SƏRDABA, SƏRDABƏ
SƏRƏN
OBASTAN VİKİ
Sərdar sarayı
Sərdar sarayı (Xan sarayı) — İrəvan qalasının şimal-şərqində yerləşən keçmiş xan sarayı. == Tarixi == Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayı, yaxud Sərdar sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdı.1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) tərəfindən təkmilləşdirilmişdir. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdı. 1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olmuşdur. Sarayda 19-cu əsrin ortalarında təmir-bərpa işləri aparılmışdır. 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir. XX əsrin əvvəllərindən etibarən Xan sarayı sürətli şəkildə dağıdılmağa başlanılmışdır. Saray hələ 1913-cü ildə erməni millətçilərinin təcavüzünə məruz qalaraq qismən dağıdılmışdı. 1918-ci ildə ermənilər sarayın binasını yerlə-yeksan etdilər. Səfəvi və Qacar dövrünə məxsus olan saray memarlığının gözəl bir nümunəsi yer üzündən silindi == Haqqında == Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797–1834), Abbas Mirzənin (1784–1833) Rüstəm və Söhrabın portretləri vardı.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. == Bioqrafiyası == 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Sərdar İmrəliyev
Sərdar İmrəliyev (azərb. Sərdar Məmməd oğlu İmrəliyev‎; d. 15 dekabr, 1930) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Sərdar İmrəliyev Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. 12 övladi var. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (30.04.1966), Azərbaycan SSR əməkdar mexanizatoru(1966), Azərbaycan SSR əməkdar pambıqçısı (1975), SSRİ Dövlət mükafatı laureatı (1975). Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi (1943-1945), mexanizator (1945-1960), həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur (1960-1987). İttifaq miqyasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılmışdır. 1964-cü ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şuranın üzvü (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur (6,7,8,9,10 çağırış).
Sərdar İsmayılov
Sərdar Əsəd
Sərdar Əsəd (1858-1917) – Bəxtiyari elinin rəislərindən biri idi. Məşrutəçilərə qoşulub, Məhəmmədəli şahın əleyhinə mübarizə aparmışdır. == İstinadlar == == Həmçinin bax == Bəxtiyarilər == Xarici keçidlər == Lily Sardarian Bakhtiari, Bakhtiaris and the Constitutional Revolution (A Summary): [1]. Bakhtiaris and the Constitution — Photographs: [2]. Genealogy of the Haft Lang branch of the Bakhtiaris: [3]. Bakhtiaris, Official Website: [4] Arxivləşdirilib 2014-06-24 at the Wayback Machine.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır. İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
Sərdar (Türkmənistan)
Qızılarbat (sabiq adı Sərdar) — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Sərdar Abdullayev
Sərdar Süleyman oğlu Abdullayev (21 yanvar 1951, Yanşaq, Kəlbəcər rayonu) — azərbaycan əsilli Rusiya iş adamı, iqtisad elmləri doktoru, professor, İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvü, Azərbaycan "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi" ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977–1980-ci illərdə Sov. İKP Belski rayon komitəsinin təlimatçısı, 1980–1982-ci illərdə isə Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub. 1982-ci ildə S. Abdullayev Kalinin (indiki Tver) vilayətindəki "Kalininselstroy" İstehsalat Birliyində işə dəvət edilib, 1982–1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə "Kalininselstroymexanizasiya" trestinin müdiri olub. 1986-cı ildən S. Abdullayev "Kalininqrajdanstroy" vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksəkixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S. Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər "Tverqrajdanstroy" Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. "Tverqrajdanstroy" şirkətinə S. Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin — Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. == Fəaliyyəti == 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
Sərdar Azmun
Sərdar Azmun (fars. سردار آزمون‎, 1 yanvar 1995, Günbədkavus, Mazandaran ostanı) — 1995-ci ildə İranının Günbədkavus şəhərində anadan olub. Rusiya milli futbol çempionatının yüksək liqasında çıxış edən Rubin Kazan klubunun hücumçusudur.
