Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
ABŞ-ın Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
ABŞ-ın Somali səfirliyi
ABŞ-nin Somali səfirliyi — ABŞ-nin Somalidə yerləşən əsas diplomatik nümayəndəliyidir. == Tarixi == 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdır. Yalnız 24 il sonra - 2015-ci ildə fəaliyyətini bərpa etmişdir. Yeni səfir Katherine Simonds Dhanani seçilmişdir.
Akademik Zemfira Səfərova (film, 2017)
Akademik Zemfira Səfərova qısametrajlı sənədli televiziya filmi 2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film əməkdar incəsənət xadimi Zemfira Səfərova haqqındadır. == Məzmun == Film əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərovanın həyat və fəaliyyətini əks etdirir.
Albert Səfərov
Albert Səfərov Nurəddinoviç (azərb. Səfərov Albert Nürəddin оğlu‎) — Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi (2007–2021), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Səfərov Albert Nurəddin oğlu 06.05.1956-cı ildə Azərbaycan Respublikası, Qusar rayonunun, Aşağı Ləgər kəndində anadan olub.1963–1973-cü illərdə Aşağı Ləgər kənd orta məktəbində təhsil alıb. 1974-cü ildə Bakı Dəmiryol Nəqliyyat texnikomuna daxil olub və 1980-cı ildə " Vaqon təsərrüfatı " ixtisası üzrə həmin texnikomu bitirib. İlk iş fəaliyyətinə 1978-ci ildə Bakı Vaqon Deposunda çilingər vəzifəsilə başlayıb,1980–1986-cı illərdə vaqon baxıcısı kimi işini davam etdirib.1986–1994-cü illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda eyni vəzifədə çalışıb. 1995-ci ildə Azərbaycan Texniki Universitetinin "Lokomotiv və Vaqon təsərrüfatı" fakultəsinə qəbul olub,1999-cu ildə bitirib.2005-ci ildə həmin universitetdə Magistr təhsili alıb. 1994–1995-ci illər ərzində Keşlə Vaqonların Təmiri Konteyner Deposundatexniki məntəqənin rəisi təyin edilib.1995–1997-ci illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda rəisi işləyib. 1997–1999-cu illərdə Bakı Bələdçilər Ehtiyatının rəisi vəzifəsində işləyib. 1999–2007-ci illərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının rəisi olub. 2007–2010-cu illərdə "Qəza Bərpa Qatarı"MMC-nin rəisi, 2010-cu ildən 31.03.2021-ci ilədək Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəisi vəzifəsində çalışıb.
Alman klinikasına şəxsi səfər (film, 1988)
Alman klinikasına şəxsi səfər filmi rejissor Rasim İsmayılov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Filmdə əsas rolları Ramiz Novruzov, İqor Ledoqorov, İqor Stepanov, Kazım Abdullayev, Yelena Tonunts, Liliya Makarova və Anatoli Kotenyov ifa edirlər. == Məzmun == Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur. == Filmin üzərində işləyənlər == Rejissor: Rasim İsmayılov Ssenarist: Rasim İsmayılov, Məmməd Avdiyev Operator: Teyyub Axundov Rəssam: Fikrət Əhədov Bəstəkar: Ruhəngiz Qasımova == Rollarda == Rasim Balayev — mühəndis Məmməd RüstəmovRamiz Novruzov — Baba Əliyev İqor Ledoqorov — Anton Qaberkorn İqor Stepanov — Anatoli SmelovKazım Abdullayev — Qafar Qafarov Yelena Tonunts — frau Anna Surina Liliya Makarova — TatyanaAnatoli Kotenyov — Vladimir TişkovAleksandr Arjilovski — Kulçitski Yuri Dedoviç — Aleksey PutilovAnatoli Yabbarov — BlinovKamil Zöhrabov — Rəhim Aşurbəyov Konstantin Butayev — Əbdülməcid Çermoyev Pyotr Yurçenkov — XladovŞahin Cəbrayılov — Əbilovİosif Rıklin — Gessen Boris Aleksandrov — Kovrov E. Poplavski — Karpov Ülvi Məmmədov — TahirGündüz Abbasov — Stepan LeonozovRamiz Əzizbəyli — Leon Montaşev A. ƏzimovE. Azəryar Yefim Abramov — Pavel QukasovNadir Əzməmmədov — Arşak Qukasov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Baba Əliyev (Ramiz Novruzov)(titrlərdə yoxdur) == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı1988-ci ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlərinin siyahısı
