Murad Rəsulov

Murad İlqar oğlu Rəsulov (5 avqust 2000; Şabran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.[1]

Murad Rəsulov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şabran, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Şabran, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri —2022
Rütbə Leytenant
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Qubadlının azad olunmasına görə" medalı "İgidliyə görə" medalı "Vətən uğrunda" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Murad Rəsulov 2000-ci il avqustun 5-də Şabran şəhərində anadan olub. 2006 il de Şabran şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2013-cü ildə Şabran şəhər 2 nömrəli tam orta məktəbin liseyində təhsilin davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Ali hərbi (Akademiyaya) İnistutuna qəbul olmuşdur.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

27 sentyabır 2020-ci ildə 3-cü kursu bitirib kursant kimi döyüşlərə qatılan Murad Rəsulov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. ATV. "Şəhid leytenant Murad Rəsulovun döyüş yolu" (az.). Youtube.com. 27.11.2022. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.