Sərdar Bayramov
Sərdar Bayramov (tam adı: Sərdar Bayram oğlu Bayramov; 10 may 1956, Azaflı, Tovuz rayonu) — azərbaycanlı alim, texnika elmləri namizədi, 11 ixtira və 31 elmi əsərin müəllifi, 6 konfrans iştirakçısı, "Neftqazelmitədqiqatlayihə" institutunun dosenti. == Həyatı == Sərdar Bayram oğlu Bayramov 10 may 1956-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Azaflı kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1971-ci ildə Azaflı kənd 8 illik məktəbinin 8-ci sinfini bitirib, qonşu kənd olan Bayramlı kənd orta məktəbinin 9-cu sinfinə getmişdir. 1973-cü ildə Bayramlı kənd orta məktəbinin 10-cu sinfini bitirmidir. 1973–1974-cü illərdə Tovuz rayonu Qələbə şərabçılıq zavodunda fəhlə işləmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutu) neft-mexanika fakültəsinin 05.08 – neft və qaz mədənlərinin maşın və avadanlığı ixtisasına girmiş və 1979-cu ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. 1979–1982-ci illərdə "Bakı fəhləsi" maşınqayırma zavodunda təyinatla gənc mütəxəssis kimi usta işləmişdir. 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalatdan ayrılmaqla aspiranturasında təhsil almışdır. 1982–1991-ci illərdə həmin institutun "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" kafedrasında kiçik elmi işçi, 1991–1993-cü illərdə "Materiallar müqaviməti" kafedrasında böyük elmi işçi, 1993-cü ildə böyük laborant vəzifəsində işləmişdir.
Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov — (Serdar Gurbangulyýewiç Berdimuhamedow, Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov; 22 sentyabr 1981, Aşqabad, SSRİ) — 19 mart 2022-ci ildən bəri vəzifəsini icra edən Türkmənistan Respublikasının 3-cü Prezidenti və hazırkı prezidenti. Berdiməhəmmədov əvvəllər atası, prezident Qurbanqulu Berdiməhəmmədov hökumətində bir sıra digər vəzifələrdə çalışıb. 2021-ci ildə o, Türkmənistan Respublikası Nazirlər Kabinetinin bir neçə sədr müavinindən biri olub. Nə azad, nə də ədalətli sayılan Türkmənistan prezident seçkiləri 2022-ci ildə Türkmənistan Respublikasında keçirilən prezident seçkilərində səslərin 73 faizini qazanaraq atasının 15 illik avtoritar prezidentlik dövründə uğur qazanıb. == İlk karyera və təhsil == Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987–1997-ci illərdə Aşqabad şəhər 43 saylı orta məktəbdə təhsil alıb. 1997–2001-ci illərdə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb. 2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003–2008-ci illərdə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə və şərab şöbəsində işləyib. 2008–2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb.
Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. == Siyasi fəaliyyəti == Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Denktaş
Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. == Həyatı == Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir. == Siyasi karyerası == 1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. == Klub karyerası == === İlk illər === Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. == Həyatı == Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. == Mükafatları == 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Əsərləri == Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994); İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).
Sərdar Hacıyev
Sərdar Hacıyev (22 aprel 1940, Xanlıq, Qubadlı rayonu) — Kimya elmləri doktoru, professor. == Həyatı == Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966–1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969–1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973–1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1962, kimya fakültəsi, BDU. 1966, k.e.n., "Qeyri-üzvi kimya" ixtisası . 1987, k.e.d., "Fiziki kimya" ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. == Erkən illəri və ailəsi == Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir. "İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. == Fəaliyyəti == === Birinci Qarabağ müharibəsi === Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Sərdar Həsənov 2008-ci ildə Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov mərhələni nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi. Daha sonra Sərdar Həsənov 2012-ci ildə Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov ümumi nəticədə 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi. Sərdar Həsənov 2013-cü ildə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Amma bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). == Həyatı == Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. == Karyerası == 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərdar Mehdiyev
Sərdar Dadaş oğlu Mehdiyev — jurnalist. == Həyatı == Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir. == Jurnalistlik fəaliyyəti == Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. == Qalereya == == Mənbə == Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Sərdar Məmmədov
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. == Siyasi fəaliyyəti == Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Rüstəmov
Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor. == Həyatı == Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.
Hacı Bayram (Sərdarabad)
Hacı Bayram — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında, Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur. == Toponimi == 1728-ci ildən mə’lumdur. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır.
Hüseynqulu xan Sərdar
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Hüseynqulu xan Sərdar İrəvani
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Kəhriz-i Sərdar (Bükan)
Kəhriz-i Sərdar (fars. كهريزسردار‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Kərim Sərdarov
Kərim Əliqulu oğlu Sərdarov (6 iyul 1974; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kərim Sərdarov 1974-cü il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. == Karyerası == Kərim Sərdarov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hiroseya ipponla qalib gələn Kərim Sərdarov, 1/2 final mərhələsində Kuba nümayəndəsi Xuan Karlos Kortadanı da ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Antonio Tenorio Silva oldu. Həmin görüşdə rəqibinə məğlub olan Kərim Sərdarov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Kərim Sərdarov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Kərim Əliqulu oğlu Sərdarov "Tərəqqi" medalı ilə təltif edildi.
