərasimlər bir neçə forma almışdı. İlk nümunədə seçiləcək olan namizəd cəngavər taxtındakı monarx qarşısında diz çökür. Monarx qılıncın kənarını cəngavərin sağ çiyninə toxundurur. Ondan sonra monarx qılıncı yavaşca şagirdin başı üzərinə qaldırır və sol çiyninə aparır. Yeni təyin olunmuş cəngavər qalxır, idarəçi ona cəngavər ordeninin nişanəsini göstərir.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Gecə quşları (rəsm)
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur. == Haqqında == Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır.Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Umeo rəsm muzeyi
Umeo rəsm muzeyi (isveş dilində:Bildmuseet) — İsveçin şimalında yerləşən Umeo şəhərində müasir incəsənət muzeyi. 2013-cü ildə muzeyi 81 267 nəfər ziyarət etmişdir . == Tarix == Muzey 1981-ci ildə Umeo universitetində təşkil olunmuşdur. Muzeyin kolleksiyasına beynəlxalq və İsveç müasir uncəsənətinin nümunələri, vizual mədəniyyət, dizayn və arxitektura əsərləri daxildir . Umeo rəsm muzeyində həmçinin sərgilər, mühazirələr, konsertlər, tamaşalar və digər mədəni-kütləvi tədbirlər keçirilir. 2012-ci ildə muzey İncəsənət kampusunda yerləşən yeni binaya köçürüldü və öz qapılarını tamaşaçılar üçün 19 may 2012-ci ildə açdı. Yeni rəsm muzeyi Henning Larsen Architects firması tərəfindən inşa edilmiş yeddi mərtəbəli binada yerləşir. Muzey binasının çöl tərəfində pəncərələr nizamsız şəkildə yerləşdirilmişdir. Binanın Ure çayına baxan pəncərələri isə ağ güllərlə bəzədilmişdir .
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. == Haqqında == Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər.Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər. Manetin bu təsvirə yanaşması onun intihar təsvirinin yalnız tarixi rəsm janrına sığdığı akademik ənənədən ayrılmaq arzusunu ifadə edə bilər - burada ölüm və intihar qurbanlıq, idealizm və ya qəhrəmanlıqla əlaqəli povestə yerləşdirilir.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
2000-ci ildə (rəsm seriyası)
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
Adolf Hitlerin rəsmləri
İkinci Dünya Müharibəsi əsnasında və sonraki illərdə Almanyadaki Nazi Partiyasına rəhbərlik edən Adolf Hitler həmçinin bir rəssam idi. O, Vyana dövrü əsnasında (1908–13) yüzlərlə əsər yaradıb və dolanışığını təmin etmək üçün rəsmlərini və poçt kartlarını satırdı. Onun bir çox rəsm əsərləri İkinci Dünya müharibəsindən sonra bərpa edildi və on minlərlə dollarlıq hərraclarda satıldı. == Hitlerin tərzi və təsirləri == Hitlerin tərzi onun əsərlərində memarlığı təmsil edərkən çoxlu hesablanmışdır. Bəddi təsirində ilərləmək yerinə, əsərləri 19-cu əsrin və ondan əvvəlki rəssamları yamsılayırdı. O əsərlərinin bir çox rəssamlıq cərəyanların sintezi olduğunu iddia edirdi ancaq, Yunan-Roma klasisizmindən, İtalyan Renesansından və Noklasisizmdən çəkirdi. O, bu cərəyanların rəssamlarının texniki qabiliyyətini, eləcə də başa düşülən simvolizmi sevirdi. O, Rudolf von Altı ən yaxşı müəllimi adlandırırdı. Hər ikisinin rəsm əsərlərində oxşar mövzu və rəng tədbiqləri müşahidə olunsa da Alt cəlb edici mənzərələr sərgiləyən təbiət və ətraf mühitə memarlıqdan çox olmasa da eyni dərəcədə əhəmiyyət verirdi. == Tarixi == === Rəssamlıq ambisyası === Hitler avtobioqrafiq əsəri olan Mein Kampfda gəncliyində necə peşəkar rəssam olmaq istəməsindən lakin, Vyana İncəsənət Akademiyasına girə bilməyib xəyalarının puça çıxmasından danışır.
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Azərbaycan Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır. Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. == Qalereyanın əsas fəaliyyət istiqamətləri == Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib Nazirliyə təqdim etmək Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin. müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi 27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilmişdir. Eyni zamanda 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində loqotipin təqdimatı keçirilmişdir.