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Amil Səfərli
Amil Nizami oğlu Səfərli (29 sentyabr 1994, İmişli rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Səfərli 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Səfərov
Anar Həsən oğlu Səfərov (1953, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III və IV çağırış deputatı, Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. == Həyatı == Anar Həsən oğlu Səfərov 1953-cü ildə Sədərək kəndində doğulmuşdur. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. O, ali təhsilini tamamladıqdan sonra Sədərək orta məktəbində müəllim olaraq çalışmışdır. == Siyasi fəaliyyəti == Anar Səfərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 44 nömrəli ikinci Sədərək seçki dairəsi üzrə deputat seçilmişdir. O, elə həmin il Naxçıvan Ali Məclisi sədrinin müavini seçilmişdir.Anar Səfərov Naxçıvan Ali Məclisinə 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Sədərək, 5 noyabr 2000-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Qarağac dairəsindən, 2005-ci il və 2010-cu il tarixlərində keçirilmiş seçkilərdə isə 2 saylı Heydərabad dairəsindən deputat seçilmişdir.Anar Səfərov 1996-cı il tarixindən 2000-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.Anar Səfərov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Arif Səfiyev
Arif Məhərrəm Səfiyev (6 may 1934, Qaryagin) — Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar birliyinin üzvü. == Həyatı == Arif Məhərrəm oğlu 6 may 1934-cü ildə Füzuli şəhərində dünyaya pənah gətirib. Şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə qəbul olub. 1958-ci ildə universiteti tamamlayıb. Əmək fəaliyyətinə "Avtomobil nəqliyyatçısı" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. 1961-ci ilədək redaksiyada çalışıb. Sonra Azərbaycan ЕA Nizami adına Ədəbiyyat Inistitutunun aspiranturasına daxil olub. 1964-cü ildə Aspiranturanı tamamladıqdan sonra institutda elmi işçi kimi qalıb. 1969-cu ildən 1973-cü ilədək elmi katib vəzifəsində işləyib. 1973-cü ildən 1990-cı ilədək institutda baş elmi işçi kimi fəaliyyət göstərib.
Aslan bəy Səfikürdlü
Aslan bəy Ağalar bəy oğlu Səfikürdski (30 sentyabr 1881, Səfikürd, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1937, Bakı) — Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri. == Həyatı == Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabr ayının 30-da Yelizavetpol qəzasının Səfikürd kəndində (indiki Goranboy rayonunda) anadan olmuşdur. Onun atası Ağalar bəy 1890-cı ildə vəfat etmiş və Aslan bəy kiçik yaşlarından anası Maytavan xanımın və əmilərinin himayəsində böyümüşdür. Aslan bəyin özündən kiçik iki qardaşı vardı. Doğma kəndlərində məktəb olmadığından Aslan bəy orta təhsil almaq üçün Gəncəyə gedir, qohumlarının evində yaşayaraq onların himayəsilə Gəncə klassik gimnaziyasına daxil olur və orta təhsilini 1901-ci ildə başa vurur. Həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Rusiya Sankt-Peterburq Universitetinə köçürülür. O, Sankt-Peterburqda keçirilən inqilabi tələbə tətillərinə qoşulur və ona görə 1903-cü ilin mart ayında Universitetin professor-müəllimlərdən ibarət daxili nizam-intizam məhkəməsi şurasının qərarına əsasən yarım il müddətinə oradan xaric edilir. Onun bərpa edilməsi 1904-cü ilin yanvar ayının 20-də mümkün olur. Aslan bəy Səfikürdski azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olmuşdu.
