VƏLݹ

\[ər.\] сущ. вели (1. нафакьачи; 2. мукьва дуст; 3. къаюм; 4. агъа; 5. сагьиб, иеси).
VƏLƏZZALİN
VƏLݲ
OBASTAN VİKİ
Aşıq Vəli
Aşıq Vəli (1854, Yarpızlı, Yeni Bəyazid qəzası – 1929, Yarpızlı, Yeni Bəyazid qəzası) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq Vəli 1854-cü ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. Aşıq Vəli Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. Aşıq Alının və qızılvəngli Aşıq Qulunun şəyirdi olub. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazsa da, əldə hələlik heç bir şeiri yoxdur. Aşıq Vəli 1929-cu ildə Göyçə mahalının Yarpızlı kəndində vəfat edib. == Ailəsi == Aşıq Vəli Aşıq Orucun atası, professor İsmayıl Məmmədovun babasıdır. == Ədəbiyyat == İlyas Əfəndiyev, "Geriyə baxma qoca", Bakı, Yazıçı, 1984. Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh.
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. == Həyatı == Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . == Doğulduğu yer == Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. == Tarixi == 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
Voldemar Vəli
Voldemar Vəli (est. Voldemar Väli; 10 yanvar 1903, Kurеssааrе, Liflyand quberniyası – 13 aprel 1997, Stokholm) — estoniyalı Yunan-Roma güləşçisi, Olimpiya çempionu. 1928-ci ildə keçirlən Yay Olimpiya Oyunlarında yarım-yüngül çəkidə qızıl medalı qazandı, 1936 Olimpiyadasında isə bürünc medalı. 1942-ci ildə İsveçə emiqrasiya etdi və orada öncə çilingər kimi işləyirdi, daha sonra isə həyat yoldaşı ilə kuklalar fabrikasını açdı.
VƏli Ələkbərov
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri. == Həyatı == Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir. == Fəaliyyəti == 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Vəli Abdullayev
Abdullayev Vəli Abdulla oğlu (19 yanvar 1975, Kirov rayonu – 12 yanvar 1994, Güllücə, Ağdam rayonu) — şəhid. == Həyatı == Vəli Abdullayev 19 yanvar 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 1982-ci ildə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin 1-ci sinifinə gedib. 1990-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib.Orta məktəblə yanaşı Vəli Abdullayev qarmona çox böyük həvəsi olduğu üçün həm də musiqi təhsili alırdı.Çox gözəl qarmon ifa edirdi. 1993-cü ilin iyununda hərbi xidmətə çağırılıb 888 saylı hərbi hissədə hərbi andı qəbul etdikdən sonra 1994 cü ilin yanvar ayında Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün Bakıdan Ağdama yola salınıb. Yanvar ayının 12-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı düşmənin tankdan atdığı atəş nəticəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. 17 yanvar 1994-cü ildə 2-ci Fəxri Xiyabanda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Vəliyə ad babası Vəli Abdulla oğlu Abdullayevin adına xitabən qoyulub. Vəlinin babası Abdullayev Vəli Abdulla oğlu və qardaşları Şərif,Əşrəf, Rəşid 1941-ci ildə böyük Vətən müharibəsinə getmiş və bir daha geri dönməmişlər.Onların nə ölüsü nə dərisi barəsində indiyədək heç bir məlumat əldə edilməyib.
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı və fəaliyyəti == Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. == Mükafatları == 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Vəli Nəbiyev
Vəli Nəbiyev (Vəli Nəbi oğlu Nəbiyev; 13 yanvar 1955, Çərçiboğan, Noraşen rayonu – 21 may 1998, Gəncə) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı və təhsili == Nəbiyev Vəli Nəbi oğlu 13 yanvar 1955-ci ildə Şərur rayonunun Çərçiboğan kəndindən anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin( indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. === Vəfatı === 21 may 1998-ci ildə Gəncə şəhərində vəfat edib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1980-1996-ci illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük və aparıcı elmi işçi, Nizami Gəncəvi adına Gəncə Dövlət Universitetinin professoru olub. 1996-1998-ci illərdə Gəncə Dövlət Universitetinin prorektoru olub. XIX-XX əsrlər Azərbaycan bədii nəsrinin üslub istiqamətlərinə, janr-üslub təkamülünə dair tədqiqatların, 100-qədər elmi, elmi-publisistik məqalənin müəllifidir. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl bölgələrinin folklor nümunələrini toplayıb nəşr etdirmişdir. == Kitabları == Zaman və nəsrin problemləri, Bakı, 1987. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. == Həyat == Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. === Vəfatı === 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). === Elmi fəaliyyəti === BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. == Üzvü olduğu cəmiyyətlər == SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) == Təltif və mükafatları == SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni == Mənbə == Naxçıvan Ensiklopediyası.