Ağcabədi Dövlət Rəsm Qalereyası
Ağcabədi Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır. == Qalereyanın fəaliyyəti == Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir. == İstinadlar == == Xarici keçidlər == "Ağcabədi Dövlət Rəsm Qalereyası". azgallery.az. İstifadə tarixi: 16.03.2021. "Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Dövlət Rəsm Qalereyası". www.travelagenciesfinder.com. İstifadə tarixi: 16.03.2021.
Ağdam Dövlət Rəsm Qalareyası
Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.
Ağdam Dövlət Rəsm Qalereyası
Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.
Ağdaş Dövlət Rəsm Qalereyası
Ağdaş Dövlət Rəsm Qalereyası — Ağdaş rayonu ərazisində fəaliyyət göstərərn Rəsm Qalereyası. == Tarixi == Ağdaş rayon Dövlət Rəssm Qalereyası 1991-ci ildə yaradılmışdır. Qalereyada rayonunun və respublikanın tanınmış rəssamlarının əl işləri nümayiş etdirilir. Qalereyanin sərgi salonunda 98 ədəd rəsm əsəri nümayiş etdirilir. == Fəaliyyəti == Qalereyada il ərzində 8–10 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir. Burada tanınmış rəssamların sərgiləri ilə yanaşı gənc və yeniyetmə rəssamların əsərləri nümayiş etdirilir. Qalereyada rəssamlıq dərnəy fəaliyyət göstərir. Dərnəyin 20-yə yaxın üzvü vardır. Dərnək üzvlərinin əl işləri dəfələrlə rayonda təşkil olunan kütləvi tədbirlərdə nümayiş etdirilmişdir.
BMT-nin rəsmi dilləri
BMT-nin rəsmi dilləri — Birləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu altı rəsmi dil. Əlifba sırası ilə bunlara daxildir: Çin dili (Sadələşdirilmiş Çincə Mandarin Çin dili) Ərəb dili (ərəb ədəbi dili) Fransız dili İngilis dili (İngilis dilinin Britaniya variantı Oksford orfoqrafiyası ilə) İspan dili Rus dili == Haqqında == Yuxarıda qeyd edilən dillərdən müxtəlif BMT qurumlarının, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (Prosedur qaydaların 51-ci maddəsinə müvafiq olaraq), İqtisadi və Sosial Şuranın və Təhlükəsizlik Şurasının (Prosedur qaydaların 41-ci maddəsinə müvafiq olaraq) iclaslarında istifadə olunur. Hər dövlətin nümayəndəsi bu altı dildən hər hansı birində çıxış edə bilər; digər dildə çıxış etdiyi halda, onun çıxışı qeyd edilən altı dildən birinə tərcümə olunur. BMT özünün tərcümə xidmətləri vasitəsilə bir rəsmi dildən digər beş rəsmi dilə sinxron tərcüməni təmin edir. Rəsmi dillərdən, həmçinin rəsmi sənədlərin yayımlanması zamanı da istifadə olunur. Altı dildə olan mətnlərin hər biri, adətən, eyni hüquqi qüvvəyə malik olmaqla autentik hesab edilirlər. Birləşmiş Millətlər Təşkilatının Katibliyində işçi dillər aşağıdakılardır: ingilis və fransız dili.BMT beş rəsmi dilə kifayət qədər yer vermədiyinə, ingilis dilindən daha çox istifadə etdiyinə görə zaman-zaman tənqidlərə məruz qalırdı. İspandilli üzv dövlətlər 2001-ci ildə bu məsələni rəsmi olaraq Baş katibin diqqətinə çatdırdılar. Məsələ ilə bağlı Baş katib Kofi Annan altı rəsmi dilin tam bərabərliyini mövcud büdcə ilə təmin edə bilməyəcəklərini söyləsə də, dillər arasındakı balansı qorumağın əhəmiyyətli olduğunu da vurğulamışdı. Baş Məclisin 2008 və 2009-cu illərdə qəbul etdiyi qərarlar Katibliyi, xüsusən də ictimai məlumatların yayımlanması zamanı altı rəsmi dilin bərabərliyinə hörmət etməyə çağırırdı.Baş Məclis BMT-də insan resurslarının idarə edilməsinə dair 8 iyun 2007-ci il tarixli qərarlarında "Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilinin bərabərliyinin vacibliyini" vurğulamış və Baş katibdən tələb etmişdi ki, "müvafiq vəzifə üçün xüsusi işçi dil tələb edilmədiyi təqdirdə vakansiya elanlarında Katibliyin işçi dillərindən hər hansı birinə ehtiyacın müəyyənləşdirilməsini təmin etsin".
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Biləsuvar Dövlət Rəsm Qalereyası
Biləsuvar Dövlət Rəsm Qalereyası - == Xarici keçidlər == "Biləsuvarda Dövlət Rəsm Qalereyası əsaslı təmirdən sonra ilk sərgisini keçirdi". www.cenub.arbtv.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.cmap.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 18.03.2021.
