SAHİB

[ər.] сущ. сагьиб (1. иеси; evin sahibi кӀвалин сагьиб; 2. куьгьн. гъуьл; 3. куьгьн. “агъа” манада); ** oğul-uşaq sahibi olmaq кӀвалин-къан иеси хьун, паб-аял хьун, хзан хьун, эвледар хьун.
SAHƏCİK
SAHİBƏ
OBASTAN VİKİ
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev — Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Əməkdar jurnalist. Sahib Ələkbərov Sahib Əliyev Sahib İbrahimli Sahib Əhmədov — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq.
Sahib (İran)
Sahib — İranın Kürdüstan ostanının Saqqız şəhristanının Ziviyə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,489 nəfər və 344 ailədən ibarət idi.
Sahib Abdullayev
Abdullayev Sahib Əhməd oğlu (15 oktyabr 1952, Şahvəlli, Cəbrayıl rayonu – 13 aprel 2017) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı. == Həyatı == 1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür. == Yaradıcılığı == “At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir. “Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır. “Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.
Sahib Alıyev
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008). == Həyatı == Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. == Siyasi fəaliyyəti == Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırış və VI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Sahib Ağayev
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Sahib Heydərov
Sahib Həsənov
Sahib Musayev
Sahib Kazım oğlu Musayev (1952, Çimkənd) — Azərbaycanlı alim, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi. Beynalxalq Elmlər Akademiyasının həqiq üzvü, Revmatologiya İnstitutu == Həyatı == Sahib Musayevin ailəsi Qazaxstan Respublikasının Çimkənd vilayətinə sürgün edilib. O, 1952-ci ildə burada anadan olur. Əslən Borçalı mahalının Mameyi kəndindəndir. 1954-cü ildə ailəsi bəraət aldıqdan sonra buraya qayıtmışdır. Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirib. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1975-ci ildə məzun olub. 2006-cı il iyunun 16-da Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Sahib Məmmədov
Sahib Məmmədov (siyasətçi) — Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri.
Sahib Nəbiyev
Sahib Paşazadə
Sahib Ağaverdi oğlu Paşazadə (24 oktyabr 1980, Bakı) — tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru (2023-cü ildən) Əməkdar artist (2011), Prezident mükafatçısı (2011–2018), Tərəqqi medalı laureatı (2020), Beynəlxalq Müsabiqələr qalibi, dosent (2013). == Həyat və yaradıcılığı == 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olmuşdur. 1992-ci ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi-atası xalq artisti, professor Ağaverdi Paşayev olmuşdur. Sonra isə not ixtisası üzrə Akif Novruzov, muğamdan isə Sərvər İbrahimovdan dərs almışdır. 1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" — Respublika Radio Müsabiqəsinin qalibi olmuşdur −1-ci yer. 1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsinin laureatı-3-cü yer. 1998 ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsinin qalibi-1 yer. 1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsinin laureatı — 3-cü yer.
Sahib Qarayev
Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi. == Həyatı və təhsili == Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, "Sintezkauçuk" zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. === Vəfatı === Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972–1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir.
Sahib Quliyev
Sahib Quliyev — == Həyatı == Sahib Quliyev 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Sahib Quliyev ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972–1978) alıb, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini (1981–1989) bitirib. == Yaradıcılığı == 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa erkən yaşlarından başlayan heykəltaraş bu yolda qarşılaşacağı bir sıra çətinliklərə baxmayaraq öz əzmi və iradəsi ilə təsviri sənət aləmində yaradıcı bir insan kimi özünəməxsus — milli ruha əsaslanan axtarışları ilə heykəltaraşlıq sənətinin incəliklərini dərindən mənimsəyib və özündə ənənə ilə müasirliyin qovşağını əks etdirən çoxsaylı kiçik plastika nümunələrinin yaradıcısıdır. Belə ki, Sahib Quliyev hələ yetkinlik dövrünə çatmamış sarı təndir gilindən istifadə etməklə, ətrafında gördüklərini bədii görüntüyə çevirməklə yanaşı əsas etibarilə keçi və at fiqurlarından ibarət kiçik həcmli heyvan fiqurları, sonrakı dövrlərdə isə boz daşdan keçi fiqurları düzəldərdi. Sahib Quliyevin yaratdığı bədii plastika nümunələrinin səthlərində dekorativ bəzək xarakterli və müəyyən rəmzi məna daşıyan milli ornamentlərdən istifadə olunub. Bu naxışların əksər hissəsini isə dünya şöhrətli "Bico" xalçasından götürülmüş ornamental motivlər təşkil edir. "Bico" çeşnili xalça və onun üzərindəki həndəsi elementlər ümumiyyətlə heykəltaraşın yaradıcılığına böyük təsir göstərib. Sahib Quliyevin bir sənətkar kimi formalaşmasında milli plastika sənətimizlə yanaşı ünlü ingilis heykəltaraşı Henri Murun da müəyyən qədər təsiri olub. Bu da səbəbsiz deyildi.