Məhəmmədhəsən xan Qacar Sərdar İrəvani
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-Qacar savaşlarının qəhrəmanlarından biri, sərkərdə, ordu sərdarı (general), Qacar dövlətinin məmuru, canişin == Həyatı == Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qoşunlarında xidmətə başlamış, Rusiya-Qacar müharibəlıribdə iştirak etmiş, "Sarı Aslan" ləqəbi qazanmışdı. Həsən xan Qacar ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar (general) Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçay Sülh Müqaviləsinin XII maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq rəhbəri sərdar Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya İmperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini Qacar Ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
Məhəmmədhəsən xan Sərdar İrəvani
Məhəmmədhəsən xan Sərdar İrəvani və ya Xan Babaxan Sərdar (d. İrəvan xanlığı - ö. 1855, Qacar dövləti) - Məhəmməd xan Ziyadlı-Qacarın oğlu, Məhəmməd şah Qacarın və Nəsrəddin şah Qacarın dövründə Yəzd və Kerman hakimi, sonuncu İrəvan xanının qardaşı. == Həyatı == Məhəmmədhəsən xan İrəvan xanı Məhəmməd xanın oğlu, sonuncu İrəvan xanı Hüseynqulu xan Sərdarın və Həsən xan Qacarın qardaşıdır. O, ailəsinin irsi hakimliyə malik olduğu İrəvan xanlığında vəliəhd xanzadə olaraq dünyaya gəlmişdir. Ailəsi Qacar tayfasının Ziyadlı tirəsinə mənsubdur. İrəvan ruslar tərəfindən işğal edildikdən sonra Məhəmmədhəsən xanın ailəsi Tehrana köçmüşdür. Burada siyasi fəaliyyətə başlayan Məhəmmədhəsən xan məşhur Qacar şahzadəsi Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı olan Mahruxsar xanım Fəxrəddövlə ilə ailə həyatı qurmuşdur. === İraq hakimliyi === 1839-cu ildə atasının ölümündən sonra onun xan titulu və vəzifələri Məhəmmədhəsənə verildi. Bu vəzifələrə İraqın idarə edilməsi də daxil idi.
Məmmədağa Sərdarov
Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist. == Həyatı == Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-cü ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Ailəsi == Üç övladı, 6 nəvəsi var Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir. Elçin Məmmədağa oğlu Sərdarov – 1969-cu il təvəllüdlü, ali təhsillidir, Təhsil Nazirliyində işləyir, Emin Məmmədağa oğlu Sərdarov – 1971-ci il təvəllüdlü, ali təhsillidir, Respublika Dövlət Arxivinin direktorudur.
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qaraqala (Sərdarabad)
Qaraqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. == Tarixi == Qaraqala İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləğv edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. == Toponimi == Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Rahim Sərdarlı
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Üzvi kimya" kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə. M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə "Tiotetralollar (sintezi, xassələri və tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə "Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967–2010-cu illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Sərdarniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Sərdar məscidi (İrəvan)
Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi[mənbə göstərin] — ilk dəfə 1606-cı ildə Şah Abbas, 2-ci dəfə 1810-cu ildə Abbas Mirzə tərəfindən İrəvan qalasında inşa etdirilən məscid. Qala məscidi və ya Köhnə məscid də adlandırılan bu məscid İrəvandakı məscidlərin ən qədimidir. Bəzi mənbələrdə İrəvanda mövcud olmuş 3 məscid — Şah Abbas məscidi, Abbas Mirzə məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir. == Tarixi == === İlk məscid === İlk dəfə 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər. Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlanıb. === İkinci məscid === 1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir.
Sərdar İmrəliyev məktəbi (film, 1964)
== Məzmun == Film məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə həsr olunmuşdur. Tanınmış mexanizator öz briqadası ilə artıq neçə illərdir ki, maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirir. Filmin müəlifləri onun əmək həyatından faktlar götürmüş və belə bir suala cavab verməyə çalışmışlar. Sərdar hansı yollarla müvəffəqiyyətlərə nail olmuşdur? Onun istehsalat sirri nədən ibarətdir? Filmdə bizim müasirlərimizin parlaq, yaddaqalan obrazı yaradılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Nina Mustafayeva Operator: Leonid Koretski Cizgi rəssamı: Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Sərdar Əsəd (şair)
Sərdar Əsəd (tam adı: Sərdar Heydər oğlu Əsədov) — Azərbaycan şairi. == Həyatı == Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi. 1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirmişdi. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsəd birinci yeri tutmuşdur. Sərdar Əsəd “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləmişdir. 30 iyun 1975-ci ildə vəfat etmişdir.. == Yaradıcılığı == İstedadlı şair Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi. Sərdar Əsəd 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd etmişdir.

Digər lüğətlərdə