Mənbələrdə tifək sözü “yumşaq yun” kimi açıqlanıb. Tiftik indi “saç” anlamında işlədilir. Rus dilindəki тюфяк (yumşaq mənasında) sözü də buradandır. İndi difdik sözü dialektlərdə “keçi qılı” mənasında daha çox işlədilir. Məcazi (təhqiramiz) mənada qadın saçına da deyirlər. Zənn etmək olar ki, söz etimoloji baxımdan tük kəlməsi ilə qohumdur. Ən inandırıcı yozum isə belədir: söz fars mənşəlidir (təftik kimi yazılır), mənası isə “козий пух” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)