Sahib Rüstəmov
Sahib Rəhimov
Sahib Rəhimov (Sahib Səttar oğlu Rəhimov; 26 iyun 1937, Kərimbəyli, Qaryagin rayonu – 8 aprel 2020, Bakı) — dövlət xadimi. == Həyatı və fəaliyyəti == Sahib Səttar oğlu Rəhimov 26 iyun 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi Kərimbəyli kəndində bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfati İnstitutunun iqtisadiyyat fakultəsinə daxil olub, 1958-ci ildə uğurla bitirərək, təyinatla Dövlət Plan komitəsinin nəzdində fəaliyyət göstərən Təchizat və Təminat baş idarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ki dövrdə o Azərmeşəkagiztikinti və Təminat birliyində baş mühəndis, şöbə müdiri və 1965-ci ilə qədər idarə rəisi vəzifələrini ardıcıllıqla icra etmişdir. Sahib Rəhimov sonra ki illərdə Dövlət Tikinti materiallari İstehsalı Təchizat və Təminat idarəsinin rəis müavini (1965-1966-ci illər), Azərbaycan Kənd Tikinti Nazirliyinin MMTŞ-də baş mühəndis (1966-1969-cu illər), Montin adına Ağac Emalı zavodunun direktoru (1966-1972), Başkolxozlararasitikinti Sənaye Müəssisələri idarəsinin rəisi (1972-1979-cu illər), Meşədəmir zavodunun direktoru (1979-1983-ci illər), Kənd Tikinti Nazirliyinin Tikinti materiallari trestinin müdir müavini və həmin nazirlikdə Azərkəndtikintikomplekt trestinin rəisi (1983-1986),Azəraqrarsənayetikinti Birliyinin rəis müavini (1986-1989), Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədr müavini (1989-1990),Azərsənayetikinti Birliyinin sədr müavini (1991-1991) və Azərbaycan Sənaye Tikinti Materiallari nazirinin müavini (1991-1998) vəzifələrində çalışmışdı. 1998-ci ildən isə onun həyatında yeni bir səhifə açılır. Sahib Rəhimov 1998-ci ildə Qaçqınlar və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri və 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunur və 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Sahib Rəhimovun əmək fəaliyyəti və vətənə xidməti Azərbaycan Respublikası tərəfindən hər zaman yüksək qiymətləndirilib, müxtəlif zamanlarda o, orden, medallarla, fəxri adlarla təltif olunub. O, Azərbaycan Respublikasının Əməkdar İnşaatcisi fəxri adi və 2007-ci ildə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sahib Rəhimov 8 aprel 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Sahib Sailov
Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. == Həyatı == Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir. == Siyasi fəaliyyəti == 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur. 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur.
Sahib Ömərov
Sahib İbrahimli
Axundov Sahib İbrahim oğlu (17 aprel 1952, Gəncə, Azərbaycan) — şair, dramaturq, yazıçı, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Sahib Axundov 1952-ci il aprel ayının 17-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhərindəki 1 saylı tam orta məktəbi, 1973-cü ildə isə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin may ayınadık Ucar şəhər 5 saylı səkkizillik məktəbdə müəllim işləmişdir. 1974-cü ilin may ayından 1975-ci ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. 1975-ci ilin sentyabr ayından 1982-ci ilin iyun ayınadək Ucar şəhər 5 saylı səkkizillik məktəbdə və qiyabi orta məktəbdə müəllim işləmişdir. 1976-cı ildə istehsalatdan ayrılmadan AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturada təhsil almış və 1983-cü ildə "Qasım bəy Zakirin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ilin iyun ayından 1989-cu ilin may ayınadək AMEA Gəncə Elmi Mərkəzində elmi işçi vəzifəsində işləmişdir.1989-cu ilin may ayından 1995-ci ilin iyun ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) mətbuat sahəsində və müəllim işləmişdir. 1995-ci ilin iyun ayında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir və bununla paralel pedaqoji fəlaiyyətlə də məşğul olur.
