vəkil

is. 1) avocat m ; 2) avocat de la défense, avocat défenseur (müdafiəçi) ; 3) représentant m (nümayəndə) ; müvəqqəti işlər ~i chargé m d’affaires

vəkalətsiz
vəkillik
OBASTAN VİKİ
Vəkil
Vəkil (ərəb. ماحم‎) Vəkalətə əsasən iş görən şəxs -Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M. F. Axundzadə). Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat.
Təyinatlı vəkil
Təyinatlı vəkil — məhkəmə işində iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onların maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına təyin olunmuş vəkil. Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla bəzi Birlik dövlətlərində təyinatlı solisitorlar cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə müvafiq xidmətləri göstərirlər. Kanadada belə vəkillərə təyinatlı konsullar deyilir.
Vəkil (dəqiqləşdirmə)
Vəkil — Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu. Vəkil (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Vəkil (Çaldıran)
Vəkil (fars. وكيل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (36 ailə).
Vəkil Hacılı
Vəkil Mustafayev
Vəkil Mustafayev (1938, Səmərqənd – 19 aprel 2019, Brüssel) — sovet KQB agenti, kürd separatçısı. 1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma "Laçın Kürd Respublikası" elan edib. == Həyatı == Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünə göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1980-ci ildə həbs təhlükəsindən yayınmaq üçün Naxçıvana qaçdı. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya onun yaxşı kadr olması, ona böhtan atılması barədə yazdılar. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. "Musto" ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Onun həyat yoldaşı əslən rusdur, Sovet ordusunda zabit kimi qulluq göstərirdi. V. Mustafayevin son üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində 2019-cu il aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir.
Əl-Vəkil
Əl-Vəkil (ər. الوكيل) — Allahın adlarından biri. "Vəkil olaraq Allah yetər". "Gərək möminlər Allaha təvəkkül etsinlər!" "Allah bizə yetər. O, nə gözəl Vəkildir". "Məndən başqa heç bir Vəkil tutmayın.
Əli Vəkil
Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998). == Həyatı == Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur.
Vəkil hanı?
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. == Məzmun == Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... == Film haqqında == Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev === Rollarda === Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu === Filmi səsləndirənlər === Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu == İstinadlar == == Mənbə == Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Vəkil (Səfəvilər)
Vəkil — Səfəvilər imperiyasının iyerarxiyasında ən yüksək vəzifələrdən biri, səltənətin inzibati və bəzi dini işlərində canişin. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. ISBN 978-0857716613. == Əlavə ədəbiyyat == Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. ISBN 978-0857715883.
Azər Tağıyev (vəkil)
Vəkil hanı? (film, 2011)
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. == Məzmun == Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... == Film haqqında == Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev === Rollarda === Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu === Filmi səsləndirənlər === Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu == İstinadlar == == Mənbə == Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Gəray bəy Vəkilov
Gəray bəy Vəkilov (d.1884) - (v.1952, Bakı ş.) — 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçısı, Gəncədə I süvari alayının komandiri, 1920-ci ilin əvvəllərində isə Bakıdakı I kadet korpusunda hərbi təhsil idarəsinin rəisi, polkovnik. Birinci süvari alayının komandiri kimi Gəncə, Tərtər və Bakıda xidmət edib. Abbasqulu bəy Vəkilovun oğludur. “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. == Həyatı == Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və I Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. Iyirminci ildən sonra Şəkidə yerləşən ikinci qırmızı kadet korpusunda xidmət edib. Çar və Müsavat zabiti olduğuna görə şübhəli şəxs kimi dəfələrlə həbs edilib.