Vəli Qasımov
Vəli Aydın oğlu Qasımov (4 oktyabr 1968, Kirovabad) — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. == Bioqrafiya == 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası usta rəssam, anası isə tibb bacısı olub. Azərbaycan, rus, ispan, portuqal dillərini bilir. Murad adlı bir oğlu var. === Futbolçu karyerası === ==== Klub ==== Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub.
Vəli Quliyev
Vəli Quliyev (icra başçısı)
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. == Həyatı == Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. == İlk illər və yaradıcılığı == İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. == Vəfatı == 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Vəli Xidirov
Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas. == Həyatı == Vəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. == Tədqiqat obyekti == Vəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir.
Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). == Həyatı == Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Daha sonra 1912-ci ildə "Mədrəseyi-Ruhaniyyə"ni bitirib. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə müəllimlik İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Vəli Zeynalov
Vəli Məmməd oğlu Zeynalov (20 dekabr 1956, Naxçıvan – 28 mart 1990, Kərməçataq, Naxçıvan Muxtar Respublikası) — şəhid. == Həyatı və fəaliyyəti == Vəli Zeynalov 20 dekabr 1956-cı ildə Naxçıvanda anadan olub. Volqoqrad şəhərindəki Ali milis məktəbini bitirmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində Dövlət hüquq şöbəsinin müdiri işləmişdir. == Vəfatı == 1990-cı il mart ayının 28-də Şada kəndində ermənilərlə azərbaycanlılar danışıq aparmalı, Vəli də o danışıqlarda iştirak etməli idi. Ermənilərin Gərməçataq kəndinə gözlənilməz hücumu Vəli Zeynalov başda olmaqla, görüşə getməsi nəzərdə tutulmuş bir neçə adamı o görüşə getməkdən saxlayıb. Gərməçatağın quldurlardan təmizlənməsi üçün bir dəstə şəxslə kəndə daxil olan Vəli Zeynalov qəhrəmancasına şəhid olmuşdur İlqar və Rəşad adında iki övladı yadigar qalıb. == İrsi == Vəli Zeynalovun oxuduğu Naxçıvan şəhər 3 nömrəli orta məktəbə və Gərməçataq sovxozuna onun adı verilmişdir. == İstinadlar == == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Vəli İsrafilov
Vəli Rəşadət oğlu İsrafilov (18 oktyabr 2002; Tümen, Rusiya) — Azərbaycanı təmsil edən üzgüçü. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Vəli İsrafilov 2002-ci il oktyabrın 18-də Rusiyanın Tümen şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Vəli İsrafilov, 2008-ci ildən idmanla məşğul olur. == Karyerası == Vəli İsrafilov 2019-cu ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirində bürünc medala sahib oldu. 2020-ci ildə isə Vəli İsrafilov Funşal şəhərində (Portuqaliya) Avropa Çempionatında mübarizə apardı və 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin qalibi oldu. Vəli İsrafilov 2021-ci ildə XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirdə mübarizə apardı. 8 idmançının mübarizə apardığı final mərhələsində Vəli İsrafilov 1:04.86 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu. Vəli İsrafilov həmdə 2016-cı ildə Belarus nümayəndəsi Vladimir İzotu tərəfindən müəyyən olunan Paralimpiya rekordunu (1:06.82) da yenilədi.
Vəli Şahmurov
Vəli Şahmurov — azərbaycanlı professor. == Məlumat == Vəli Şahmurov – 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Vəli Şahmurov 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. Professor, həmçinin ABŞ-da dərc olunan "Boundary Value Problems" jurnalının redaktorudur.
Vəli Əkbər
Əkbərov Vəli İbrahim oğlu — Azəraycanlı telejurnalist. == Həyatı == Vəli Əkbər 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır. 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb. 2013-cü ildə “Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur. 2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.