Birinci yas (rəsm əsəri)
İlk Sabah (ing. The First Mourning, fr. Premier Deuil) — Vilyam Buqro tərəfindən 1888-ci ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 79 7/8 × 99 1/8 (203 × 252 sm) ölçüyə malikdir. "Birinci Yas" əsəri hal — hazırda Argentinanın Buenos Ayres şəhərində, Milli İncəsənət Muzeyində sərgilənməkdədir. Əsərdə Adəm və Həvva, qardaşı Qabil tərəfindən öldürülmüş Habilin cəsədini tapmış halda təsvir edilmişdir. Dini kitablara (Tövrat, Bibliya, Quran) görə bu ilk qətl hadisəsi olmuşdur. Vilyam Buqro bu əsəri tamamladıqdan qısa zaman sonra ikinci oğlunu itirərək böyük acı yaşamışdır. İngilis rəssamı Ceyms Krips 2009-cu ildə bu əsərin abstrakt versiyasını çəkmişdir.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. == General Bolhovitinovun Hesabatının Nəticələri == 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası — Bolqarıstanın Varna şəhərində yerləşən rəsm qalereyası. 12 yanvar 1944-cü il tarixli sərəncamla yerli rəssamlar və fərdi şəxslərin hədiyyə etdiyi əsərlər əsasında yaradılmışdır. Kiril Şivarov, Konstantin Ştırkelov, Aleksandr Dyakoviç qalereya təsisçilərindən idilər. 1988-ci ildən etibarən XIX əsrin sonlarında Genço Knev tərəfindən inşa edilmiş kişi gimnaziyasının yenidən qurulmuş binasında yerləşir. 1999-cu ildən bəri rəssam Boris Georgiyevin adını daşıyır. Qalereya ümumi sahəsi 3000 m² olan 3 mərtəbəni əhatə edir. Burada rəssamlıq, qrafika və heykəltaraşlıq əsərləri yerləşir. Qalereyada 17-ci əsr flamand rəssamı Anselm van Hulenin 9 rəsm əsəri, 1648-ci ildə Vestfaliya sülh müqaviləsini imzalayan ölkələrin nümayəndələrinin portretləri, habelə Mixail Boruçinskinin 1911–1912-ci illərdə çəkdiyi "Vladislav Varnençikin döyüşü" əsəri var.Qalereyada Beynəlxalq Qrafika Biennalesi keçirilir. Qalereya həmçinin "İncəsənətdə avqust" Vizual Sənətlər Festivalının həmtəsisçisidir. Üçüncü, ən üst mərtəbədəki zalda "Varna Yayı" Beynəlxalq Musiqi Festivalının konsertləri, teatr tamaşaları və moda nümayişləri göstərilir.
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Bərdə Dövlət Rəsm Qalereyası
Bərdə Dövlət Rəsm Qalereyası — 1989-cu ildən fəaliyyətə başlayıb. == Tarixi == 2008-ci ildən yeni binaya köcürülən Rəsm Qalereyası Bərdə şəhər Heydər Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 173 kv.metr olan 2 otaqdan ibarətdir. Ekspozisiya-sərgi sahəsi 152 kv.metr , fonda saxlama sahəsi 21 kv.metrdir. Qalereyanın fondunda peşəkar, gənc və həvəskar rəssamların 50-ə yaxın əl işləri və rəsm əsərləri saxlanılır. == Fəaliyyəti == Qalereyada həvəskar gənclərdən və məktəbli şagirdlərdən ibarət , həftədə 2 dəfə olmaqla rəsm dərnəyi fəaliyyət göstərir. Bundan başqa xalçaçılıq sənətini yaşatmaq və gələn ziyarətcilərə göstərmək ücün xalça toxuma təbliğ olunur. Yay mövsümündə açıq havada turistlərə müxtəlif mədəni xidmətlərin və sərgilərin keçirilməsi ücün Qalereyanın qarşısından istifadə etmək daha məqsədə uyğundur. == İstinadlar == == Xarici keçidlər == "BƏRDƏ RƏSM QALEREYASI". www.govserv.org. İstifadə tarixi: 18.03.2021.

Digər lüğətlərdə

бурело́мник бухга́лтерша диспропорциона́льный догоня́лки лю́бо опохме́льщик экспрессиони́зм алта́рь бескварти́рье милови́дный ошале́лость подсека́ться постраща́ть среднекали́берный та́лер убира́ться усложни́ться шо́мпол пакля inoxidizable jet engine true-life каталектика разгораживать распечатывание