Həmid Vəkilov
Həmid Şamil oğlu Vəkilov (23 yanvar 1949, Bakı – 16 noyabr 2020, Bakı) — Azərbaycan tarzəni, professor, Azərbaycan SSR əməkdar artisti (1987). == Həyatı == 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Erkən yaşlarından tara olan məhəbbəti Bülbül adına musiqi məktəbində oxuyarkən daha da artır və bu məhəbbət onun tarla əbədi dostluğunun təməli olur. 1967–1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alaraq solist ifaçı, xalq çalğı alətləri orkestrinin dirijoru ixtisaslarına yiyələnir. Həmid Vəkilovun tar ifaçılığının tədrisində də mühüm xidmətləri var. 1973-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətinə başlayan sənətkar 1978-ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) da tar alətini tədris etmişdir. 1990-cı ildən konservatoriyanın dosenti olan tarzən 1992-ci ildə Türkiyəyə dəvət olunur və orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə vətənə qayıdan Həmid müəllim Milli Konservatoriyada fəaliyyət göstərib, professor elmi adına layiq görülüb. Bütün deyilənlərdən bəlli olur ki, Həmid Vəkilovun Azərbaycan tar alətinin təkmilləşməsində və tar ifaçılığının inkişafında mühüm rolu var. Bu mənada onun köçürmələri əsasında bir neçə tədris proqramlarını (N.Əliverdibəyovun "Vals-skertso", P.İ.Çaykovskinin "Sentimental vals", T.Quliyevin "Qaytağı" əsərlərindən ibarət "Pyeslər" məcmuəsi) da qeyd edə bilərik.
Həsən Sultanov (Vəkilov)
Kərim Vəkilov
Kərim Lütfəli ağa oglu Vəkilov 1901-ci ildə anadan olub. Atası və anası vəfat etdikdən sonra baçısı ilə birlikdə əmiləri Yusif ağanın himayəsinə keçirlər. Yusif ağa müflis vəziyyətinə düşdükdən sonra məcbur olub yeniyetmə qardaşı oğlunu Qoridə Firidun bəyə qapı qulluqçusu verir (Kə­rim Vəkilov öz tərcumeyi-halında belə göstərir). 1918-ci ilə qədər Kərim Vəkilov Firidun bəyin evində yaşamışdır. 1918-ci ildə Qori Seminariyası Qazaxa köçürüldükdə Firidun bəy Kərimi məktəbə qəbul etdirir. 1919-1920-ci illərdə Milli Orduda xidmət edən Kərim Vəkilov AXC süqutundan sonra yenidən seminariyaya qayıdıb təhsilini davam edir. 1921-ci ilədək Kərim Vəkilov Qazax Seminariyasında oxuyur. Həmin il Hərbiyyə və Bəhriyyə komissarı Əliheydər Qarayev Qazax Seminariyasından bir qrup yoxsul gənçi Bakiya hərbi məktəbə gətirəndə Kərim Vəkilov da onların arasında idi. 1923-cü ildə Kərim Vəkilov Bakida Hərbi-Texniki Məktəbi bitirir. 1923-1925-ci illərdə Azdiviziyanın 2-ci istehkamçılar polkunda xidmət edir; 1925-1927-ci illərdə 3-cü istehkamçılar polkunda xidmət edir; 1927-1929-cu illər­də isə Azdiviziyanın 2-ci ərazi polkunda xidmət edir.
Leyla Vəkilli
Leyla Vəkilli (tam adı; Leyla Həsanalısultan qızı Vəkilli; 1932, Paris – 26 noyabr 2017, Bodrum, Muğla ili) — Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu. == Həyatı == Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. 26 noyabr 2017-ci il tarixdə Türkiyədə Bodrum, Muğla, Türkbükü bölgəsində dünyasını dəyişmişdir. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub.
Leyla Vəkilova
Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycan SSR Xalq Artisti, SSRİ xalq artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir. == Həyatı == Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
Mehdixan Vəkilov
Mehdixan Yusif ağa oğlu Vəkilov (15 iyun 1902, Yuxarı Salahlı, Qazax qəzası – 18 oktyabr 1975, Bakı) — ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı" ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri, AMEA Tarix İnstitutunda şöbə müdiri, Quba qəza maarif şöbəsinin müdiri olmuşdur. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz Vəkilovanın əmisidir. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi. Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır. == Həyatı == Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.
Mirzə Xudadat bəy Vəkilov
Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki. == Həyatı == Polkovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə (1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) və 1862-ci ildə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordeni. Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. Qafqaz Əlahiddə Ordusunda şərq dilləri üzrə mütərcim-tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçubaşovun isə dayısıdır.