Vəli Əkbərov
Əkbərov Vəli İbrahim oğlu — Azəraycanlı telejurnalist. == Həyatı == Vəli Əkbər 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır. 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb. 2013-cü ildə “Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur. 2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.
Vəli Əliyev
Vəli Əliyev (tarixçi) — Azərbaycan alimi. Vəli Əliyev (yazıçı) — Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi.
Vəli Əsmətov
Vəli Əsmətov(azərb. Vəli Yadulla oğlu Əsmətov‎; 2 iyun 1963, Çay Üzü, Yardımlı rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1995), tibb elmləri doktoru (2006), professor (2009), farmakologiya kafedrasıın professoru (2009), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (1992). == Həyatı == Vəli Yadulla oğlu Əsmətov 2 iyun 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-ci ildə Çayüzü kənd orta məktəbinin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I-müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Elə həmin ildə də öz istəyi ilə hərbi xidmətə getmişdir. 1981–1984-cü illərdə keçmiş Sovetlər Birliyinin nəzarətində olan Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Avropa Dövlətlərinin ərazisində kəşfiyyatçı kimi hərbi xidmətdə olmuşdur. 1984–1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldığı illərdə yüksək intellekti ilə fərqləndiyinə görə, V kursda oxuyan zaman Respublikada keçirilən terapiya olimpiadasının qalibi olub və bu uğur onun Semferepol şəhərində keçirilən Ümumittifaq terapiya olimpiadasına göndərilməsi ilə nəticələnib. Ümumittifaq olimpiadanın qalibi olması onun gələcək koryerası üçün bünövrə olub.
Abbas Vəlibəyov
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur. == Təhsili == 1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. == Karyerası == 1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı. == Fəxri adları və dərəcələri == 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Abdulla Vəliyev
Vəliyev Abdulla Hüseyn oğlu (13 fevral 1910 – 8 iyun 1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Vəliyev Abdulla Hüseyn oğlu 13 fevral 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-ci ildə xarici Dillər İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri olmuş, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dili kafedrasının müdiri vəzifəsidnə çalışmışdır. Vəliyev Abdulla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, "Türk dilləri dialektologiyası məsələləri" adlı ümumittifaq jurnalının məsul katibi, Azərbaycan EA dil üzrə əlaqələndirmə şurasının katibi, ADU-nun filologiya fakültəsinin Müdafiə Elmi Şurasının elmi katibi vəzifələrini icra etmişdir. O, Moskva türkologiya məktəbinin yetirməsidir. == Elmi yaradıcılığı == A.Vəliyevin elmi fəaliyyəti zəngin və çəxşaxəli olmuşdur. Uzun müddətli ekspedisiyalarda topladığı materiallar əsasında yazılmış "Azərbaycan dilinin Muğan qrupu şivələri" (1955), "Naxçıvan MSSR-in dialekt və şivələri" (1962), "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri" (1967) monoqrafiyalarının və "Azərbaycan dilinin dialektoloji lüğətin"nin (1964) müəlliflərindən biri olmuşdur. A.Vəliyev 1952-ci ildə "Говоры западных районов Апшеронского полуострова" adlı mövzuda namizədlik dissertasiyasını müdafiə etmişdir, 1975-ci ildə "Переходные говоры азербайджанского языка" adlı mövzu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəbhədəki xidmətlərinə və səmərəli əmək fəaliyyətinə görə o, bir çox orden və medallarla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. == Kitablar == 1.
Abdulla bəy Vəlizadə
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. == Həyatı == Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Abləziz Vəliyev
Abləziz Vəliyev (krımtat. Ablâziz Veliyev, Аблязиз Велиев; 25 oktyabr 1939, Solnennaya Dolina[d]) — Krım tatar şairi, tərcüməçi, satirik, jurnalist və ictimai xadim; çoxsaylı şeir, mahnı və tərcümə müəllifi. Ümumilikdə onun 40-dan çox kitabı çap olunmuşdur. Krım Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi (2010), B. Çoban-zadə adına mükafatı laureatı (2008), Krım Ədəbi Akademiyasının akademiki (1993), Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1993), Ukrayna Milli Jurnalistlər Birliyinin üzvü (1993), Krım Tatar Qələm Klubunun vitse-prezidenti (1999), Krım, Türkiyə, Kiprdə Dünya Türk şeir festivallarının iştirakçısı. == Bioqrafiyası == 25 oktyabrda (Vəliyevin özünün dediyinə görə 23 oktyabrda anadan olub) 1939-cu ildə Koz kəndində (indiki Solnennaya Dolina) Vəli Mustafayev və Əfifə Vəliyevanın ailəsində anadan olmuşdur. 1944-cü ildə dörd yaşında, anası ilə birlikdə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinə sürgün edilir. Atası Böyük Vətən müharibəsi zamanı dünyasını dəyişir. Məktəbdən çıxdıqdan sonra tibb fakültəsinin fledşer-mamaçılıq şöbəsinə daxil olur. Daşkənd tramvay və trolleybus trestinin tramvay parkında köməkçi işçi vəzifəsində çalışır. 1968-ci ildə Daşkənd Universitetinin Jurnalistika fakültəsini bitirir.