Aslan bəy Səfikürdski
Aslan bəy Ağalar bəy oğlu Səfikürdski (30 sentyabr 1881, Səfikürd, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1937, Bakı) — Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri. == Həyatı == Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabr ayının 30-da Yelizavetpol qəzasının Səfikürd kəndində (indiki Goranboy rayonunda) anadan olmuşdur. Onun atası Ağalar bəy 1890-cı ildə vəfat etmiş və Aslan bəy kiçik yaşlarından anası Maytavan xanımın və əmilərinin himayəsində böyümüşdür. Aslan bəyin özündən kiçik iki qardaşı vardı. Doğma kəndlərində məktəb olmadığından Aslan bəy orta təhsil almaq üçün Gəncəyə gedir, qohumlarının evində yaşayaraq onların himayəsilə Gəncə klassik gimnaziyasına daxil olur və orta təhsilini 1901-ci ildə başa vurur. Həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Rusiya Sankt-Peterburq Universitetinə köçürülür. O, Sankt-Peterburqda keçirilən inqilabi tələbə tətillərinə qoşulur və ona görə 1903-cü ilin mart ayında Universitetin professor-müəllimlərdən ibarət daxili nizam-intizam məhkəməsi şurasının qərarına əsasən yarım il müddətinə oradan xaric edilir. Onun bərpa edilməsi 1904-cü ilin yanvar ayının 20-də mümkün olur. Aslan bəy Səfikürdski azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olmuşdu.
Atabala Səfərov
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012) == Həyatı == Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Aytən Səfərəliyeva
Aytən Səfərəliyeva — Jurnalist. == Həyatı == Aytən Səfərəliyeva 1983-cü il fevral ayının 2-sində anadan olub. 2000-ci ildə orta məktəb məzunu olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2005-ci ildə eyni fakültənin beynəlxalq jurnalistika üzrə magistratura bölməsini bitirib. "Lider" telekanalında yayımlanan "Zəif Bənd" , "Milyonçu" verilişində redaktor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında yayımlanan "Sözün sirri" verilişinin müəllifi, eyni zamanda həmin telekanalda yayımlanan "Çoxbilmişlərdənsinizmi?" verilişinin redaktoru vəzifəsində çalışır. Bir sira layihələrin müəllifidir . Bu rola aktrisa kimi gəlişi təsadüfi idi.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
Azərbaycan səfirliklərinin siyahısı
== Avropa ==
Azərbaycanın səfirlikləri
== Avropa ==
Ağalar bəy Səfikürdlü
Ağalar bəy Ağalar bəy Səfikürdski (1890, Səfikürd, Yelizavetpol qəzası – 1966, Bakı) — Gəncə Şəhər Dumasının başçısı, həkim. == Həyatı == Ağalar bəyin üçüncü oğlu Ağalar bəy 1890-cı ildə Səfikürd obasında doğulub. Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Univеrsitеtinin tibb fakültəsinə daxil olmuşdu. 1917-ci ildə univеrsitеti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı. 15 aprel 1920 tarixində Gəncə Şəhər Dumasının sədri seçilmişdir. Sovеt dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Sеmaşko adına xəstəxanada baş həkim, Rеspublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı. Ağalar bəy 1966-cı ildə vəfat еtmişdir. == Ailəsi == Ağalar bəyin Silva xanım və Zülfi xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh.
Ağalar bəy Səfikürdski
Ağalar bəy Ağalar bəy Səfikürdski (1890, Səfikürd, Yelizavetpol qəzası – 1966, Bakı) — Gəncə Şəhər Dumasının başçısı, həkim. == Həyatı == Ağalar bəyin üçüncü oğlu Ağalar bəy 1890-cı ildə Səfikürd obasında doğulub. Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Univеrsitеtinin tibb fakültəsinə daxil olmuşdu. 1917-ci ildə univеrsitеti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı. 15 aprel 1920 tarixində Gəncə Şəhər Dumasının sədri seçilmişdir. Sovеt dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Sеmaşko adına xəstəxanada baş həkim, Rеspublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı. Ağalar bəy 1966-cı ildə vəfat еtmişdir. == Ailəsi == Ağalar bəyin Silva xanım və Zülfi xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh.
Bayram Səfərov
Bayram Əsəd oğlu Səfərov (1951, Şuşa, DQMV) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş sədri == Həyatı == Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində ("AZAL") rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir. Hazırda nadir hallarda istifadə etmək olar. ..