Sahib İbrahimov
Sahib Bayram oğlu İbrahimov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Sahib İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib İbrahimov "Zəfər" ordeni ilə təltif edildi.
Sahib İsmayilov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. == Həyatı == 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib İsmayılov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. == Həyatı == 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib Şirəliyev
Sahib Əhmədov
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Sahib Əkbərov
Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992). == Həyatı == Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir. 1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur. 1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.
Sahib Əliyev
Sahib Əliyev (tam adı: Sahib Müseyib oğlu Əliyev; 15 mart 1933 – 7 fevral 1990) — Azərbaycan alimi, Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1967), professor (1971), Azərbaycan MEA-nın həqiqi üzvü. == Həyatı == Görkəmli alim, istedadlı tədqiqatçı, akademik, kimya elmləri doktoru, professor Sahi Müseib oğlu Əliyev 1933-cü ildə indiki Gədəbəy rayonunda anadan olmuşdur. 1949-cu ildə orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutununa (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1954-cü ildə fərqlənmə diplomu ilə bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. Sahib Əliyevin əmək fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə bağlı olmuşdur. O, burada aspiranturaya daxil olmuş, 1958-ci ildə namizədlik dissertasiyasını, 1965-ci ildə isə "Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Yüksək nəzəri biliyi, təşkilatçılıq bacarığına malik Sahib Əliyev artıq 1958-ci ildə laboratoriya müdirinin müavini, 1969-cu ildə laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. 1970–1976-cı illərdəo, laboratoriya müdiri vəzifəsi ilə yanaşı, "Plastik kütlələr" şöbəsinin müdiri vəzifəsini, 1982-ci ildən NKPİ–nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. Akademik Sahib Əliyev 1990-cı il fevralın 7–də qəflətən vəfat etmişdir.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. == Həyatı == 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var. == Fəliyyəti == 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
I Sahib Gəray
I Sahib Gəray (1500, Krım – 1550, Krım) — IX Krım xanı. == Həyatı == === İlk illəri === 1500-cü ildə Bağçasarayda doğuldu. Atası Krım xanı Məngli Gəray, anası isə onun xanımlarından Bəyim Sultandır. Uşaqlığı haqqında yetərli məlumat yoxdur. Haqqında ilk məlumat isə 1510-cu ildə ögey anası Nur Sultan Bikəylə Moskva knyazlığı və Qazan xanlığına səyahət etməsiylə bağlıdır. === Moskva və Qazan səyahəti === Uluq Məhəmmədin soyundan gələn son müsəlman Qazan xanı Məhəmməd Əmin xan Nur Sultan Bikənin öncəki evliliyindən doğulan oğlu idi. Digər oğlu Əbdüllətif isə Moskva knyazlığında girov saxlanmaqda idi. Bu səyahətdə Sahib Gərayın ögey anasını müşayiət etməsi isə öncədən planlaşdırılmışdı. Belə ki, Məhəmməd Əmin xan və qardaşı Əbdüllətifin övladı yox idi və I Məngli Gəray bu siyasi evliliklə öz oğullarından birini Qazan xanlığında hakimiyyətə gətirmək istəyirdi. 21 iyul 1510-cu ildə ögey anası Nur Sultan Bikə, atasının elçiləri Şeyx Molla Şahzadə və Laqim Berdi Duvanla birlikdə Moskva knyazlığına gələn Sahib Gəray burada knyaz III Vasiley və boyarları tərəfindən mərasimlə qarşılandı.
Kəhram Sahibi nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Bəhrivar erm. kəndi (37 ailə) 2. Lök erm. kəndi (10 ailə) 3. Əştərək azərb. kəndi (6 ailə) 4. AĢağı Vartanazor. Kəndin Xəbir məzrəəsi azərb. kəndi (8 ailə) 5.