Adil Vəliyev
Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. === Əmək fəaliyyəti === 1977-ci ildə BEMZ-də operator kimi başlayıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olub. 1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Anar Vəliyev
Anar Vəliyev (21 iyul 2002, Orta Salahlı, Qazax rayonu – 11 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Vəliyev 2002-ci il iyulun 21-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 2008–2017-ci illərdə S. Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Vəliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Anar Vəliyev oktyabrın 11-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Orta Salahlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Anar Vəlizadə
Anar Afət oğlu Vəlizadə (3 iyul 1994, Salyan rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Vəlizadə 1994-cü il iyulun 3-də Salyan rayonunun Cəngan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Anar Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Vəlizadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Arif Vəliyev
Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu – 23 iyun 2014, Bakı) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014). == Həyatı == Arif Mikayıl oğlu Vəliyev 1943-cü il iyun ayının 28-də Qazax (hazırda Ağstafa) rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan SSR Mərkəzi Statistika Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini olmuş, 14 dekabr 1979-cu ildən 25 may 1983-cü ilədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 1989–1990-cı illərdə isə həmin idarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışdır. Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən 2013-cü ildə Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ayxan Vəliyev
Ayxan Kamil oğlu Vəliyev (14 dekabr 1995, Dağ Kəsəmən, Ağstafa rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Vəliyev 1995-ci il dekabrın 14-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ayxan Vəliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ayxan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ayxan Vəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azər Vəliyev
Azər Vəli oğlu Vəliyev (20 sentyabr 1998, Ağdaş rayonu – 17 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Vəliyev 1998-ci il sentyabrın 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azər Vəliyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Azər Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Vəliyev oktyabrın 17-də Ağdərə istiqamətində şəhid olub. Ağdaş rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağalar Vəliyev
Ağalar İsrəfil oğlu Vəliyev (23 iyul 1957, Yevlax) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, bir oğlu var.
Aşağı Vəlindeh (Urmiya)
Aşağı Vəlindeh (fars. ولینده سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 586 nəfər yaşayır (123 ailə).
Aşıq Vəlican
Baba Həsən Vəli
Baba Həsən Vəli (?-1213)— mənşəcə türk olan övliya. == Həyatı == Baba Həsən Vəli Sürxabi Təbrizin Rudəqat mahalının Əmmənd kəndində anadan olmuşdu. Babalar babası hesab olunan Baba Həsən Vəli Təsəvvüf təqiqəti şeyxlərinin başçısı olmuşdur. Baba Həsən Vəlinin mürşidlik silsiləsi: Pir Məhəmməd (Baba Həsən Piri, Şeyx Sədiq, Baba Əhməd Şahabadi, Xacə Məhəmməd Xoşnam, Əxi Fərəc Zəncani Baba Həsən Vəli 1213-cü ildə Təbriz şəhərində vəfat edib. Sürxab məzarlığında dəfn edilib.
