VƏLİMƏMMƏD

Ərəbcə “Məhəmmədin dostu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VƏLİ
VƏLİYƏDDİN
OBASTAN VİKİ
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. == Həyatı == Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970–1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.

Значение слова в других словарях