Yunanlar öz idman yarışları ilə tanınırdılar. Bunlardan ən görkəmlisi isə dörd ildən bir keçirilən Olimpiya oyunları idi. Bu oyunlara o dərəcədə ciddi yanaşılırdı ki, onların keçirildiyi ərazilər müqəddəs sayılır və hətta bir-biri ilə müharibə edən şəhərlərin təmsilçiləri belə orada görüşə bilirdilər.
İdman yarışlarının tam ədalətli olması üçün müəyyən standartlar təyin etmək və oyunları onlara uyğun keçirmək lazım idi; məsələn, qaçış yarışları üçün məsafənin uzunluğu müəyyən edilməli idi. Yunan sözü “stadios” təsbit edilmiş, müəyyən olunmuş mənasını verirdi. Buna görə də müəyyən edilmiş məsafəni stadion adlandırırdılar.
Olimpiya oyunlarında qaçış üçün nəzərdə tutulan məsafə bir stadiona (yəni 190 metrə) bərabər idi. Bu, ənənəvi Olimpiya məsafəsi sayılırdı. Beləliklə, məsafənin uzunluğu qaçış növünün adına çevrildi. Tədricən bu ad qaçış üzrə yarışların keçirildiyi yerə şamil edilməyə başlandı. Bu gün stadion idman tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan tikililər kompleksidir. (Ayzek Azimov. Sözlərin tarixi)