Bahadır Vəlibəyov
Bahadır Qasım bəy oğlu Vəlibəyov (12 yanvar 1894, Çəmənli, Şuşa qəzası – 12 fevral 1940, Moskva) — Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR baş prokuroru, Stalin repressiyalarının qurbanı. == Həyatı == Bahadır Vəlibəyov 1894-cü il də Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur. Bahadır bəy özünün bəy nəslindən olmasına baxmayaraq kəndlilərə və aşağı təbəqədən olan insanlara xüsusi rəğbət bəsləmişdir. 1912 ci ildə Bakıda gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakultəsinə daxil olmuş və burada da inqilabi fəaliyyətə başlamışdır. 1913-cü ildə inqilabi hərəkata qoşulduğu üçün universitetdən xaric edilmiş, sonradan sosial-demokrat partiyasının 3-cü dumasının tələbinə əsasən hüquq fakultəsinə bərpa olunmuşdu. 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) Partiyasının (sonradan Sov. İKP) sıralarında olmuş, Oktyabr inqilabından sonra Minsk quberniyasının milis kommissarı, Minsk Vilayət Soveti İcrayyə Komitəsinin üzvü, Smolensk Qızıl qvardiya qərargahı hərbi-təsərrüfat idarəsinin kommissarı işləmişdir. Bahadır bəy Tambov quberniyasında qolçomaq qiyamçılara qarşı vuruşmuş, 1919-cu ildə RK(b)P Qafqaz Ölkə Komitəsinin tapşırığı ilə Batum, Gəncə, və Qarabağda partiya işi aparmışdır. 1920–37-ci illərdə AK(B)P Naxçıvan Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif Kommissarının müavini, Ədliyyə komisarı, Naxçıvan MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin Katibi, Azərbaycan SSR Baş Prokuroru, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sədr müavini olmuşdur. 21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə xəyanətdə günahlandırılaraq Azərbaycan SSR Xalq Daxili İşlər Kommissarının müavini, Dövlət Təhlükəsizlik İdarəsi 4-cü şöbəsinin rəisi DT baş leytenantı Qriqoryanın imzaladığı qərarla həbs olunmuşdur.
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Balaqardaş Vəliyev
Balaqardaş Fərhad oğlu Vəliyev(24 mart 2002, Kalinovka, Masallı rayonu – 1 oktyabr 2020, Hadrut) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. Balaqardaş Vəliyev 01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bəxtiyar Vəliyev
Bəxtiyar Vəliyev — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vəliyev Bəxtiyar Mansur oğlu 1974-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olub. 1991-ci ildə Slavyanka kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuşdur. 1993-cü ildə hərbi xidmətə getmişdir. 21 aprel 1994-cü ildə Ağdərə döyüşlərində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Bəyimxanım Vəliyeva
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019). == Həyatı == Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın “Magistr” pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının “Doktorantura” pilləsinə qəbul olmuşdur. 2017-ci ildə “Doktorantura” pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, beş övladı var. == Karyerası == İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış etmişdir. - 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülmüş; - 1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olmuş; - 1997-ci ildə “Pöhrə-97” müsabiqəsinin laureatı olmuş; - 1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş; - 1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın II dərəcəli Diplomuna layiq görülmüş; - 1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın Diplomantı adına layiq görülmüş; - 1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş; - 1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyasına layiq görülmüş; - 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş; - 2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş; - 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüş; - 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş; - 2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur. - 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasına layiq görülüb.
Cabbar bəy Vəlibəyov
Cabbar bəy Vəlibəyov (Baharlı) — Azərbaycanda, Ağdamın Birinci Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş pedaqoq. Qarabağın tanınmış bəyi, ziyalı. Əlişəkər bəy Baharlının nəslindəndir. == Həyatı == Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Cabbar bəyin ulu babalarıdırlar. Orxan Zakiroğlu (Baharlı) yazır ki, Əlişəkər bəy Baharlının və onun kötücəsi xanlar xanı Bayram xan Baharlının nəslindən olan Cabbar bəyin ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanı Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1715–1795) isə Pənahəli xanın və İbrahimxəlil xanın zamanlarında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuş, xanlığın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində aparıcı rol oynamışdır. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur.