SCF
Sərbəst Cümhuriyyət Firqəsi — Mustafa Kamal Atatürkün istəyi üzərinə Fethi Okyar tərəfindən qurulmuş siyasi partiya. Partiyanın yaradılması Türkiyə Cumhuriyyətinin təkpartiyalı dövrdən çoxpartiyalı dövrə keçid üçün ikinci cəhdi olaraq səciyyələndirilir. == Tarixi == Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. 1926-cı ildə Əhməd bəy Ağaoğlu hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Adi sıf
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
Asəf Ağayev
Asəf Abid oğlu Ağayev (24 noyabr 1993, Qax – 17 dekabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı və hərbi xidməti == Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə buranı bitirmişdir. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır. 2016-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlamışdır. Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak etmişdir. Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək həlak olmuşdur.
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Asəf Cəfərov
Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov (28 iyul 1927, Bakı – 3 aprel 2000, Bakı) — Azərbaycan SSR xalq rəssamı (1989). == Haqqında == Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir. A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir.
Asəf Hacıyev
Asəf Hacıyev (deputat) — Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri. Asəf Hacıyev (jurnalist) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır.
Asəf Lənbərani
Asəf Lənbərani — şair. == Həyatı == Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı. == Yaradıcılığı == Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir.
Asəf Maşıyev
Asəf Volodya oğlu Maşıyev (26 noyabr 1982, Samux rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Maşıyev 1982-ci il noyabrın 26-da Samux rayonunun Füzuli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Asəf Maşıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Asəf Maşıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı itgin düşüb. 70 gündən sonra onun nəşi tapılıb və dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Maşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Maşıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930 - 23 iyun 2015) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Asəf Mütəllimov
Asəf Rəhman oğlu Mütəllimov (2 aprel 1966, Neftçala rayonu – 1993, Mərzili) — "Azərbaycan Bayrağı" ordeni kavaleri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Mütəllimov 1966-cı il aprel ayının 2-də Neftçala rayonunda anadan olmuşdur. == Hərbi xidməti == === Birinci Qarabağ müharibəsində iştirakı === Qarabağ döyüşləri zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. PDM ekipajının mexaniki olaraq və onu digər iki döyüş yoldaşı Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmişdir. Asəf Mütəllimov 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə həlak olmuşdur. Pirətavan qəbristanlığında dəfn edilmişdir. === Monte Melkonyanın öldürülməsi ilə bağlı === Onun və ekipajının "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutması ilə bağlı versiya var. Nəticədə onun ekipajı tərəfindən terrorçu məhv edilmişdir. Bununla bağlı "258 nömrəli PDM-in ekipajı" sənədli film çəkilib.
Asəf Məmiyev
Asəf Qəni oğlu Məmiyev (1972-ci il Hoçaz, Laçın rayonu Azərbaycan SSR SSRİ. 1992-ci il Hoçaz Laçın rayonu Azərbaycan) — Azərbaycan silahlı qüvvələrinin əsgəri. Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmiyev Asəf Qəni oğlu. 1972 ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub == Xidmət illəri == Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşaraq erməni tərəfi xeyli itki verdirərək qovmağa nail olsalar da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Asəf və Kamil qardaşları vurularaq Şəhid olmuşlar. Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (kecmiş Nar zavodu) qəbirstanlığındadır.
Asəf Məmmədov
Asəf Mehman oğlu Məmmədov (1 iyul 1995, Poylu, Ağstafa rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Məmmədov 1995-ci il iyulun 1-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə Poylu qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Asəf Məmmədov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asəf Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Asəf Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf Nadirov
Asəf Abbasqulu oğlu Nadirov (13 mart 1929, Şərur rayonu, Naxçıvan MSSR – 14 mart 2014, Bakı) — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır. == Əmək fəaliyyəti == Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956-1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır.1958-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964-1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1980-1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur.Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur. Daha sonra 1997–2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının müşaviri kimi fəaliyyət göstərmişdir. O, 2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü təyin edilmişdir.
Asəf Nəsibov
Asəf Nəsibov (25 fevral 1994, Qaymaqlı, Qazax rayonu – 29 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Hərbi xidməti bitirdikdən sonra "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də əmək fəaliyyətinə başlamışdır. == Hərbi xidməti == Asəf Nəsibov 2016-cı ilin Aprel döyüşlərində snayperçi kimi iştirak edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Asəf Orucoğlu
Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü. == Həyatı == Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir. == Təhsili == 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. == Ədəbi yaradıcılığı == Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.