Mehmed Sahib Əfəndi
Mehmed Sahib Əfəndi (aprel 1838, İstanbul – 6 iyul 1910, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. I Mahmud dönəminin şeyxülislamlarından Pirizadə Sahib Əfəndinin nəslindəndir. == Mənbə == Mufassal Hal Tercemesi: Pîrîzâde Mehmed Sâhib Molla, TTK Ktp., Yazmalar, nr. 149. İstanbul Müftülüğü Meşihat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 1153. Ekrem Reşad, "Şeyhülislâm-ı Esbak Merhum Sâhib Bey", 1327 Sene-i Mâliyesine Mahsus Musavver Nevsâl-i Osmânî, İstanbul 1329, s. 193–204. Mizancı Mehmed Murad, Meskenet Mazeret Teşkil Eder mi?, İstanbul 1329, s. 48 (a.e.
Mir Sahib Ağazadə
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Mirzə Fətəli xan Sahibdivan
Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şirazi — Nasirəddin şah Qacarın hakimiyyəti zamanında Cənubi Azərbaycanın valisi. == Həyatı == Mirzə Fətəli xan Mirzə Əliəkbər xan oğlu Şiraz şəhərində anadan olmuşdu. Məşhur Qəvam, Kəlantər nəslindindir. Mirzə Fətəli xan Sahibdivan Azərbaycanın valisi olmuşdu. Təbrizdə həm valinin, həm vəliəhdin olması ağır yük idi. 1872-ci ildə yayılmış intibahnamədə vali Sahibdivana müraciətdə deyilirdi: "Bizi idarə etmək təkcə vəliəhdin olması kifayətdir. Artıq hakimlər, xüsusilə də sənin kimisi bizə lazım deyil". Öz acgözlüyü və zülmkarlığı ilə əhalini cana gətirən Sahibdivana qarşı Təbrizdə dəfələrlə çıxışlar baş vermiş və nəhayət 1881-ci ildə Təbriz əhalisi onu Azərbaycandan qovmuşdur. (Buna baxmayaraq, şah Sahibdivanı başqa yerə - yerə Şiraza hakim təyin etmişdi). == Ailəsi == Mirzə Fətəli xan Xürrəm Bahar xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu.Hüseyn xan, Heydərəli xan adlı oğlanları vardı.
Mustafa bəy Sahibqıran
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nüvə silahına sahib olan ölkələrin siyahısı
Nüvə silahından uğurla istifadə edən səkkiz suveren dövlət var. Onlardan beşi nüvə silahının qarşısının alınması müqavilənin şərtlərinə uyğun olaraq nüvə silahına malik dövlətlər hesab edilir. Nüvə silahının alınması qaydası belədir: ABŞ, Rusiya (Sovet İttifaqının varisi), Böyük Britaniya, Fransa, Çin. == Nüvə dövlətləri == Mövcud rəsmi məlumatlara görə, aşağıdakı dövlətlər nüvə silahına malikdir və ya malik idi (ilk nüvə sınağının keçirildiyi il və ya silaha malik olma müddətinə görə): Bundan əlavə, NATO -ya üzv olan bir neçə dövlətin ( Almaniya, İtaliya, Türkiyə, Belçika, Hollandiya, Kanada ) və digər müttəfiqlərin (ehtimala görə, rəsmi olaraq inkar edilir - Yaponiya, Cənubi Koreya ) ərazisində ABŞ-nin nüvə silahı var. Bəzi ekspertlər hesab edirlər ki, müəyyən şəraitdə bu dövlətlər ondan istifadə edə bilər . 