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. == Həyatı == Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. == Fəaliyyəti == Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Mustafa Vəkilov
Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
Mustafa ağa Vəkilov
Vəkilov Mustafa ağa Məmməd ağa oğlu (25 yanvar 1899, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 aprel 1943, Vojayol[d], Ust-Vım rayonu[d], Komi MSSR[d], Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Azərbaycanın ilk hüquq professoru, Sarbon Universitetinin məzunu. == Həyatı == Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. Atası Məhəmməd ağa Vəkilov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub. 1917-ci ildə Tiflis 1-ci kişi gimnaziyasında orta təhsilini başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən uğurla gəlməsinə yardımçı olub. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransanın Sarbon Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–1922-ci illərdə Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun 2-ci kursa keçdiyi göstərilirdi.
Mustafa ağa Vəkilov (II)

Mustafa bəy Vəkilov
Mustafa bəy Vəkilov (tam adı: Mustafa bəy Nadir ağa oğlu Vəkilov, mühacirətdə: Vəkilli, Vəkiloğlu; sentyabr 1896, Qazax – 30 noyabr 1965, Ankara) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu Daxili işlər naziri (1920), Moskva Universiteti hüquq fakültəsinin məzunu, siyasi xadim. Hökumətin ən gənc naziri olmuşdur (24 yaşında). == Həyatı == Mustafa bəy Nadir oğlu Vəkilov 1896-cı ildə sentyabr ayında Azərbaycanın Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli – azadlıq mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur. 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri – rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M. Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir. Mustafa bəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının başçılarından biri idi. === Ailəsi === İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir.
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi. == Məzmun == Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir. == Film haqqında == Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir. İki hissədən ibarətdir.
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Müşfiq Cəfərov (millət vəkili)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.
Məmməd ağa Vəkilov
Məmməd ağa Mustafa ağa oğlu Vəkilov (24 avqust 1862, Qazax – 1941, Bakı) — maarifçi, ictimai-siyasi xadim, türkoloq, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dəftərxanasının rəisi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı və fəaliyyəti == Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində doğulmuşdur. Bəzən adı "Məhəmməd ağa" şəklində də yazılır. Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov (1833–1883), anası Fatma xanımdır. Mustafa ağa Krım müharibəsi zamanı Qafqaz cəbhəsində gedən döyüşlərdə Qazax bəy sotnyasının (yüzlük) sıralarında hərbi əməliyyatlarda iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə, ordu komandanlığı tərəfindən gümüş temlyak gəzdirmək hüququnda yunker rütbəsinə layiq görülmüşdür. Məmməd ağa Vəkilov Qori Seminariyasını bitirmiş (1883), Kutaisi quberniyasında kənd müəllimi işləmiş, sonra Kutaisi hərbi qubernatorluğu hərbi-xalq idarəsində dövlət müşaviri rütbəsində yazı tərcüməçisi işləmişdir. Sonra xidməti vəzifəsi Tiflisə dəyişdirilmiş, 1905-ci ildən Qafqaz canişini Vorontsov-Daşkovun dəftərxanasında, hərbi-xalq işləri idarəsində, 1913-cü ildən Xüsusi Şöbədə çalışmışdır. Bu illərdə Tiflisin mədəni və ictimai həyatında yaxından iştirak etmiş, şəhərin türk əhalisi arasında hörmətli şəxslərdən biri olmuşdur. Ən yaxın dostları sırasında Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli kimi ziyalılar vardı. Xalqının maariflənməsi yolunda var qüvvəsi ilə çalışan Məmməd ağa XX yüzilin əvvəllərində Tiflisdə hər dildə bir neçə qəzet çıxdığı halda, Qafqazın etnik spektrində çoxluq təşkil edən Azərbaycan türklərinin dilində bircə qəzet ("Şərqi-rus") çıxmasından narahat olduğundan, təşəbbüsdə bulunaraq 1905-ci ilin iyununda türkcə "İqbal" qəzeti nəşr etmək arzusu ilə canişin dəftərxanasına rəsmi ərizə ilə müraciət edir.