Cavanşir Vəliyev
Cavanşir Vəliyev (tam adı:Vəliyev Cavanşir İnqilab oğlu; 1957, Ağstafa rayonu) — 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi. == Həyatı == 8 iyun 1957-ci ildə Vəliyev Cavanşir İnqilab oğlu Ağstafa rayonunda anadan olub. === Təhsili === Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. SSRİ DTK-nın Minsk şəhərindəki Ali Kursları Andropov adına Qırmızı bayraqlı institut == Fəaliyyəti == Javanshir Valiyev Retired colonel (Special Forces) Date of Birth: 08.06.1957 I Residence: Azerbaijan Private consulting services (2018 – present) • Political, social and economic risk assessment of potential non-oil sector investments in Azerbaijan • Support in business start-up and ramp-up • Investor and government bodies relationship building • Political analytics Head of Department of Ministry of Diaspora responsible for USA, Canada, Israel and Europe (2005–2018) • Ensuring support of critical political agenda items in countries under supervision through close collaboration with Azerbaijanians living abroad as well as various support organizations (e.g., American Jewish Committee, etc.) Private consulting services (2004–2006) Special Forces Colonel of Ministry of National Security (1999–2004) Deputy of State Tax Service (1996–1999) Vice president of Chamber of Commerce and Industry (1994–1996) Head of Special Administration under President of Azerbaijan Republic (1993–1994) Deputy of Security Services of the President of Azerbaijan Republic (1992–1993) Officer, Ministry of National Security of Azerbaijan Republic (1990–1992) Officer, State Security Committee, USSR (1984–1990) EDUCATION: MSc international Economic Relations, Andropov’s Krasnoznamenniy University, Moscow, (1987–1990) State Security Committee course, Minsk, Belarus (1984) BSc/MSc Mechanical Engineering, Azerbaijan Technical University (1974–1980) LANGUAGES: Azerbaijani (native), Russian (fluent), Turkish (fluent), English (moderate), Farsi (basic) == Əmək fəaliyyəti == Uzun illər Azərbaycan SSRİ Dövlət Təhlükəsiz Komitəsində, daha sonra isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətinin rəisinin müavin 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi olub. 1994–1995-ci illərdə Ticarət Sənaye Palatasının vitse prezidenti 1995–1998-ci illərdə Dövlət Vergi Müfəttişliyinin xüsusi işlər üzrə müşaviri C. İ. Vəliyev və Ş. N. Rəhimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin fəaliyyətinin səmərəsini daha da artırmaq məqsədi ilə qərara alıram: 1. Polkovnik Cavanşir İnqilab oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsindən azad edilsin və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin sərəncamına göndərilsin. 2. Polkovnik Şəmsi Nuru oğlu Rəhimov Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsinə təyin edilsin. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 8 yanvar 1994-cü il № 89.
Cavid Vəliyev
Cavid İsmayıl oğlu Vəliyev (1979, Sumqayıt) — Azərbaycan jurnalisti, Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri, Caucasus International jurnalının baş redaktoru. == Həyatı və fəaliyyəti == Cavid Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər 31 №-li orta məktəbi bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Egey Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə Egey Universitetini bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Qazi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramına daxil olmuşdur. 2006-cı ildə Qazi Universitetini bitirərək Ankara Universitetinin beynəlxalq münasibətlər fakültəsinin doktorantura proqramına daxil olub. 2007-ci ildə doktorantura təhsilində göstərdiyi uğura görə Türkiyə Respublikasının Milli Elmlər və Texnologiyalar Araşdırma Mərkəzi tərəfindən xarici tələbələr üçün verilən təqaüdə layiq görülüb. Bundan başqa elə həmin ildə Yaponiyanın Nippon Fondu tərəfindən Ankara Universitetində təhsilini uğurla davam etdirən tələbələr üçün verilən təqaüdə də layiq görülüb. 2005–2009-cu illərdə Ankara şəhərində müstəqil fəaliyyət göstərən Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi daha sonra isə Cənubi Qafqaz şöbəsinin müdiri işləyib. 2012-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində (SAM) aparıcı elmi işçi, baş elmi işçi və 2015-ci ildən etibarən Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib.
Cəfər Vəlibəyov
Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971). == Həyatı == Cəfər Mehdi oğlu Vəlibəyov 1907-ci ildə İrəvan quberniyası Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər qəsdlə Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan, Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən itirən C. Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından İrəvan pambıqtəmizləmə zavodunda fəhləlikdən başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz təhsilini davam etdirmişdir. 1932-ci ildə C. Vəlibəyov Basarkeçər Rayon Komsomol Komitəsinin katibi, rayon qəzetinin məsul katibi, 1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin redaktoru, sonralar isə rayon partiya komitəsinin katibi seçilmişdir. О, 1938-ci ildən "Sovet Ermənistanı" qəzeti redaksiyasına işə göndərilmiş, qəzetin baş redaktoru təyin edilmişdir. 1947-ci ildə Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra 1949-cu ildə yenidən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin vəzifədə çalışmışdır.

Значение слова в других словарях