1994 -cü ildə Qazaxıstan, 1996 -cı ildə isə SSRİ dağılandan sonra ərazilərində SSRİ -nin nüvə silahlarının bir hissəsi olan Ukrayna və Belarus 1992 -ci ildə imzalanmış Lissabon protokoluna əsasən onu Rusiyaya verdilər. Cənubi Afrikanın özünün nüvə silahları var idi, lakin aparteid rejiminin sökülməsi səbəbindən 1990-cı illərin əvvəllərində könüllü olaraq ondan imtina etdi. “Köhnə” nüvə dövlətlərinin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) Nüvə Klubunun yeganə “qanuni” üzvləri kimi beynəlxalq hüquqi müstəvidə statusu “ Qeyri-müqavilə” nin müddəalarından irəli gəlir. 1968-ci il Nüvə Silahlarının Yayılması - bu sənədin IX maddəsinin 3-cü bəndində deyilir: “Bu Müqavilənin məqsədləri üçün nüvə silahına malik dövlət yanvar ayına qədər nüvə silahını və ya digər nüvə partlayıcı qurğusunu istehsal etmiş və işə salmış dövlətdir. 1, 1967." Bu baxımdan, BMT və bu beş "köhnə" nüvə dövləti (onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi böyük güclərdir ) Nüvə Klubunun son dörd "gənc" (və bütün mümkün gələcək) üzvlərinin görünüşünü nəzərə alırlar.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
== Siyahı ==
Pirizadə Mehmed Sahib Əfəndi
Pirizadə Mehmed Sahib Əfəndi (1674, İstanbul – 1749, Bursa) — Osmanlı alimi, şairi və şeyxülislamı. == Həyatı == 1674-cü ildə İstanbulda dünyaya gəldi. Yeniçəri ağası Piri ağanın oğludur. Bu səbəblə Pirizadə olaraq anılır. İsmayıl Hami Danişməndə görə, dəvşirmə kökənli olduğu üçün şəcərəsi bilinmir. Şeyx Süleyman Əfəndi və Tahir Əfəndidən ilk dərslərini aldıqdan sonra şeyxülislam Mirzəzadə Mehmed Əfəndinin xidmətinə alındı. 1695-ci ildə Sultan Mustafanın cülusu əsnasında təhsilini tamamladı və bir müddət yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin kitabçısı olaraq xidmət etdi. Məhz onun tövsiyəsiylə o əsnada sədrəzəm olan Daldaban Mustafa Paşaya, ardından onun xələfi Rami Mehmed Paşaya imam olaraq xidmət göstərdi. Ardından 1701-ci ilin iyulunda müdərris olaraq təyinat aldı və 1723-cü ilədək müxtəlif mədrəsələrdə çalışdı. Bu ərəfədə Mentəşzadə Əbdürrəhim Əfəndinin şeyxülislamlığı dönəmində Müqəddəs torpaqlardakı vəqf torpaqları üzrə müfəttiş olaraq xidmət etdi.
Pirizadə Osman Sahib Əfəndi
Pirizadə Osman Sahib Əfəndi (1710, İstanbul – 3 mart 1770, İstanbul) — Osmanlı alimi, şairi, xəttatı və şeyxülislamı. == Həyatı == 1710-cu ildə İstanbulda doğulmuşdur. Atası Sultan Mahmud səltənətinin şeyxülislamlarından Pirizadə Sahib Əfəndi, babası Piri ağa isə yeniçəri ağalarından idi. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu. ənənəyə uyğun olaraq müxtəlif mədrəsələrdə dərs verdikdən sonra 1738-ci ildə Qalata, 1744-cü ildə isə Məkkə qazısı oldu. Ardından atasının şeyxülislamlığı dönəmində 1745-ci ildə İstanbul qazılığına gətirildi. Ancaq bu təyinat baş tutmadı və məsələ böyüyərək atasının vəzifədən alınmasına səbəb oldu. Belə ki, səhhətinin pis olduğunu deməsinə baxmayaraq Mehmed Sahib Əfəndi həmin il oğluyla birlikdə həccə getdi. 1747-ci ildə ziyarətdən döndü və ata-oğulun Gəliboluda qalmasına qərar verildi. Bir il sonra isə bağışlanaraq Üsküdarda qalmalarına icazə verildi.