Məmməd ağa Vəkilov (II)

Məmmədrza ağa Vəkilov
Məmmədrza ağa Vəkilov (8 mart 1864, Salahlı, Qazax rayonu – 30 dekabr 1944, Bakı) — Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü, Bakı Tibb Cəmiyyətininin təsisçisi. == Həyatı == Məmmədrza ağa Vəkilov 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. 1876-cı ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurub. 1887-ci ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1893-cü ildə universiteti bitirib və Tiflisdəki Mixaylovsk xəstəxanasında üç il həkim işləyib. 1895-ci ildə Əbdülxalıq Axundov və Kərim bəy Mehmandarov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib. 1896-cı ildə Qars dəmiryolu xəttinin tikintisində sahə həkimi vəzifəsinə təyin edilib. 1898-ci ildə həmin sahədə 50 çarpayılıq xəstəxana təşkil olunandan sonra xəstəxanaya müdir təyin olunub. Daha sonra isə Bakıya dəmiryolu xəstəxanasına həkim-ordinator kimi göndərilib. 1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq "kasıblar üçün həkim" vəzifəsinin ştatlarını təsdiq edir.
Mənsur Vəkilov
Mənsur Vəkilov – şair, tərcüməçi, ssenarist, jurnalist. Əməkdar incəsənət xadimi (2003), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun oğlu, ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun nəvəsi. == Həyatı == 1939-cu ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Литературный Азербайджан" jurnalında çalışmış,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçmişdir. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olmuşdur. Onun qələmindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunmuşdur. Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə,N.Həsənzadə,F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə etmişlər.
Mənsur ağa Vəkilov
Mənsur ağa Vəkilov — kapitan == Həyatı == Mənsur ağa Vəkilov Qazax şəhərində anadan olub, Krım muharibəsinin (1853-55-ci illər) qəhrəmanı kapitan Mənsur ağa Vəkilov idi. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusu komandanın verdiyi əmrdə oxuyuruq: "Üçüncü süvari-musəlman alayındakı qazaxlılardan ibarət sotniyanın komandiri, kapitan Mənsur ağa Vəkilova "İgidliyə görə" və üstü yazılı dördüncü dərəcəli "Müqəddəs Anna ordeni", Qazax - bəy polusotniyasından olan milis praporşiki Mir Mirzə Məhəmməd Şərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmmədşah bəy Ağasultanova gümüş temlyak gəzdirmək hüququ və yunker rutbəsi, Qazax bəy polusotniyasından Mustafa ağa Eyyub ağa oğluna "İgidliyə görə" və üstü yazılı gümüş medal, Qazax sotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gumuş temlyak gəzdirmək hüququnda yunkerlik rutbəsi verilsin". Professor Satur Arayan özünün 1978-çi ildə nəşr etdirdiyi "Erməni xalqının tarixi taleyində Rusiyanın rolu" monoqrafiyasında kapitan Mənsur ağa Vəkilovu oxucuya erməni "Martiros Vekilev" kimi təqdim edir. Hələ 1826-cı ildə Şamxor və Gəncə, Lori-Pənbək rayonunda, Dilican dərəsindəki döyüşlərdə Qazax süvari dəstəsinin iranlılara qarşı göstərdiyi qəhrəmanlıqlar xalqımıza yaxşı məlumdur. Raport və əmrlərdə kapitan Mənsur ağa Vəkilovdan danışılanda "M.Vekilov" yazılırdı. Görünür professor Ağayanın əlinə girəvə də buradan düşüb. Yuxarıda gətirilən sitat da onun əsassız olduğunu sübut edir.
Nüşabə Babayeva-Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə Vəkilova

Nəriman Əliyev (millət vəkili)
Nəriman Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Qalib bəy Vəkilov
Vəkilov Qalib bəy İbrahim ağa oğlu (1888, Qazax – 16 noyabr 1937) — Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi, "Müqəddəs Georgi" ordenli. İbrahim ağa Vəkilovun oğlu, Paşa ağa Vəkilovun nəvəsi, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın qardaşıdır. == Həyatı == Vəkilov Qalib ağa İbrahim ağa oğlu (1887–16.11.1937) (Xarkov III Aleksandr adına ali hərbi-texniki in-ta girib, II kursdan sonra təhsilini Moskvadakı Alekseyev hərbi məktəbində davam etdirib; Çar və müsavat zabiti; podpolkovnik; Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi işləyib. 1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931–33-də ilk dəfə həbsdə olub, 1937-ci ildə isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər. == Mükafatları == I Dünya müharibəsi dövründə "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.

Digər lüğətlərdə