Balaqardaş Vəliyev

Balaqardaş Fərhad oğlu Vəliyev(24 mart 2002, Kalinovka, Masallı rayonu1 oktyabr 2020, Hadrut) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi

Balaqardaş Vəliyev
Balaqardaş Fərhad oğlu Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Masallı,Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Hadrut,Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Masallı
Dəfn tarixi 15.12.2020
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Fərhad Vəliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər ikinci Qarabağ müharibəsi
Təltifləri "Cəsur döyüşçü" medalı "Vətən uğrunda" medalı "Suqovuşanın azad olunmasına görə" medalı

24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub.[1] 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. Balaqardaş Vəliyev 01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.[2]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.[4]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  3. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.