Asəf Salamov
Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı. == Həyatı == Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirir. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olur. == Fəaliyyəti == Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur. 1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına laiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur.
Asəf Zamanov
Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis. == Həyatı == Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır. 2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır.
Asəf Zeynallı
Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir.Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929–1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar.
Asəf İsgəndərov
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Asəf İskəndərov
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Asəf Əsgərov
Asəf İlqar oğlu Əsgərov (12 mart 1989, Bərdə rayonu – 12 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Əsgərov 1989-cu il martın 12-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Asəf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asəf Əsgərov oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Nef
Nef bir bazilika kilsəsinin mərkəzi dəhlizi və ya bir kilsənin arxa divarı ilə kəsişməsinin ən uc nöqtəsi arasında olan əsas gövdəsi və dəhlizdəki transept adlanan çarpaz nefdir. Bu ruhban təbəqəsindən olmayan xristianlar (laika) tərəfindən əldə edilə bilən kilsə ərazisidir.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Sel
Sel — dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir.
Sen
Sen
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Stef.
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Şelf
Şеlf (ing. shelf) – dayaz, matеrikin su ilə basılmış hissələridir. Dünya оkеanının 8%-ə yaхınını tutur. Adətən 200 m dərinliyə qədər оlan sahələr bura aid еdilir. Şеlf aid оlduğu matеrikin rеlyеfinə uyğun, dayaz, zəif mеylli düzənliklərə dеyilir. Dünya оkеaının bu hissəsi еlə bir sahədir ki, gətirmə matеriallarının əsas hissəsi burada tоplanır. Gеоlоji baхımdan şеlf matеriklərə aid еdilən yеr kürəsinin bir hissəsi sayılır. Şelf [ing. shelf – dayazlıq] - okeanologiyada qitənin kənarında yerləşən, dənizlə örtülü vilayət- geniş qitə dayazlığı. Qlobal miqyasda şelf eni sıfırdan 1500 km-dək dəyişir, orta hesabla 78 km təşkil edir.
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adıŞəfa Hüseynova — azərbaycanlı müğənni.Kişi adıŞəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.TəxəllüsŞərafət Şəfa — jurnalist, şairəDigərŞəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Şərf
Şərf — geyim növü və aksessuarı == Tarixçə == Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. == Müxtəlif mədəniyyətlərdə == Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Sex
Sex (rus. цех, dolayı yolla pol. сесh sözündən, o da alm. zunft‎; mənası – "eyni sinifdən olan şəxslərin birliyi") — feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları. == Tarixi == Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniya və İngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar.
Sefo
Seyfullah Sağır (16 mart 1998, Samsun) – Türk pop musiqiçisi və söz yazarıdır."Bilmem mi?" adlı Reggaeton tipli mahnısı ilə o daha çox tanınmağa başlamışdır. == Həyatı və Kariyerası == 16 mart 1998 tarixində o Samsunda doğulub. Əslən Trabzondandır. 2018-in Mart ayında o musiqi karyerasına "Yalan"adlı ilk mahnısı ilə başlamışdır. O, 2019-cu ilin Fevralında çıxardığı "Poz" adlı sinqlından sonra musiqiyə daha çox diqqət yetirmək qərarına gəlib. 18 aprel 2019-cu ildə "Up Down"adlı mahnısını dinləyiciləri ilə bölüşdü. 28 iyun 2019-cu ildə "362"adlı sinqlı buraxdı. Bu sinqldan sonra o, "Derdi Ne" mahnısı yaratdı. Mahnılarında adətən pop ritmindən istifadə edir. O, 21 fevral 2020-ci ildə "Başa Sar" adlı sinqlı buraxdı, mahnının digər adları arasında Aerro və Yase Sefo'nun beatində müşayiəti var.
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. == Tarixi == Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Montröy (Sen-Sen-Deni)
Montröy (fr. Montreuil), həmçinin Montröy-Su-Bua (fr. Montreuil-sous-Bois) — Fransada, Sen-Sen-Deni departamentində şəhər. Parisin şərq şəhərətafı. Maşınqayırma, dəri, yeyinti, kimmya və şərabçılıq sənayesi var.