Qadın sahibkarlar
Qadın sahibkarlar— xüsusən bir müəssisəni quran və idarə edən qadınlardır. 20 və 21-ci əsrdə qadın sahibkarların sayı ABŞ- da davamlı olaraq artdı, 1997-ci ildən bəri qadın sahibkarlıq biznesi 5%-ə qədər artdı. Bu artım, Koko Şanel, Diana Hendriks, Marqaret Vitmen və Opra Uinfri kimi varlı qadınların yaranmasına səbəb oldu. == Tarixi == ABŞ-də ilk qadın sahibkarlığı işi 1739-cu ildə Eliza Lukas 16 yaşında olarkən Cənubi Karolinadakı ailəsinin əkinlərinə başçılıq etdiyi zaman qeyd olunur. 18–19-cu əsrlərdə qadınlar gəlirlərini artırmaq yolu ilə kiçik biznes fəaliyyətinə başladılar. Bir çox hallarda yoxsulluğun qarşısını almağa çalışırdılar və ya həyat yoldaşının itkisi ilə üzləşənlər gəlir əldə etmək məqsədilə sahibkarlığa başlayırdılar. O dövrdə bu qadınların qurduqları müəssisələr sahibkarlıq kimi düşünülmürdü. Onların bir çoxu məişət vəzifələrinə diqqət etməli idilər. Məsələn, təhsil və alternativ məşğulluq imkanları ilə uzun müddət davam edən və əhəmiyyətli maneələr olan qaradərili qadınlar tarixən az maaşlı işlərə və məişət işlərinə, xüsusən də Cima Krou qanunu da işləmişdilər. Nəticədə, 20-ci əsrin əvvəllərində qaradərili qadınlar tikiş, saç baxımı, evdə məişət işi və mamaçılıq sahələrində inkişaf edirdilər.
Qazaxıstanda sahibkarlıq
Qazaxıstandakı kiçik və orta sahibkarlıqlar (KOS) 2017-ci il üçün 1.45.994 müəssisə ilə təmsil olunur. 2010-cu ildən 2017-ci ilə qədər aktiv KOS-lərin sayı 661.598-dən 1.145.994-ə yüksəldi və bu artım orta hüquqi şəxslər istisna olmaqla bütün sahibkarlıq növlərində müşahidə edildi. == KOS-larda məşğulluq == 2012-ci ilədək Qazaxıstanda KOS-larda 1,8 milyon nəfər işləyir ki, bu da ümumi iqtisadi cəhətdən əhalinin 23% -dir. Eyni zamanda, Qazaxıstanın böyük şəhərlərində KOS-lərdə işləyənlərin sayı aktiv əhalinin 50% -ə çatır. == Sahibkarlığa dəstək infrastrukturu == Qazaxıstan sahibkarlığının inkişafı çərçivəsində 1997-ci ildə məqsədi "Sahibkarlığa maliyyə və məsləhət yardımı göstərmək" olan xüsusi bir dövlət fondu yaradılmışdır. Həmçinin, sahibkarlığa regional səviyyədə sahibkarlıq şöbələri tərəfindən xidmətlər göstərilir. 2011-ci ildə kiçik müəssisəyə xidmət dəstəyi verilən xüsusi bir "İş Yol Xəritəsi-2020" proqramı yaradıldı. Bu proqramın əsas operatoru "Damu" dövlət fondudur.Qazaxıstanda sahibkarlığı dəstəkləyən bir sıra QHT və ixtisaslaşmış dərnəklər mövcuddur. Xüsusilə, öz sıralarında Qazaxıstanın təşəbbüskar ittifaqlarını birləşdirən Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasını qeyd etmək olar. Qazaxıstanda sahibkarlığı dəstəkləyən ən qədim qeyri-hökumət qurumlarından biri 1992-ci ildə yaradılan Qazaxıstan Sahibkarlar Forumudur.
Quru Qrant Sahib
Quru Qrant Sahib — Siqhizm dinin müqəddəs kitabı. 1430 səhifədən ibarət olan Quru Qrant Sahib kitabında dini hökmlərlə yanaşı, müxtəlif rəvayətlərdə yer almışdır. Quru Qrant Sahibin hazırlanmasında beşinci quru Quru Arjanın rolu böyükdür. 1604-cü ildə Quru Qrant Sahibin ilkin versiyası kimi Adi Qrant Quru Arjanın göstərişi ilə hazırlanmışdır.
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. == Tarixi və fəaliyyəti == Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. == Tədris prosesi == Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.
Sahib Alıyev (siyasətçi)
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008). == Həyatı == Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. == Siyasi fəaliyyəti == Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırış və VI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Sahib Alıyev (əsgər)
Sahib Həsənov (20 Yanvar şəhidi)

Digər lüğətlərdə